Ölkə futbolu
Evimizi sökdülər... YAZI
2006-cı ilin avqustu idi. 2004-cü ildən azarkeşi olduğum “Bakı” klubuna yenicə mətbuat katibi təyin olunmuşdum. Çempionatın 3-cü turunda “Gənclərbirliyi”nə qarşı keçirəcəyimiz oyundan öncə komanda “Delfin otel”də “zbor”da idi.
Futbolda çalışanlar bilir ki, rəsmi oyunlardan 1 gün öncə (bəzən 2 gün də ola bilər) komanda “zbor”a yığışır. O vaxtlar da hələ “Bakı”nın bazası yox idi. Komanda oyunlardan 1 gün öncə o zaman otel kimi fəaliyyət göstərən “Delfin”də məskunlaşırdı. Məşhur otelin 3 korpusundan biri klubun ixtiyarına verilirdi.
Həmin gün komandanın o vaxtkı baş məşqçisi, rəhmətlik Böyükağa Hacıyev hansısa sənəd üçün məni “Delfin”ə çağırmışdı. Bu, “Delfin”ə ilk gəlişim idi. Ona qədər oteldə olmasam da, bilirdim ki, Bakı Sumqayıt şossesinin 9-cu kilometrliyində yerləşən 4 ulduzlu mehmanxana Bakının ən füsunkar, arxitektura quruluşuna görə cəlbedici otellərindən biridir. Şəffaf suyu, bağları, saunası, üzgüçülük hovuzu və restoranları ilə hətta Azərbaycanın hüdudlarından kənarda da məşhurdu. Hə, bir də o dövrdə Türkiyənin ən tanınmış müğənnilərindən olan, tez-tez Bakıya gələn Rafel El Romanın “Delfin”dəki “çapqınlığı” o zaman dillərdə məşhur idi...
...Klubda cəmi 3 gün əvvəl çalışmağa başladığım üçün təbii ki, otelin işçiləri məni tanımırdılar və təxminən yarım saatdan artıq qapıda gözlətdilər. Zaman keçdikcə mən də komanda ilə birgə “zbor”da qalırdım. Daha sonra Böyükağa Hacıyevi baş məşqçi postunda Coko Haciyevski əvəzlədi və makedoniyalının gəlişi ilə mən də “Delfin”in daimi sakininə çevrildim. Makedoniyalı mütəxəssisin “komandaya baza lazımdı” istək-arzusu xələfi Bülənt Qorxmazı gəlişindən sonra reallaşdı.
2009-cu ildə “Delfin” otel kimi fəaliyyətini tam dayandırdı və klubun ixtiyarına verildi. Təxminən ilyarımdan artıq davam edən tikintidən sonra 2011-ci il sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak etdi.

İllər keçdikcə baş məşqçilər də dəyişirdi. Bülənt Qorxmazdan sonra komanda müvəqqəti Cüneyt Biçərə tapşırıldı. Ondan sonra Vinfred Şefer, Aleksandr Starkov, Bojidar Badoviç, Milinko Pantiç və İbrahim Uzunca. Adaşım “Bakı”nın Premyer Liqadakı sonuncu baş məşqçisi kimi tarixdə qaldı.
Baş məşqçilər, futbolçular dəyişsə də, komandanın, bizim evimiz dəyişmirdi. Həmin baza o qədər tarixə şahidlik edib ki... O bazadan onlarla futbolçu çıxıb. Hansı ki hələ bu gün də o futbolçulardan 15-i Premyer Liqada oynayır. O bazadan 2012-ci ildə ölkəmizdə keçirilən 17 yaşadək qızlardan ibarət milli komandalar arasındakı dünya çempionatının bütün iştirakçıları məşq üçün istifadə ediblər (Hələ mən onu demirəm ki, həmin mundialın iştirakçılarının məşqi üçün stadion çatışmazlığı var idi və “Bakı”nın bazası tez istifadəyə verilməsəydi, bəlkə də dünya çempionatı Azərbaycandan alınacaqdı).
O bazada kimlər məşq etməyib ki... Portuqaliya, Türkiyə kimi millilər... Kriştiano Ronaldo, Arda Turan kimi ulduzlar... Həmin vaxt uzun fasilədən sonra İspaniya çempionu olan, 3 ildə 2 dəfə Çempionlar Liqasında final oynayan “Atletiko”nun bazaya gəlişi...

2010-cu ildə qazanılan kuboku sevincini elə bazada yaşamışdıq. Finaldan dərhal sonra Hafiz Məmmədovun tapşırığı ilə bütün futbolçular xanımları ilə birgə, əsl komanda, bir ailə kimi qazanılan uğuru səhərə kimi bazada qeyd etmişdik... O bazada mütəmadi olaraq ailələrindən ayrı düşən, akademiyada məskunlaşan azyaşlı futbolçular üçün Novruz bayramı, Yeni il şənlikləri təşkil olunardı. Başqa hansı klubun bazasında həmin bayramların məşhur personajları olan Keçələ, Kosaya, Şaxta Babaya, Qarqıza rast gəlmisiz?..

Ora bizim evimiz idi. Hər daşı, kəsəyi bizə əziz idi. Çünki 29 milyona başa gələn tikinti gözümüzün qabağında aparılırdı. Elə olurdu ki, qışda üstünü qar örtmüş meydanı təmizləmək, məşq saatına qədər hazır olması üçün hər birimiz, hətta klubun rəhbər şəxsləri belə əlinə bel götürüb qazonu qardan təmizləyirdi. Çünki ora bizim evimiz idi...
Amma indi evimizi sökdülər, dağıtdılar. Hər daş parçası bizə əziz olan evimizi uçurtdular. Detallara varmaq istəmirəm, amma əminliklə deyirəm ki, bazanın nəinki sökülməsi, hətta əsl sahiblərindən başqa bir şəxslərə, şirkətlərə verilməsi tam haqsızdır. Ən qısa zamada həqiqət ortaya çıxacaq. Təəssüflər olsun ki, o zaman artıq gec olacaq.
Nə olur olsun, o evdə yüzlərlə insanın xatirəsi var, yüzlərlə azyaşlı futbolda ilk addımlarını məhz o evdə atmışdı. Hər dəfə bazanın yaxınlığından keçəndə fəxrlə “Buranı tanıyırsız da, Azərbaycan futbolunun XXI əsrdəki məbədidi” deyirdim. Yaxud klubun vicdanlı yetirmələri “fəxrlə mən futboldakı ilk addımlarımı məhz burda atmışam” deyirdi. 5 ildən sonra haranı göstərəcəyik? Yaşayış kompleksini? Dünyanın heç bir ölkəsində belə şey yoxdu. Heç uzağa getməyək, bir anlıq təsəvvür edə bilərsiz, hansısa tikinti şirkəti “Fənərbaxça”nın, “Qalatasaray”ın bazasını söküb, yerində yaşayış binası tikir? Əlbəttə, yox. Belə şey qeyri-mümkündü. Buna heç cəsarət belə etməzlər. Bizdə isə...

Göz görə-görə o boyda baza, akademiya söküldü. Amma çoxları buna susdu, o söküntüyə göz yumdu. Sanki heç “Bakı” adlı klub olmayıb. Sanki heç illərlə Azərbaycanın müxtəlif yaş qrupları üzrə komandalarını futbolçu ilə təmin edən “Bakı” akademiyası olmayıb.
Bir neçə gün əvvəl Tərtərə səfər edən dövlət başçımız əksər bölgələrdə olduğu kimi, orada da idman kompleksinin rəsmi açılışını etdi. Dövlətin idmana olan qayğısının nəticəsidir ki, bu gün demək olar ki, Azərbaycanın hər bir şəhər və bölgəsində idman kompleksləri tikilib və orada gənclərin idmanla məşğul olmaları üçün şərait yaradılıb. Amma bunun qarşılığında paytaxtda, gözümüzün önündə o boyda baza, akademiya söküldü. Heç kimin səsi də çıxmadı... Sanki belə də olmalıymış.
Mətbuat qınamıram, onsuz da Hafiz Məmmədovun maliyyə vəziyyəti dəyişəndən sonra “Bakı”ya qarşı ögey münasibət göstərilirdi. Amma heç olmasa, Azərbaycan futbolu naminə səsinizi çıxartmalıydınız. Cəmi 3-5 nəfər reaksiya verdi, vəssalam.

Mətbuat bir yana, klubun öz yetirmələrinin biganəliyi də anlaşılmazdı. Yalnız Aqil Məmmədov istisna təşkil etdi. Futbolda ilk addımlarını “Bakı”da atan “Neftçi”nin qapıçısı bu günlərdə “Futbol+”a müsahibəsində bazanın söküntüsü ilə bağlı xəbəri belə qarşıladı: “Elə bir xəbər oxumuşdum ki, yerində nəsə tikəcəklər. Amma inanmırdım. Düşünürdüm ki, qoymazlar, o boyda bazanı, akademiyanı sökməzlər. Deməyə söz tapmıram. Ora bizim evimiz idi. Allaha and olsun, özümü güclə saxlayıram, deməyə söz tapmıram. Elə bilirəm, orda doğulub-böyümüşəm. Uşaqlığım, gəncliyim, yetkinliyim orda keçmişdi elə bil. Ordan keçəndə ora necə baxacam indi?”
Hə, Aqil, evimizi sökdülər...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
17:42
Simon Banzanın yeni klubu bilindi
-
17:05
Azərbaycan - Tacikistan oyununun hakimləri müəyyənləşib
-
16:26
"Naxçıvan"dan növbəti transfer
-
15:39
AFFA I Liqanın 7 klubunu cərimələdi
-
15:13
Çempionlar Liqasının finallarını bu şəhərlər qəbul edəcək
-
14:58
"Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik"
-
14:44
Astana UEFA Superkuboku matçına ev sahibliyi edəcək
-
14:21
"Zirə" legionerini "Karvan-Yevlax"a icarəyə verdi
-
14:00
AFFA "Kəpəz"i cərimələdi
-
13:37
Azərbaycandan ayrıldı, Kipr klubuna keçdi
-
13:02
“Araz-Naxçıvan”dan yubiley qolu
-
12:55
“Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
12:16
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
11:49
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:08
Cəlal oynadı, komandası 1 xal qazandı
-
10:54
"İnter" - "Udineze" matçında 8 qol VİDEO
-
10:31
Abdullazadənin komandası darmadağın oldu
-
10:17
"Roma" 4-də 4 etdi VİDEO
-
10:00
Şeydayevin komandasından əzmkar qələbə
-
00:42
“Fənərbaxça” səfərdə xal itirdi VİDEO
-
20:39
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
19:47
Elvin Camalov “Neftçi”dən getdi
-
18:20
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
-
17:51
Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb
-
17:16
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
17:03
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
16:42
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
-
16:34
Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”
-
16:25
“Neftçi” Emil Səfərovla yeni müqavilə imzaladı
-
15:58
"Gəncə"də yeni müqavilə
-
15:37
“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
-
15:19
Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq
-
15:00
Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
14:26
"Naxçıvan"dan yeni transfer
-
13:51
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
-
13:33
PSJ "Brest"dən üstün oldu VİDEO
-
13:02
"İmişli"dən "Şəfa"ya
-
12:44
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
12:25
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
11:58
"Napoli" "Bolonya"ya qalib gəldi VİDEO
-
11:39
Boksçularımız Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
11:17
"Yuventus" uduzdu VİDEO
-
11:00
Varkonyi: “Tək “Sabah” yox, “Zirə” və “Neftçi”ni də unutmaq olmaz”
-
10:46
Derbini "Mançester Siti" qazandı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
09:31
Toral oynadı, "Bursaspor" xal itirdi
-
09:14
"Qalatasaray"dan çətin qələbə VİDEO
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
15.09.2026
14.09.2026
13.09.2026
























