16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Macarıstanın ən titullu klubunun prezidenti azərbaycanlıdır

Tarixində 31-ci dəfə çempionluğunu rəsmiləşdirən Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti əslən azərbaycanlı Qabor Qubadovdur.

Futbolxeber.az saytının məlumatına görə, Qubadov Azərbaycanın Naxçıvan bölgəsindəndir, ailəsi ötən əsrdə Macarıstana köçüb. O, 2006-cı ildən Macarıstan Milli Məclisinin deputatıdır.

Atası azərbaycanlı, anası isə macar olan Qubadov orta təhsilini Peşterjebetdə alıb. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışıb. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçüb.

54 yaşlı funksioner 2008-ci ildə keçirilmiş referendumda və 2009-cu il Macar Avropa Parlamenti seçkilərində fəal iştirak edib. 2006-cı ildən Macarıstan parlamentinin üzvü olan siyasətçi bu il Macarıstanın 10 ən görkəmli şəxsindən biri seçilib. Ailəlidir, Emma, Marsel və Oliviya adında 3 övladı var.

"Ferentsvaroş" Macarıstanın ən titullu klubu sayılır. Ləqəbi "yaşıl qartallar" olan komanda çempionluqlardan əlavə, 23 dəfə ölkə kubokunu qazanıb və 1974/1975 mövsümündə Avropa Kuboklar Kubokunun finalçısı olub. Həlledici görüşdə bu klub Kiyev "Dinamo"suna uduzub - 0:3. "Yaşıl-ağlar"ın hazırkı baş məşqçisi məhz ukraynalı Sergey Rebrovdur.

1899-cu ildə yaranan "Ferentsvaroş" ev oyunlarını 22 min azarkeş tutumuna malik “Qroupama Arena”da keçirir. Stadion məhz 2011-ci il fevralın 15-də klub prezident seçilən Qubadovun dövründə - 2013-cü ildə tikilib. Paytaxt təmsilçisi 2006-cı ildə ölkənin ən yaxşı klubu seçilib.

"Ferentsvaroş" bu mövsüm sona 3 tur qalmış qızıl medalları təmin edərək, Çempionlar Liqasına vəsiqə qazanıb və Azərbaycan Premyer Liqasının qalibi üçün potensial rəqib olub ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30