28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qarşısıalınmaz “Turan”

Azərbaycan çempionatları tarixinin ən uzun qol seriyası “Turan”a məxsusdur.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq tarixin yaddaşına köçmüş klub 1993-95 mövsümlərində qarşısıalınmaz hücum xəttinə malik olub.

Tovuzlular ardıcıl 33 oyunda meydanı qolsuz tərk etməyib. 1993-cü il oktyabrın 10-da Sumqayıt “Xəzər”inə 0:1 hesabı ilə uduzandan sonra hər görüşdə qol vuran qərblilərin seriyası 1995-ci il fevralın 12-də Neftçala “Pambıqçı”sına eyni hesabla uduzanda qırılıb.
İkinci göstərici digər Qərb klubu “Şəmkir”ə məxsusdur. İkiqat ölkə çempionu 2000-01-ci illərdə 28 matçda meydanı qolsuz tərk etməyib. “Kəpəz” və “Neftçi” 25 qarşılaşmadan ibarət seriya ilə 3-cü yeri bölüşür.

Bakılılar bu seriyaya bir təqvim ilində - 2004/05 mövsümünün ikinci və 2005/06 mövsümünün ilk yarısını əhatə edən dövrdə imza atıb.

Ümumiyyətlə, çempionatlar tarixində 10 dəfə hər hansı komanda 20 və daha çox görüşdə qolları sıralayıb. “Kəpəz”lə “Neftçi” hərəyə üç, digərləri bir dəfə belə uğurlu seriyaya imza atıb.

Yer

Klub

Oyun

İl

1

Turan

33

1993-1995

2

Şəmkir

28

2000-2001

3-4

Kəpəz

25

1997-1998

 

Neftçi

25

2005

5-6

Kəpəz

23

1999.2000

 

Qarabağ

23

2015-2016

7

Neftçi

22

2006-2007

8-10

Kəpəz

21

1994

 

Neftçi

21

2018

 

Qəbələ

21

2015

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31