28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İsrail - Azərbaycan oyununda "Bakı"nın yenilgisinə şahid olan hakim

Dünya Çempionatı 2014-ün seçmə mərhələsinin sentyabrın 7-də keçiriləcək İsrail - Azərbaycan oyununun baş hakiminin adı açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, Netanya stadionunda baş tutacaq oyunu isveçli Stefan Yohannesson idarə edəcək. İsveçli referi 1971-ci ildə anadan olub, 2003-cü ildən FİFA hakimi adını daşıyır. Yohannessonun yolu heç vaxt millimizlə kəsişməsə də, bir dəfə Azərbaycan klubunun oyununa təyinat alıb. Belə ki, o, 2009-cu ildə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutan "Levski" - "Bakı" oyununu idarə edib. Həmin matçda "zolaqlılar"ın 0:2 hesablı yenilgisinə şahidlik edən isveçli hakim komandamızın 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31