4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

Fariz Nəcəfov: "Onun Azərbaycana qaytarılması bizim əlimizdə deyil"

"Karantin başladığı müddətdən AFFA-dan müəyyən təlimatlar alırıq".

Futbolxeber.az saytınınməlumatına görə, bu sözləri "Qəbələ"nin prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının bərpasından sonra koronavirusla bağlı tətbiq olunacaq təhlükəsizlik qaydaları barədə danışarkən deyib.

Əyalət təmsilçisinin rəhbəri bildirib ki, federasiya dünənki iclasda müzakirə olunan məsələlər barədə də təlimat hazır olduqdan sonra onu klublara göndərəcək. Nəcəfovun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq məqsədilə klublara paltardəyişmə otaqlarından istifadə olunmaması tövsiyə edilib: "Qapalı və dar yerdə futbolçular, məşqçilər daha sıx təmasda olurlar. Belədə xəstəliyin yayılma ehtimalı çox olduğu üçün futbolçuların oyunlara, məşqlərə hazır formada gəlmələri daha yaxşı olar. Bundan başqa, oyunçuların qaldıqları otaqlardakı duşdan istifadə etmələri məsləhət görülür".

Klub prezidenti martın sonlarında ölkəsinə yollanan ispaniyalı yarımmüdafiəçi Fernan Lopesin durumuna da toxunub: "Biz onu İspaniyaya göndərəndə bu hal gözlənilmirdi. İndiki məqamda isə edə biləcəyimiz heç nə yoxdur. Çempionata onsuz davam etmək məcburiyyətindəyik. Çünki Fernanın Azərbaycana qaytarılması bizim əlimizdə deyil. Elə bir haldır ki, vəziyyətlə barışmalıyıq. Sözsüz ki, sərhədlər açılacağı halda ən qısa müddətdə burada olacaq".

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq ("Report").

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28