Ölkə futbolu
Nikolas Kanales: "Neftçi"ni həmişə zirvədə görmək istəyirəm"
Bu gün "Neftçi”nin veteran futbolçusu Nikolas Kanalesin 35 yaşı tamam olur.
Futbolxeber.az saytının məlumatına görə, 1985-ci ildə dünyaya gəlmiş çilili hücumçu 2012-2013, 2014-2015, 2016-cı illər ərzində "Neftçi”də çıxış edib. 2013-cü ildə Azərbaycan çempionatının qalibi və bombardiri olmuş Kanales elə həmin ildə ölkə kubokunu başı üzərinə qaldırıb.
Klubun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib.
- Nikolas, doğum gününüz mübarək! Bilirik ki, pandemiya Çilidən də yan ötməyib. Necəsiz?
- Çox sağ olun, təşəkkür edirəm! Bəli, təəssüf ki, pandemiya bütün dünyanı başına alıb və bu çox üzücüdür. Çilidə aprel ayından etibarən karantin rejimindəyik. İnsanlar normal işləyə, yaxınları ilə görüşə bilmirlər. Düşünürəm ki, tezliklə hər şey əvvəlki vəziyyətinə qayıdacaq.
- Artıq karyeranızı başa vurmusuz və geri boylanıb bunu dəyərləndirə bilərsiz. Hesab edirsiz ki, daha çox şeyə nail ola bilərdiniz?
- Ümumi baxanda karyeramın ilk günlərindən sonuna kimi xoşbəxt anlar yaşamışam. Buna görə çox sevinirəm. Çilinin böyük klublarında oynamışam, milli komandaya dəvət almışam. 15 illik peşəkar karyeramın 6 ilini Avropa klublarında, həmin ölkələrin güclü komandalarında keçirmişəm. Yaşıma görə hələ də oynaya bilərdim, amma karyeramın son ilində çox ciddi zədə aldım. Düzdür, çətinliklə də olsa, zədəmi sağaltdım. Hətta sonradan bir neçə Avropa klubundan təklif də gəldi. Amma maliyyə tərəfdən razılığa gəlmədiyimizə görə karyeramı bitirdim. Artıq şəxsi biznesimlə məşğulam.
- Azərbaycanda karyeranızın bu qədər uğurlu alınacağını təsəvvür edərdiniz?
- Ümumiyyətlə, karyeram boyu həmişə istədiklərimə nail olmağa çalışmışam və nail olmuşam. "Neftçi”nin heyətində də çempion və bombardir olmağa cəhd etmişəm. Xoşbəxtlikdən komanda yoldaşlarım güclü futbolçular olublar ki, bunun da sayəsində məqsədimə çatmışam.
- Ümumiyyətlə, "Neftçi” sizə nə verib?
- "Neftçi”də özümü evimdəki kimi hiss edirdim. Vətəni tərk edib legioner həyatı yaşamaq asan olmur. Buna baxmayaraq, "Neftçi”də uyğunlaşma prosesi çox tez keçdi. Yeni dostlar qazandım. Adət-ənənələrinizdən, ləziz yeməklərinizdən məmnun qaldım. "Neftçi” mənə böyük ad qazandırıb.
- "Neftçi”nin heyətində keçirdiyiniz oyunlardan ən vacibləri hansılardır? Ən vacib qol hansı olub?
- "Qarabağ”la "Tofiq Bəhramov” stadionunda keçirdiyimiz oyun çox vacib idi. Matçın sonlarına yaxın Vobayın ötürməsindən sonra cərimə meydançasının kənarından gözəl zərbə ilə komandamızın ikinci qolunu vurdum. Nəticədə qələbə qazanaraq əsas rəqibimizi 4-5 xal geridə qoyduq və bununla da çempionluğu təmin etdik. Bundan əlavə, Milan "İnter”i ilə keçirdiyimiz oyunlar və həmin vaxt vurduğum qol karyeramda ən vaciblərdəndir.
- "Neftçi”nin oyunlarını izləyə bilirsizmi?
- Bəzi matçları internet vasitəsilə izləməyə çalışıram. "Neftçi”ni həmişə zirvədə görmək istəyirəm.
- Məşqçi olmaqla bağlı planlarınız var, yoxsa futbolla həmişəlik vidalaşmısız?
- Artıq iki ildir şəxsi biznesimi qurmuşam. Buna görə də futboldan ayrılmağım çətin olmadı. Tez-tez Çindən Çiliyə müxtəlif məhsullar gətirirəm. Hələ də dəvətlər alıram, amma artıq ilyarımdır oynamıram və əminliklə deyə bilərəm ki, futbolla həmişəlik vidalaşmışam.
- Siz "Neftçi”nin və Azərbaycan futbolunun tarixində qızıl iz qoymusuz. Təbii ki, həmişə azarkeşlərin xoş sözlərlə xatırlayacağı insan olacaqsız. Onlara nə demək istərdiniz?
- Sevgi, qayğı və diqqət məni həvəsləndirən amillərdəndir. İstər Bakı küçələrində, istər stadionlarda insanlardan, azarkeşlərdən böyük hörmət görmüşəm. Tribunalarda adım səslənəndə böyük zövq alırdım, oynamaq həvəsim daha da artırdı. Fürsətdən istifadə edib, mənə göstərilən sevgiyə və diqqətə görə hər bir "Neftçi” azarkeşinə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Onlarla qürur duyuram və hər birinə qucaq dolu salam göndərirəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- Berdıyevdən mini master-klass
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
- Futzal millimiz Gürcüstanla qarşılaşacaq
- Futbolumuzun fərsiz övladı
- Cenk Sümer: “Banişevskinin xatirəsini yaşatmaq hər bir “Neftçi”sevərin borcudur”
- “Neftçi” Banişevskinin məzarı önündə
- Kurban Berdıyevdən qələbə şərhi
- “Turan Tovuz” Qəbələdə böyük hesablı qələbə qazandı
- Valeh Seyidov yubileyini qolla qeyd etdi
- Tiaqo Silva: “Turan Tovuz” daha aqressiv və istəkli idi”
-
23:52
İsgəndər Cavadovdan “Dinamo”ya dəstək
-
18:41
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
-
17:00
II Liqada 19-cu tura start verildi
-
14:15
AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
-
13:37
Orxan Məmmədov: “Sahibkarların minifutbola marağı artıb"
-
12:56
Güləş yığmalarımız mühüm yarışlara hazırlaşır
-
11:28
Boksçularımız Debretsendə 4 medal qazanıblar
-
11:02
"Roma" 3 xalı tək qolla qazandı VİDEO
-
10:49
Breno Almeyda: “Neftçi” olaraq yalnız avrokuboklara fokuslanmışıq”
-
10:13
"İnter" səfərdə xal itirdi VİDEO
-
09:54
Mövsümdə 3-cü, “Neftçi”də 23-cü, tarixdə 110-cu
-
09:31
Madrid derbisini "Real" qazandı VİDEO
-
11:36
Futzal millimizin toplanışına 18 oyunçu dəvət alıb
-
11:19
PSJ-dən 4 qollu qələbə VİDEO
-
11:00
Zamiq Əliyevin komandasından heç-heçə
-
10:43
"Çelsi" "Everton"la bacarmadı VİDEO
-
10:25
Cəlalın komandası səfərdə coşdu
-
10:12
"Bavariya"dan darmadağın VİDEO
-
09:54
Qərəz, yoxsa antipatiya? - YAZI
-
09:37
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:36
Axundzadə MLS-də debüt etdi
-
19:23
"Turan Tovuz"dan növbəti qələbə VİDEO
-
18:59
Kurban Berdiyev: “İddialı danışmaq üçün hələ çox tezdir”
-
18:41
Sxadadze: “Məsuliyyətdən qorxmuram”
-
18:17
Mahir keçmiş komandasına qarşı oynadı
-
18:00
“Turan Tovuz”dan vacib qələbə
-
17:22
Hidayət bürünc medal qazandı
-
13:35
Ruan Renato: “Şans verilsə, Azərbaycan millisində oynamağa hazıram”
-
12:48
"Milan"da ciddi itki
-
11:54
“Qarabağ” iki legioneri milliyə dəvət aldı
-
11:23
"Mançester Yunayted" qələbəni əldən verdi VİDEO
-
11:01
Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
Dadaşovun komandası lideri məğlub etdi
-
09:37
"Napoli" 3 xalı tək qolla qazandı VİDEO
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
-
21:23
“Qarabağ” uduzdu, “Neftçi”dən darmadağın
-
20:38
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
-
19:09
"Qarabağ" "Kəpəz"ə məğlub oldu VİDEO
-
18:46
Azər Bağırovdan qələbə şərhi
-
18:31
Qurban Qurbanov: “Penalti olduğunu düşünürəm, Rauf Cabbarov da sağ olsun”
-
17:25
“Zirə”dən Ruanda yığmasına
-
16:54
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
-
15:17
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
-
14:00
Orxan Məmmədov: “Heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik”
-
13:42
Millimizə 27 futbolçu dəvət aldı
-
12:38
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
-
12:23
Basketbol millimiz Türkiyədə bürünc medal qazanıb
-
11:49
“Qarabağ”ın hücumçusu Kolumbiya millisindən kənarda qaldı
23.03.2026
22.03.2026
21.03.2026
20.03.2026























