24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi” mövqeyini açıqladı: “Çempionatın davam etdirilməsinin tərəfdarıyıq, lakin bu şərtlərlə yox”

“Neftçi” klubu rəsmi olaraq çempionatın davam etdirilib-etdirilməməsi ilə bağlı rəsmi mövqeyini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, “ağ-qaralar”ın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev “Qəbələ” ilə yoxlama oyunundan (2:1) sonra təşkil olunan mətbuat konfrasında bununla bağlı danışıb.

Klub rəsmisi bildirib ki, “Neftçi” çempionatın davam etdirilməsinin tərəfdarıdır:

“Bu gün mətbuatda bizimlə bağlı çox şey yazılır. Rəsmi bir şey yoxdur, hələ öz fikrini və təfəkkürünü ortaya qoyur. Biz klub olaraq çempionatın davam etməsindən yanayıq. Bizim qarşı olduğumuz məsələ odur ki, indiki şəraitdə iki və ya 4 gündən bir sərt karantin rejiminin tətbiq olunması komandaların məşq prosesinə təsir edir. Bununla bağlı bizə hər hansı köməklik göstərilərsə, sərt karantin elan olunmasına baxmayaraq, komandaların normal hazırlıq prosesi keçməsinə imkan yaradılarsa, oyunların və ya məşqlərin keçirilməsində problem olmazsa, yaxşı olar”.

R.Allahverdiyev vurğulayıb ki, indiki şəraitdə komandanın çempionata hazırlaşması çətin görünür:

“Bu gün yoxlama oyunu keçirdik, komanda iki gün istirahət edəcək və yenidən 3 gün məşq olacaq. Bu səbəbdən komandanın çempionata hazır olması mümkün deyil. Premyer Liqanın davam etməsindən yanayıq. Lakin bu şəraitdə, belə davam edəcəksə, çempionatın bitməsini məqsədəuyğun hesab edirik, çünki risklər çoxdur. Bilirsiniz ki, ölkədə virus hansı səviyyədə yayılıb. Futbolçular da insandır, onların da ailəsi var. Biz işləyirik, siz jurnalistlər də həmçinin. Sizin də ailəniz var”.

Klub rəsmisi onu da əlavə edib ki, “Neftçi”nin istəyib-istəməməsi önəmli deyil, əsas olan AFFA İcraiyyə Komitəsinin verdiyi qərardı:

"Desək ki, istəmirik, bizim istəyimizlə çempionat dayandırılmayacaq. Nə qərar olacaqsa, hər ikisinə hazırıq. Hər iki qərara görə planlarımızı hazırlaşmışıq. Biz çempionatın davam etdirilməsinin tərəfdarıyıq, lakin bu şərtlərlə yox. Əgər iyunun 21-i çempionat başlayacaqsa, ayın 19 və 20-si sərt karantin elan olunması ehtimalı var. Bu və ondan sonrakı hadisələr necə olacaq? Bununla bağlı qərar verməlidirlər. Klub olaraq işimiz qərarı icra etməkdir".

Allahverdiyev deyib ki, mövsüm vaxtından əvvəl yekunlaşacağı təqdirdə "Qarabağ"ın çempion elan edilməməsi ilə bağlı şərt irəli sürməyiblər: "Bu məsələ ilə bağlı şərtimiz olmayıb, əsasnamə nə deyirsə, İcraiyyə Komitəsi nə qərar verəcəksə, o da olacaq. Çempion elan edilsələr, biz də rəqibimizi təbrik edib, uğurlar arzulayacağıq. "Qarabağ"ın çempion elan edilməsinə etiraz etsək nəsə dəyişəcək? Xeyr. Çünki qərarı verən qurum var, onlar nə qərar qəbul edəcəksə, razılaşacağıq. Rəsmi şəkildə elan edirik ki, bununla bağlı şərt irəli sürməmişik. Hazırda iyunun 21-dəki oyunumuza hazırlaşırıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30