28 Oktyabr 2025, Çərşənbə axşamı
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

"Qarabağ" onunla da yollarını ayırdı

"Qarabağ" klubu son olaraq icarə əsasında "Zirə"də çıxış etmiş Nicat Süleymanovla yollarını ayırıb.

Futbolxeber.az saytının məlumatına görə, Süleymanov "Report"a açıqlamasında azad agent statuslu futbolçuya çevrildiyini bildirib.

O, "Zirə"də qalıb-qalmayacağının sual altında olduğunu söyləyib: "Məni komandada daha bir mövsüm görmək istədiklərini demişdilər və yeni müqavilə təklif etmişdilər. Komandanın hazırkı durumu isə bəlli deyil. "Qarabağ"dan transfer kağızımı götürəndən sonra "Zirə" mənimlə əlaqə saxlamayıb. Klubda kimin qalıb-qalmayacağı bəlli deyil. Ona görə hələ ki, gözləyirəm".

Qeyd edək ki, "Qarabağ" daha öncə qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerrasla yollarını ayırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31