25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Füzuli Məmmədov qələbəni şərh etdi: “…yalnız alqışlamaq olar”

"Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov "Keşlə” klubu ilə yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, o, uzun fasilədən sonra meydana çıxıb fədakarlıq göstərən futbolçuları alqışlayıb:

"Komandaların 3 ay futbolsuz qalıb cəmi 7 gün məşq edəndən sonra meydana çıxıb fədakarlıq göstərməsini yalnız alqışlamaq olar. Çünki futbolçular uzun müddətdir oynamırlar deyə, fiziki vəziyyətləri tam yerində deyil. Bir tərəfdən də havanın isti olması onlara çətinlik yaradırdı. Buna baxmayaraq, tapşırıqları yerinə yetirmək üçün meydanda əzmkarlıq göstərdilər. Hər birinə təşəkkür edirəm. Əlbəttə, çatışmazlıqlar çoxdur. Qarşıdakı müddətdə bunların üzərində işləməliyik ki, çempionat oyununadək daha da hazır olaq”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb:

"Dario Federikonun "Neftçi” ilə müqaviləsi var. Elə bir şey yoxdur ki, klub onu istəməsin. Onun oyunundan razı qaldım. Rəsmi görüş olmadığı üçün bəzi futbolçuları fərqli mövqedə yoxlamaq istədik. Mustivar orta sahə oyunçusu olsa da, sol cinahda da maksimum çalışdı. Oyunu məni qane etdi. Ömərə gəlincə, məşqdə zədələnmişdi deyə, risk etmək istəmədik. Baqali Dabo isə sonadək bizimlə olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30