16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Yunis Hüseynov: “Çempionatın dayandırılması tam düzgün qərardı”

“AFFA İcraiyyə Komitəsinin çıxardığı qərar tam düzgündü. İndiki məqamda çempionatın davam etdirilməsi mümkünsüz görünürdü. Demək olar ki, Premyer Liqa iştirakçıları mart ayından məşq etmirdilər. Komandalar yenicə hazırlığa start vermişdi ki, Operativ Qərargah həftəsonları sərt karantin rejimi tətbiq etdi. Bu da komandaların normal hazırlığına mane olurdu”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri təcrübəli mütəxəssis, AFFA-nın texniki direktorunun müavini Yunis Hüseynov deyib.

O bildirib ki, indiki məqamda futbolçuların sağlamlığı təhlükə altında idi: “Mətbuatı izləyirəm, bəziləri deyir ki, komandalar sərt karantin günlərində bazalarında yığışıb məşq edə bilərdilər. Axı bütün komandaların bazaları yoxdu? Bazası olmayanlar nə etsin? Bu şəraitdə məşqlərin davam etdirilməsi, oyunların keçirilməsi futbolçuların sağlamlığını təhlükə altına atırdı. Virus bir yana, bir zədə səbəbindən futbolçuları itirə bilərdik. Ona görə də düşünürəm ki, çempionatın dayandırılması tam doğru qərardı”.

Yunis Hüseynov bildirib ki, çempionatın başa çatdırılması ölkəmizi avrokuboklarda təmsil edəcək klubların da xeyrinədir: “Məlum qərardan sonra “Qarabağ” çempion elan olundu və ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avroliqada yarışacaq. Hesab edirəm ki, indiki məqamda klublarımız qitə yarışlarına lazımi səviyyədə hazırlaşa bilərlər. Müəyyən qədər istirahətdən sonra təlim-məşq toplanışına start vermək olar. Bu halda komandalarımız avrokuboklara istədikləri kimi hazırlaşacaqlar və hesab edirəm ki, bu məqam onlara yaxşı nəticə qazanmaqda yardımçı olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30