20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: “Xal fərqi ilə irəlidə olsaq da, başqa komandaların da haqları var”

“Bəlkə də, pandemiya futbolumuz üçün dönüş nöqtəsi olacaq, futbolçularımız daha çox üzərlərində işləyəcəklər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ötən gün “Sabah”la keçirilən yoxlama oyunundan (5:0) sonra “CBC Sport”a açıqlamasında deyib.

Təcrübəli müdafiəçi koronavirus pandemiyasına görə martın əvvəlindən dayandırılan Premyer Liqanın bərpasının tərəfdarı olduğunu bildirib:

“Biz futbolçular istəyirik ki, oynayaq, çempionat başa vurulsun. İdman prinsipləri deyilən bir şey var. Biz xal fərqi ilə irəlidəyik, ancaq burada başqa komandaların da haqları var. Biz istəmərik ki, çempionat vaxtından əvvəl başa vurulsun. Bunu digər rəqiblərə qarşı haqsızlıq kimi görürük. İstəyirik ki, çempionat təmiz idman prinsipləri ilə başa vurulsun. Amma futboldan əvvəl əsas millətimizin sağlığıdır. Qərar verilib ki, çempionat davam etdiriləcək. Ancaq hər gün statistiklara, göstəricilərə baxılır və ona uyğun olaraq qərarlar dəyişilə bilir. Biz hər şeyə hazırıq”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30