24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

AFFA “Neftçi”dən edilən şikayətə baxdı: klub rəsmisi menecerlik edə bilməz

Yanvarda “Neftçi”yə transfer olunan Nərimancahan Samanın keçidində vasitəçi olduğunu iddia edərək, klubdan buna görə maliyyə vəsaiti tələb edən Xanbaba Daşdı sözügedən məsələ ilə bağlı AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, məsələni araşdıran Oyunçuların Statusu və Transferi Komitəsindən X.Daşdıya bildirilib ki, o, klub rəsmisidir. Quba “Şahdağ”ının prezidenti postunu tutur və klub rəsmisinin menecerlik fəaliyyəti ilə məşğul olması qanunsuzdur.

Digər tərəfdən də vurğulanıb ki, “Neftçi” tərəfindən təqdim edilən səs yazısında menecerin oyunçunu kluba gətirə bilmədiyi etiraf olunur. Bütün bunları əsas götürən AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi Xanbaba Daşdının iddiasını təmin etməyib.

X.Daşdı saytımıza açıqlamasında qeyd etdiyimiz 2 məqamdan yalnız biri ilə razılaşdı:

“Oyunçuların Statusu və Transferi Komitəsindən iş getdi İntizam Komitəsinə. Gələn həftə məsələ tam bəlli olacaq. Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən komisyon haqqı ilə bağlı şikayətim təmin olunmadı. Əvəzində Ceyhun Sultanov barədə araşdırma tələbi irəli sürülüb”.

“Neftçi”yə müəyyən sanksiyalar tətbiq olunacağını iddia edən X.Daşdı bildirib ki, təqdim edilən səs yazısı kluba haqq qazandırmayıb: “İndiki halda mənim əleyhimə olan yalnız AFFA-da menecer kimi rəsmi qeydiyyatda olmamağımdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30