14 Sentyabr 2025, Bazar günü
Kurban Berdıyevdən qələbə şərhi
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
“Neftçi”nin heyətində iki itki
“Mövzuya bir daha qayıtmayacağam”

Ölkə futbolu

“Neftçi” və “Qarabağ”: 100-dən çox böyükhesablı qələbə

Azərbaycan çempionatları tarixində 913 oyun böyükhesablı nəticə ilə başa çatıb.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 1992-ci ildən keçirilən yarışda ən çox belə qələbə qazanan komanda “Neftçi”dir. Baklılar 127 dəfə rəqibini 3 və ya daha çox top fərqi ilə məğlub edib.

Daha bir komandanın hesabında 100-dən çox böyükhesablı qələbə var. “Qarabağ” 107 matçda buna nail olub.

Ən çox böyükhesablı qələbə qazanan komandalar: “Neftçi” - 127, “Qarabağ” - 107, “Kəpəz” - 93, “Turan” - 59, “Keşlə” - 53, “Bakı” - 52, “Xəzər Lənkəran” - 42, “Şəmkir” - 38, “Xəzər” Sumqayıt, “Qəbələ” - 31.

Üç və ya daha çox top fərqilə alınan məğlubiyyət sayında antirekord MOİK-ə məxsusdur. Paytaxt klubu 52 ağır yenilgi alıb. Qusar “Şahdağ”ı ikinci, “Turan” üçüncüdür.

Ən çox böyükhesablı məğlubiyyət alan komandalar: MOİK - 52, “Şahdağ” Qusar -  45, “Turan” - 44, “Kəpəz” - 40, “Bakı” - 37, “Xəzər” Sumqayıt - 36, “Şəfa” - 30, “Qəbələ” - 27, “Viləş”, “Pambıqçı” B, “Kürmük”, “Bakılı” - 26.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30