Ölkə futbolu
28 futbolçu üçün ödənilməyən - “Bakı”nın göyə sovrulan milyonları
Koronavirus dövründə son günlər futbolumuzda əsas müzakirə olunan məsələlərdən biri də “Bakı” Futbol Klubunun bazasında söküntü işlərinə başlanmasıdı. Düzdür, məlum səbəblərdən əvvəl o bazanın qapısından içəri daxil olmaq üçün növbəyə dayananların çoxu bu məsələyə biganə qaldılar. Kimlərinsə xoşuna gəlməz deyə məsələ ilə bağlı fikir bildirməyə, nəsə yazmağa cürət etmədilər. Amma ölkənin bir çox aparıcı portalları, bəzi kanallar yaxın keçmişdə Azərbaycanın müxtəlif yaş qrupu üzrə mili komandaları üçün ən çox futbolçu hazırlayan klubun bazasının dağıdılmasına biganə qalmadılar. Hazırda baza ətrafında müzakirələr gedir və qarşıdakı günlərdə “Bakı” Futbol Klubunun rəhbərliyinin məsələ ilə bağlı geniş açıqlama verəcəyi gözlənilir.
Lakin bu yazıda toxunmaq istədiyimiz məqam başqadı. Bu günlərdə, daha da dəqiqləşdirsək Amin Seyidovun “Sabah”a transferindən sonra bir məqam diqqətimizi çəkdi. Həmkarlarımızdan birinin sosial şəbəkədə qeyd etdiyi kimi, “Qəbələ” təxminən son ilyarımda 3 yetirməsinin - Hacıağa Hacılı (“Qarabağ”), Bəhlul Mustafazadə və Amin Seyidovun (hər ikisi “Sabah”) satışından təxminən yarım milyon manat pul əldə edib. Futbol klubu üçün yarım milyon kiçik rəqəm kimi görünə bilər. Lakin Azərbaycan reallığında bu, böyük uğurdu. Çünki bizim klublar adətən futbolçu satışından gəlir əldə etmirlər. Təbii ki, tək-tük istisnalar olub. Ancaq “Qəbələ” artıq bu işi sistem halına salıb və son ilyarımda klubun 3 yetirməsinin satışından yarım milyon manat qazanması uğur sayılmalıdı.
Həmin bu yarım milyon məsələsi ilə “Bakı”nın bazasının sökülməsi təxminən eyni vaxta düşdü. Bir anlıq düşünün: eyni mövqedə “Bakı” olsaydı, klub yetirmələrinin satışından nə qədər gəlir əldə edərdi? Təbii ki, qat-qat çox.
Adicə cari mövsümə diqqət edək. Apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, cari mövsümün ikinci yarısında Premyer Liqanın 6 klubunun heyətində ümumilikdə “Bakı”nın 15 yetirməsi yer alıb:
“Qarabağ” - 3 oyunçu
Mahir Emreli, İsmayıl İbrahimli, Nicat Mehbalıyev
“Neftçi” - 3 oyunçu
Aqil Məmmədov, Rəhman Hacıyev, Namiq Ələsgərov
“Səbail” - 2 oyunçu
Elxan Əhmədov, Vüqar Bəybalayev
“Zirə” - 3 oyunçu
Nicat Süleymanov, Rauf Hüseynli, Ağarəhim Kərimov
“Sumqayıt” - 2 oyunçu
Şəhriyar Əliyev, Vüqar Mustafayev
“Sabah” - 2 oyunçu
Vadim Abdullayev, Şakir Seyidov
Bu gün Mahir Emreli və İsmayıl İbrahimli “Qarabağ”da, Aqil Məmmədov, Namiq Ələsgərov, Rəhman Hacıyev “Neftçi"də, Nicat Süleymanov “Zirə”də, Şəhriyar Əliyev “Sumqayıt”da, Şakir Seyidov “Sabah”da aparıcı futbolçulardı. Bu oyunçuların hər birinin satışını “Bakı” reallaşdırsaydı, klubun qazancı yüz minlər yox, milyon həddində olardı.
Premyer Liqa ilə yanaşı, bu gün I divizionun da əksər klublarında “Bakı”nın yetirmələrinə rast gəlmək mümkündü. Xüsusən də, Premyer Liqa klublarının əvəzedici heyətində yer alan 2000, 2001-ci il təvəllüdlü futbolçuları qeyd etmək olar ki, böyük ehtimalla, onlar yaxın gələcəkdə əsas heyətə də cəlb olunacaqlar.
“Bakı”nın cari mövsüm I divizionda çıxış edən yetirmələri:
“Turan Tovuz” - 1 oyunçu
Səbayel Bağırov
“Kəpəz” - 1 oyunçu
Tural Qürbətov
MOİK - 1 oyunçu
Fərid Nadirov
“Zaqatala” - 2 oyunçu
Famil Camalov, Ülvi Quliyev
“Zirə-2” - 2 oyunçu
Kənan Cəfərov, Tapdıq Əhmədov
“Sabah-2” - 2 oyunçu
Cavid Nəcizadə, Hüseynəli Quliyev
“Qarabağ-2” - 2 oyunçu
Kamran Məmmədov, Ayhan Arazlı
“Keşlə-2” - 2 oyunçu
Riyad Abbaszadə, Elmir Rəhimzadə
Siyahıdan da göründüyü kimi, bu 28 futbolçu təkcə elə cari mövsümün ikinci yarısında adı klubların iştirak ərizəsinə düşənlərdi. “Bakı”nın yetirmələrinin də, onların xidmətindən istifadə edən Premyer Liqa klublarının da sayı əvvəlki illərdə daha çox olub. “Bakı”nın yetirmələrindən hazırda Nurlan Novruzov Estoniyada, Salman Altuxanov, Umar Akmurzayev, Yusif Hakimov Türkiyədə, Elməddin Məmmədov Moldovada legioner həyatı yaşayır.
Eləcə də Bəxtiyar Soltanov, Azad Kərimov, Hacı Əhmədov, Elşad Manafov, Valeh Seyidov və hazırda adını xatırladığımız onlarla “Bakı”nın yetirməsi müxtəlif illərdə Premyer Liqa klublarının uğuru üçün çalışıblar. Amma bütün bunlardan “Bakı” heç bir qazanc əldə etməyib. Halbuki o futbolçuların yetişməsi üçün milyonlarla vəsait xərclənib. Təkcə elə “Bakı” Futbol Klubunun təlim-məşq bazasının inşası üçün 29 milyon manat xərcləndiyini xatırlamaq kifayət edər.
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- Abubakar “Bursaspor”a keçir?
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- FİFA referiləri I Liqa oyunlarında
- Cenklə Avropa “cənginə”
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
-
13:08
Basketbol millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
-
12:34
“Nitsa” Liqa 1-də yerini qorudu
-
11:56
Kipr kubokunun qalibi müəyyənləşdi
-
11:23
Azərbaycan millisi xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
-
10:49
Otamendinin yeni klubu müəyyənləşdi
-
10:12
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:51
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?
-
09:37
Minifutbol millimiz Fransaya qarşı
-
09:00
“Neftçi” çempion, “Sumqayı” gümüş medalçı oldu FOTOLENT
-
21:43
İtaliya - Azərbaycan matçında 3 qol VİDEO
-
20:31
“Qrup lideri olmaq niyyətindəyik”
-
19:18
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
-
18:55
Millimiz İtaliyanı məğlub etdi
-
18:00
"Ağstafa Gəncləri" II Liqadakı yerini qorudu
-
17:47
İspaniya klubu baş məşqçisi ilə yeni müqavilə imzaladı
-
16:29
Füzuli Məmmədov "Karvan-Yevlax"dan getdi
-
16:12
“Qarabağ”ın iki legionerinə millidən dəvət alıb
-
15:06
Berdıyev: “Azərbaycanlı futbolçular limitin ləğvindən sonra..."
-
14:33
Argentina millisi mundiala bu heyətlə yollanır
-
13:58
Mirmehdi Rzayev: "İtaliyaya mütləq qalib gəlməliyik”
-
13:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:41
Boksçularımız Batumidə 5 medal qazanıblar
-
12:15
Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
-
11:30
Adriel Ba Loua: “Bu matçda əsas taktika yox, istək idi”
-
10:59
Messinin 6-cı dünya çempionatı
-
09:46
Renat Dadaşov Polşa klubundan ayrılıb
-
22:58
"Şamaxı" onu da göndərdi
-
22:14
"Qəbələ"nin qələbəsi VİDEO
-
21:26
Kaxaber Sxadadzedən qələbə şərhi
-
21:02
Ramiz Məmmədov: “Hər iki qolun səbəbkarı Tural Qurbanov idi”
-
20:43
“Qəbələ” “Mingəçevir”ə qalib gəldi
-
18:59
Millimiz Avropa çempionatına qələbə ilə başladı VİDEO
-
17:15
Elşad Quliyev: “Oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq”
-
17:01
“Mançester Yunayted” Edersonu transfer edir
-
16:37
Millimiz Avstriyanı məğlub etdi
-
16:24
“Barselona” onunla vidalaşmaq istəmir
-
15:50
Modriç “Real”a qayıda bilər
-
15:18
“Mançester Siti”nin “Real”a dəyişir
-
14:42
“Monako”nun yeni baş məşqçisi müəyyənləşdi
-
13:06
Toral Bayramov "Qarabağ"la belə vidalaşdı
-
12:39
Rövlan Muradov: “Mövsüm mənim üçün yaxşı alınmadı”
-
11:25
"Roma"da yeni müqavilə
-
10:51
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
"Kristal Pelas" Konfrans Liqasının qalibi oldu VİDEO
-
09:20
İmad Faraj: “İndi qrup mərhələsi barədə düşünməliyik”
-
01:32
Azərbaycan millisi Avropa çempionu oldu
-
00:58
UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi
-
22:42
Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
-
21:36
"Şamaxı"da növbəti ayrılıq
-
20:14
"Sumqayıt" 2 legioneri ilə vidalaşdı
30.05.2026
29.05.2026
28.05.2026
27.05.2026























