Ölkə futbolu
Nə oldu, “Neftçi” dağıldı?
Martdan bu yana koronavirus pandemiyasına görə sanki qış yuxuna getmiş Azərbaycan futbolunda son 2-3 gündə canlanma müşahidə olunur. Bu da səbəbsiz deyil. Əvvəlcə məlum oldu ki, iyunun ilk günündən klublarımız məşqlərə başlayacaq, ayın 21-də isə Premyer Liqamız qaldığı yerdən davam edəcək.
Dünən klublarımız hazırlığa start verdilər, PFL isə mövsümün qalan hissəsinin təqvimini açıqladı. Ardınca məlum oldu ki, I divizion və Gənclər Liqasında mövsümün qalan hissəsi oynanılmayacaq və AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, “Turan Tovuz” və “Qəbələ” müvafiq olaraq bu yarışlarda çempion elan edildilər.
Axşam saatlarında isə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun açıqlamaları günə damğa vurdu. CBC Sportda “Bizim futbol”un qonağı olan assosiasiya rəhbəri əvvəlcə növbəti mövsüm Premyer Liqada komanda sayının artırılmayacağını bəyan etdi. Bildirdi ki, planda 10 komanda olsa da, hazırkı vəziyyət nəzərə alınaraq növbəti mövsümdə də yüksək dəstədə 8 komandalı çempionat keçiriləcək.
Daha sonra E.Məmmədov millinin baş məşqçi məsələsinə toxundu və bəyan etdi ki, yığmanı çalışdırmağa əsas namizəd olan 3 əcnəbi məşqçi ilə danışıqlar artıq bərpa olunub. Millətlər Liqasının startı yubanmasa, ən geci artıq avqustda yığmamızın yeni çalışdırıcısını adını rəsmən biləcəyik. Bu açıqlama həm də “millini yerli mütəxəssis çalışdıracaq” fikrinin üstündən bir daha xətt çəkdi.
Bayaqdan sadaladıqlarımız haqda günün müxtəlif saatlarında danışılsa da, 1 iyunun əsas müzakirə mövzusu “Neftçi” idi. Hələ srağagün gecədən Donald Geryenin İnstaqram hesabından klubdan gedəcəyini bəyan etməsi, əvvəlcədən Baqali Dabonun klubu tərk etmək üzrə olması anti”Neftçi”liləri hərəkətə keçirdi. Klubun prezidentindən, vitse-prezidentindən, idman direktorundan, baş məşqçisindən, futbolçusundan, tərcüməçisindən, mətbuat xidmətindən incik kim vardısa, hamısı “Neftçi”nin halına “yanan” oldu. Gün ərzində sosial şəbəkələrdə “Amandı qoymayın, “Neftçi” dağıldı” “ağı”sı səsləndi. 2 futbolçunun gedişi ilə sən demə, illərin flaqmanı yerlə yeksan olacaqdı. Bəli, indiki məqamda 2 aparıcı futbolçunun gedişi çempionluq şansı onsuz da çox olmayan “Neftçi”nin işini çətinə salacaq. Amma hadisələrə real gözlə baxsaq, aydın olar ki, birincisi, müqaviləsi bitən futbolçunun klubdan gedişində qeyri-adi nəsə yoxdur. İkincisi də ürəyini meydanda qoymayacaq, özünü yeni klubu üçün qoruyacaq futbolçunun elə meydana çıxmaması daha yaxşıdı. Əslində isə “Neftçi”nin durumunda bəzilərinin iddia etdiyi kimi, faciəvi nəsə yoxdu. Elə dünən günün ikinci yarısında klubdan gələn xəbərlər də hər şeyin qaydasında olduğunu sübuta yetirdi. Əvvəlcə Anton Krivotsyukla müqavilənin daha 1 illiyə uzadıldığı məlum oldu. Sonrada isə “Neftçi”sevərləri sevindirən daha bir xəbər yayıldı: Emin Mahmudov daha 3 il “ağ-qaralar”ın formasını geyəcək. Kapitanla sözləşmənin yenilənməsi həm də 2 futbolçunun gedişi ilə “Neftçi”ni “dəfn edənlərə” “yıxılmaqdıq, ayaqdayıq” mesajı idi...
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- “Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satılıb
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- Zaur Axundov: “Komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi”
- Baş katibin “irəliləyişi” - Avropada ən zəif nəticə
- "Neftçi" hakim məsələsində sona qədər getdi: "Bu kampaniyanı aparanlar məqsədlərinə nail olmayacaqlar"
-
18:00
Karateçilərimiz Moldovada keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar
-
17:41
"İmişli"də yeni müqavilə
-
17:26
Son üç mövsümün 10 bombardiri
-
16:58
Mehdiabadda yeni cüdo zalı fəaliyyətə başlayıb
-
16:37
“Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
-
16:13
Kamandan oxatma millimiz Avropa çempionatında 1/8 finala yüksəlib
-
15:49
Taekvondo Federasiyasının rəsmiləri beynəlxalq qurumun komitələrinə seçiliblər
-
15:24
Yeniyetmə cüdoçularımız Xabarovskda toplanışında iştirak ediblər
-
15:00
DÇ-2026: İsveçrə millisinin də heyəti açıqlandı
-
14:35
Milli Paralimpiya Komitəsində medal qazanan idmançılarla görüş
-
14:12
Avropa çempionatında Azərbaycanı 12 şahmatçı təmsil edəcək
-
13:51
İngiltərədə mövsümün ən yaxşı futbolçusu kimdir?
-
12:43
Cenklə Avropa “cənginə”
-
12:26
Stolüstü tennisçilərimiz Tacikistanda "Prezident Kuboku"nda iştirak edəcəklər
-
12:07
Cüdo milliniz Polşada təlim-məşq toplanışında iştirak edib
-
11:18
Azərbaycan yığmasında kapitan o olacaq
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:39
Güləşçilərimiz Bolqarıstanda Avropa çempionatında yarışacaqlar
-
10:24
AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
-
10:02
"Mançesgter Siti" xal itirdi, "Arsenal" çempion oldu VİDEO
-
09:45
Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib
-
23:13
“Qarabağ”ın çəkisi çox ağırdır”
-
23:04
Tahir Gözel: "Uzaqgörən transfer siyasətinə üstünlük verdik"
-
18:45
Ronaldo DÇ-2026-ya gedir
-
18:27
“Yaxın illərdə yaxşı nəticələr qazanacağımıza ümid edirəm”
-
17:51
Avstriya millisi mundiala bu heyətlə yollanır
-
17:18
“Sumqayıt” - “Qarabağ” oyunun biletləri satışda
-
17:00
Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
-
16:36
DÇ-2026: Şotlandiya millisinin heyəti açıqlandı
-
15:43
Azərbaycanın iki sərbəst güləşçisi Rusiyadakı turnirdə bürünc medal qazanıb
-
15:29
AMADA əməkdaşları azad olunmuş ərazilərə səfər ediblər
-
15:14
FİFA referiləri I Liqa oyunlarında
-
14:52
Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb
-
14:05
Çingiz Hüseynzadə: “İdmanın gözəlliyi onun ədalətindədir”
-
13:37
"Sabah"da serbiyalı baş məşqçi
-
12:28
MOK-un Ədalətli Oyunlar Komissiyası ötən il fərqlənən idman adamlarını mükafatlandırıb
-
12:00
“Şamaxı”nın bombardirinə xaricdən təkliflər var
-
11:41
Azərbaycan Premyer Liqasında bu mövsümün ən gənc futbolçusu kimdir? VİDEO
-
11:16
Azərbaycanın stolüstü tennisçiləri daha bir beynəlxalq turnirə qatılıblar
-
10:53
“Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:24
“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı VİDEO
-
10:02
Ançelotti Braziliya millisinin DÇ-2026 üçün yekun heyətini açıqladı
-
09:45
“Quba” - “Dinamo” matçında 4 qol VİDEO
-
23:28
Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır
-
22:15
Cüdo üzrə U-14 Liqa yarışının III turu keçiriləcək
-
22:03
“Araz-Naxçıvan” ardıcıl 10-cu, ümumilikdə 20-ci dəfə ölkə çempionu oldu
-
21:44
"Kəpəz" və "Turan Tovuz"un ev oyunlarının yeri dəyişdirildi: XXXIII turun oyun cədvəli
-
20:51
“Qarabağ” Muaddibini qolf meydançasından təqdim etdi -
-
20:36
Türkiyə millisinin DÇ-2026 üçün genişləndirilmiş heyəti açıqlandı
20.05.2026
19.05.2026
18.05.2026























