19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qəbələ” pentakampeonluğunu rəsmiləşdirdi

“Qəbələ” AFFA tərəfindən təşkil olunan Gənclər Liqasının 5 qat qalibidir.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” İcraiyyə Komitəsinin qərarı ilə liderlik etdiyi 2019/20 mövsümünün çempionu elan olunub. Bu, “Qəbələ”nin bu yaş qrupunda mübarizə aparan komandalarının ardıcıl 3-cü, ümumilikdə 5-ci zəfəridir.

2012/13 mövsümündən indiki formatda keçirilməyə başlayan, əvvəl U-19 Liqası adlanan yarışın ilk qızıl medallarını da “Qəbələ” qazanıb. 2015/16 mövsümündə isə komanda ikinci dəfə ölkənin ən yaxşısı olub. 2017/18 və 2018/19 mövsümlərində də hamını qabaqlayan U-19 cari çempionatda pentakampeonluğunu rəsmiləşdirib.

8 mövsümdə hamıdan çox - 5 dəfə qalib olan “Qəbələ” heç vaxt mükafatsız da qalmayıb. 2013/14 və 201617 mövsümlərində yalnız çempiondan geri qalıb, gümüş mükafatla kifayətlənən “qırmızı-qaralar”ın ən uğursuz nəticəsi bürünc medaldır. Bu, 2014/15 mövsümünə təsadüf edib.

Aktivində 5 qızıl, 2 gümüş və 1 bürünc olan “Qəbələ” ilk çempionluq istisna olmaqla hər zəfərdə avrokuboka vəsiqə qazanıb. UEFA Gənclər Liqasında debütü 2016/17 mövsümündə reallaşan “Qəbələ” futbolçuları son iki yarışda da Azərbaycanın təmsilçisi olub. 2018/19 və 2019/20 mövsümlərindən sonra yenidən qitə səhnəsinə çıxacaq komanda ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə avrokubokda oynayacaq.

Xatırladaq ki, U-19 cari mövsüm “Qəbələ”nin çempion olan üçüncü komandasıdır. Bunadək “Qəbələ”nin U-15 və U-16 komandaları da qalib elan edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31