Ölkə futbolu
“Sumqayıt”: yenə də həmin dalğa, həmin koordinat
Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Keşlə” dünən ikinci transferini reallaşdırdı. Paytaxt təmsilçisi Tural Axundovun ardınca “Sumqayıt”dan ayrılan Şəhriyar Əliyevi heyətinə qatdı. “Bakı”nın yetirməsi olan mərkəz müdafiəçisinin Sumqayıt təmsilçisindən gedişi bir qədər gözlənilməz oldu. Əvvəlki illər olsaydı, bəlkə də bu keçidi sürpriz hesab etməzdik. Lakin indiki məqamda “Keşlə” kimi “Sumqayıt” da Avroliqaya vəsiqə qazanıb. Adətən komandası ilə birgə uğur qazanan futbolçu qitə kuboklarında oynamaqla il boyu çəkdiyi əziyyətin qarşılığını görür. Amma Şəhriyar Əliyev fərqli qərar qəbul etdi. Bəs bu gedişin səbəbi nədir?

PUL, PUL, YENƏ DƏ PUL
Təbii ki, əsas səbəb maliyyədir. “Sumqayıt”da 4-5 min manat maaş alan Şəhriyar Əliyevin yeni klubundakı qazancı əvvəlkindən ən azı 2 dəfə, bəlkə də 3 dəfə çox olacaq. Müasir futbolda maliyyə həlledici rol oynayır. Daha romantiklərin dövranı deyil. İndi Azərbaycan futbolunda Zaur Tağızadə, dünya futbolunda Franko Barezi, Paolo Maldini, Françesko Totti, Bülənt Qorxmaz kimi pulu yox, sadiqliyi seçənləri tapmaq qeyri-mümkündü. Məlum məsələdir ki, pulu seçdiyinə görə futbolçunu qınaya bilmərik. Hər birimiz daha yaxşı yaşamaq və bunun üçün daha çox pul qazanmaq istəyirik. Yəqin ki, hazırkı iş yerimizdə 5 min manat qazanarkən, başqa yerdən gələcək aylıq 10 minlik təklifə “yox” demərik.
LAZIMSIZLARIN SON ÜMİD YERİ
Ümumiyyətlə, son illər “Sumqayıt”la bağlı diqqətçəkən məqam var. Artıq sanki ənənəyə çevrilib - gənc, heç kimə lazım olmayan, özünə klub tapa bilməyən, müqavilə ilə məxsus olduğu klubda əsas heyət üzünə həsrət qalan futbolçuların son ümid yeridir “Sumqayıt”.
Hamının siyahıdan sildiyi oyunçular məhz “gənclik şəhəri”nin təmsilçisinə qoşulur, 1 və ya 2 mövsüm burda forma geyib, ya özünü təsdiq edir, adından söz etdirir, tanınır, ya da artıq bu etapı keçmiş futbolçu əvvəlki formasını bərpa edir və bir qədər əvvəl heç kimə lazım olmayan həmin futbolçu(lar)a yenidə tələbat yaranır. “Sumqayıt” artıq bu cür fəaliyyəti ilə ad çıxarıb. Belə bir fikir formalaşıb ki, hər yay bir neçə aparıcı futbolçu komandadan getsə də, “Sumqayıt” yenə də hardansa kimlərisə tapıb gətirəcək və döyüşkən kollektiv formalaşdırılacaq.

“SUMQAYIT”IN ƏN BÖYÜK BƏLASI - MALİYYƏNİN AZLIĞI
Bütün bunların səbəbi isə elə Şəhriyar Əliyevin gedişində olduğu kimi, maliyyənin azlığıdır. Necə deyərlər, pulun üzü qara olsun. Cari mövsüm Avroliqaya vəsiqə qazanmasına, yaxşı mənada adından söz etdirməsinə baxmayaraq, heç kimə sirr deyil ki, Premyer Liqada ən aşağı büdcəyə malik klub məhz “Sumqayıt”dı. Elə bir müddət əvvəl klubun rəsmi saytında yer alan maliyyə hesabatı da bu faktı təsdiqlədi. Ardıcıl 2 il kubokda “Neftçi”ni mübarizədən kənarlaşdıran, bu mövsüm Premyer Liqada “Qarabağ”a yeganə məğlubiyyəti yaşadan, ötən il kubokda finala yüksələn “Sumqayıt”ın büdcəsi təxminən 2 milyon yarımdır. Ötən ilin maliyyə hesabatında göstərilir ki, 2019-cu ildə “Sumqayıt”ın xərci 2,7 milyon manat olub. Maraq üçün qeyd edək ki, “Sumqayıt” kimi Avroliqaya yüksələn “Keşlə”də bu rəqəm 2 dəfə artıqdır.
Turnir cədvəlində “Sumqayıt”dan geridə qalan klublara diqqət edək. “Sabah”ın rəsmi saytında yer alan maliyyə hesabatından görünür ki, klubun 2019-cu ildəki xərci 6 milyon manat təşkil edir. “Səbail”də bu rəqəm 5,2 milyon, “Zirə”də isə 4 milyon manat təşkil edir. Rəqəmlər deyir ki, “Sumqayıt”ın büdcəsi Avroliqa yolundakı əsas rəqiblərindən 1,5-3,5 milyon arası geri qalır. Bu isə heç də kiçik fərq deyil.
Heç komandanın Avroliqaya yüksəlməsi də nəyisə ciddi dəyişmir. Çünki indiki halda Avroliqada iştiraka görə “Sumqayıt”ın qazancı maksimum 500 min manat olacaq. Bu isə klubun büdcəsinin təxminən 20 faizi deməkdir.
RİAD RƏFİYEV AMİLİ
Yuxarıdakı rəqəmlər “pul çox şey olsa da, hər şey deyil” fikrinin sübutudur. Həqiqətən də “Sumqayıt” büdcəsinə görə “Zirə”dən, “Sabah”dan, “Səbail”dən geri qalsa da, düzgün strategiyası ilə rəqiblərini qabaqlamağı bacarıb.
Kamran Quliyevin gedişindən sonra “Sumqayıt”ın prezidenti postunu tutan Riaf Rəfiyevin təyinatı heç də birmənalı qarşılanmamışdı. Lakin son 2 ildə qazanılan nəticələr Rəfiyevin işinin öhdəsindən gəldiyini təsdiqləyir. Məhz onun kluba rəhbərlik etdiyi 2 il yarım ərzində “Sumqayıt” əvvəlcə tarixində ilk dəfə olaraq ölkə kubokunda finala adladı. Bu il isə ilk dəfə olaraq Avroliqaya vəsiqə qazandı. Məhz Rəfiyevin “Sumqayıt”a rəhbərlik etdiyi dövrdə heyətə Camaləddin Xocaniyazov, Aleksey İsayev, Rəhim Sadıxov, Peyman Babayi kimi futbolçular cəlb olundu. Hansılar ki, bu gün “Sumqayıt”ın Avroliqaya yollanmasında böyük pay sahibidirlər. Ümumiyyətlə, Rəfiyevin komandaya rəhbərlik etdiyi 2 ildən artıq müddətdə ölkə xaricindən gətirilən oyunçuların demək olar ki, hamısı ümidləri doğruldub.
"Sumqayıt"ın qazandığı uğurlarda baş məşqçi amilini də qeyd etmək lazımdır. Artıq ikinci mövsümdür komandaya rəhbərlik edən Ayxan Abbasov geridə qalan müddətdə etimadı doğruldur. Abbasovun lazımi anda düzgün qərarlar verməsi, gənclərlə təcrübəlilərin vəhdətindən vahid komanda formalaşdırmasınn nəticəsidir ki, ötən il kubokda finala kimi irəliləyən "Sumqayıt" indi də Avroliqada mübarizəyə hazırlaşır.

“SUMQAYIT” QIŞ FASİLƏSİNƏ DƏ 4-CÜ YERDƏ YOLLANMIŞDI
Yeri gəlmişkən, “Zirə” və “Sabah” açıq və ya dolayısı yolla Premyer Liqanın yarımçıq dayandırılmasına etiraz edərək, “Sumqayıt”ın Avroliqaya yollanmasına kölgə salmağa çalışırlar. Amma fakt faktlığında qalır ki, “Sumqayıt” bu mövsüm adından söz etdirməyi bacardı. Geridə qalan 20 tur ərzində “Sumqayıt” demək olar ki, əksər hallarda ilk “dördlük”də olub. Komanda elə qış fasiləsinə də dördüncü yerdə yollanmışdı. III dövrənin ilk turunda “Sumqayıt” “Neftçi” ilə bərabərə qaldı (1:1), “Zirə” isə həmin tur “Sabah” üzərində qələbə qazanmaqla (2:0) 4-cü pilləyə yüksəldi. Lakin növbəti - 16-cı turda “Sumqayıt” öz meydanında “Zirə”ni 2:1 hesabı ilə məğlub etməklə yenidən dördüncü pilləyə qayıtdı və mövsüm yarımçıq dayandırılana kimki mövqeyini əldən vermədi. Bu məqam da bir daha “Sumqayıt”ın Avroliqaya yollanmağa layiq olduğunu göstərir. Üstəlik, komanda kubokda da mübarizəni davam etdirirdi.

ŞƏHRİYARA KİMLƏR “YOL YOLDAŞI” OLA BİLƏR?
Amma hazırda “Sumqayıt”ın vəziyyəti elə də ürəkaçan deyil. Şəhriyar Əliyev komandadan hələlik gedən yeganə oyunçu olsa da, aparıcı futbolçulardan daha bir neçəsinin klubla müqaviləsi başa çatıb. Bu baxımdan Əmir Ağayev, Aleksey İsayev, Peyman Babayi, Sertan Taşkın, Vüqar Mustafayev, Mehdi Cənnətovun adını çəkmək olar. Xüsusən ilk 3 futbolçu - cari mövsüm adından söz etdirən Əmir, Aleksey və Peymanı komandada saxlamaq çətin olacaq. Əmir Ağayev və Aleksey İsayevlə Premyer Liqanın bir neçə klubu maraqlanır. Peyman Babayi isə hazırda İranda ulduza çevrilib. “Maşinsazi”dən 2 illik icarəyə götürülən iranlı forvard ölkəsində buna qədər tanınmasa da, Azərbaycan Premyer Liqanın bombardirlərindən biri olması onu hazırda İranda ulduza çevirib. Odur ki, bu 3 futbolçunu komandada saxlamaq “Sumqayıt” üçün heç də asan olmayacaq. Bildiyimiz qədəri ilə klub rəhbərliyi onlarla yeni müqavilə imzalanması üçün əlindən gələni edir, lakin reallıqlar var. Bu gün digər klublar Əmirə, Alekseyə, Peymana “Sumqayıt”da qazandıqlarından 3-4 qat artıq pul təklif edəcəksə, təbii ki onlar da Şəhriyar kimi komandadan gedəcəklər.

ÇIXIŞ YOLU NƏDİR - LEGİONER?
Bir sözlə, Avroliqaya vəsiqə qazanmasına baxmayaraq, “Sumqayıt”da yenə ənənvi proses yaşanır. Komanda mövsüm boyu yaxşı oynayır, nəticə qazanır, hər şey yaxşı gedir, lakin sonda hazırkı heyəti qorumaq mümkün olmur. Aparıcı futbolçuların əksəri komandadan gedir.
İndiki vəziyyətdə digər klublarla ayaqlaşmaq üçün lazımi maliyyənin olmaması səbəbindən “Sumqayıt”ın yenidən eyni yolu keçməlidir. Yenə yeni heyət yığılmalı, düzgün transferlər edilməli və s.
Digər bir variant isə nəhayət ki, “Sumqayıt”a legioner transferinə icazə verilməsidir. Bugünə qədər komandaya əksər hallarda ölkə xaricindən yalnız gələcəkdə Azərbaycan millisində oynaya biləcək futbolçular cəlb olunub. İndi vəziyyət fərqlidir. Komanda Avroliqada oynayacaq, tək özünü deyil, ölkəni təmsil edəcək. Bu baxımdan legioner alışına icazə verilməsi heç də pis olmazdı. Çünki görünən budur ki, hazırkı büdcə ilə əsas heyət üzvlərini qorumaq çətin olacaq. Odur ki, ölkə xaricindən nisbətən ucuz qiymətə 3-4 legioner transferi heç də pis olmazdı.
Əks halda, indiki məqamda məhdud büdcəyə görə bir sıra aparıcı futbolçuların gedişindən sonra “Sumqayıt”a özünə gəlmək üçün vaxt lazım olacaq. Avroliqanın startına isə elə də çox vaxt qalmayıb...
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Zirə" "İmişli"ni məğlub etdi
-
23:56
"Sumqayıt" - "Şamaxı" matçında qarşılıqlı qollar VİDEO
-
22:48
“Sumqayıt”ın baş məşqçisi: “Bir xalla kifayətlənməyə layiq deyildik”
-
22:25
Azər Bağırov: “Səfərdə oynamaq daha çətindir”
-
21:39
“Sumqayıt” qəkəbəni əldən verdi
-
21:10
Nuriyevin komandasından 9 qollu qələbə
-
20:54
"Kəpəz" "Qəbələ"ni məğlub etdi VİDEO
-
15:43
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
-
15:07
"Gəncə"də meksikalı məşqçi
-
14:32
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
14:16
"Naxçıvan"da yeni müqavilə
-
13:58
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu transfer etdi
-
13:25
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
-
12:41
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu: "Qurban Qurbanovla işləmək istəyirəm"
-
12:00
Basketbol millimiz Türkiyədə ikinci olub
-
11:39
Voleybol klublarımızın avrokuboklarındakı oyun proqramı bəlli olub
-
11:14
“Fiorentina” 3 xalı 4 qolla qazandı VİDEO
-
10:57
"Gəncə" Ülkər Kərimova ilə müqavilə imzalayıb
-
10:23
“Şalke” mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:46
"Beşiktaş" "Ərzurumspor"a şans tanımadı VİDEO
-
23:45
Nəriman Axundzadənin komandası “Beşiktaş”la bacarmadı
-
22:23
Mahirin komandasından ilk qələbə
-
22:07
MOİK - "Şimal" matçında heç-heçə VİDEO
-
21:36
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
20:59
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:41
Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
-
19:14
Klisman: “Bu qol bütün komandanın əziyyətinin bəhrəsidir”
-
19:00
Vernidub: “Belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”
-
18:28
“Neftçi” "İmişli"ni məğlub etdi
-
17:32
Yakiroviç ayın ən yaxşısı seçildi
-
16:55
Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
16:27
Gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
-
16:03
"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
-
15:46
“İmişli” - “Neftçi”: Heyətlər açıqlandı
-
15:19
"Karvan-Yevlax" klubu ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşıb
-
14:51
“Şəfa” cəzadan yayındı, AFFA 5 min manat itirdi
-
14:24
Xames Rodriges bu kluba keçdi
-
14:00
Çempionlar Liqası: Minifutbol klublarımızın rəqibləri bilindi
-
13:32
Hamidu Keytanın yeni klubu məlum oldu
-
13:13
Boks millimiz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq
-
12:48
Zaur Paşayev "Naxçıvan"da
-
12:25
Millimizin rəqibi Gürcüstanla heçə-heçə edib
-
11:57
"Bazel" baş məşqçisini istefaya göndərdi
-
11:16
Azərbaycan oxatanları Belarusda 3 medal qazanıblar
-
10:49
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:31
"Sabah"ın məğlubiyyəti VİDEO
-
10:00
Azərbaycan UEFA reytinqində 25-cidir
-
01:24
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
00:52
“Mançester Yunayted” “Sabah”ı darmadağın etdi
-
21:29
V turun hakim təyinatları açıqlandı
12.09.2026
11.09.2026
10.09.2026
























