16 May 2026, Şənbə
Kaxaber Sxadadzedən qələbə şərhi
XXXII turun hakim təyinatları
"Neftçi"nin şikayəti təmin edilmədi
Valdas Dambrauskasdan qələbə şərhi

Ölkə futbolu

104-cü legioner, 14-cü braziliyalı, 4-cü ispaniyalı

Azərbaycan Premyer Liqasının V turunun “Qəbələ” ilə səfər oyunu daha 2 futbolçunun “Xəzər Lənkəran”da rəsmi debütü ilə yadda qaldı. Futbolxeber.az-ın məlumatına görə, "Xəzər Lənkəran"ın 0:2 hesabı ilə uduzduğu matçda Deyvid Sakkoni və Edu Oriol ilk dəfə “ağ-yaşıllar”ın heyətində meydana çıxdı. Bu matçadək klubun 9 illik tarixində 164 oyunçu rəsmi matçlara çıxmışdı. Fasilədən sonra meydana çıxan Oriol bu siyahıda 165-ci, 73-cü dəqiqədə komanda yoldaşını əvəzləyən Sakkoni isə 166-cı oldu. Bu 166 oyunçudan milliləşənlər də nəzərə alınmaqla 104-ü legioner, 62-si yerli futbolçudur. Oriolla Sakkoniyədək 102 əcnəbi 37 ölkəni təmsil edirdi. Sakkoni klub tarixində 14-cü braziliyalı oldusa Oriol 4-cü ispaniyalıdır. Mario Rosas, Toni Doblas və Alvaro Silvadan sonra 4-cü olan Edunun sayəsində onun ölkəsi klubumuzdakı təmsilçilikdə Bolqarıstan və Portuqaliyaya çatdı. Braziliyalılar isə bu sayda hələ də 2-cidir: : Rumıniya – 18, Braziliya – 14, Türkiyə - 10, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya, İspaniya – hərəsi 4, Albaniya, Argentina, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Fil Dişi Sahili, Moldova, Nigeriya, Qana, Slovakiya, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya, Makedoniya, Mərakeş, Kamerun – hərəsi 1. 


lankaranfc.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31