25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Qarabağ" və Messi arasındakı bağlılıq

İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messinin doğum günü dünyada 9 klubun yaradılma günü ilə üst-üstə düşüb. 

Futbolxeber.az saytının məlumatına görə, Meksikanın "Eldictamen" nəşrinin apardığı araşdırma nəticəsində həmin klublardan birinin "Qarabağ" olduğu müəyyənləşib.

İyunun 24-də həm Messi, həm də "Qarabağ"ın 33 yaşı tamamlanıb. 

Bundan başqa, Çilinin "Everton Vinya del Mar" komandası 111, Almaniya təmsilçisi "Germania Ruhland" 110 yaşını qeyd edib. Avstriyanın "Zaltsburger AK" 106, Danimarkanın "Frederikşavn" klubu 89 il öncə qurulub.

Lüksemburqun "Atert Bissen" (75), Almaniyanın "Rotterburq" (74) və Türkiyənin "Diyarbakırspor" (52) klublarının yaradılması da 24 iyuna təsadüf edib. Avstriyanın "Silz/Mötz" klubu isə 3 il öncə fəaliyyətə başlayıb.

Qeyd edək ki, Lionel Messi İspaniya çempionluqları sayında (10 dəfə) 8 qat Azərbaycan çempionu "Qarabağ"ı ötsə də, İspaniya Super Kubokunu Azərbaycan təmsilçisinin göstəricisi qədər əldə edib ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30