9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Kəpəz” futbolçularının şərikli rekordu

Azərbaycan çempionatları tarixində bir futbolçunun eyni oyunda vurduğu qol sayında rekord 7-yə bərabərdir.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu göstəriciyə ilk dəfə Fazil Pərvərov imza atıb.

“Kəpəz”in futbolçusu 27 il əvvəl bir matçda 7 dəfə fərqlənib. Onun rekordu təxminən 3 il sonra təkrarlanıb. Gəncə klubunun daha bir üzvü Rövşən Əhmədov eyni uğuru gerçəkləşdirib. Ölkə çempionatlarının 28 illik tarixində 5-dən çox qol vuran 3-cü və hələlik sonuncu futbolçu Alay Bəhramovdur. “Viləş”in bombardiri 21 il əvvəlki uğuru zamanı “Kəpəz”in futbolçuları qədər - 7 qol vura bilməsə də, 6 topla çempionatın ən məhsuldar heç-heçəsində pay sahibi olub.

Bir oyunda 5-dən artıq qol vuran futbolçular

7 qol - Fazil Pərvərov (1993/94 mövsümü)

24.10.1993. “Kəpəz” - “Avtomobilçi” (Yevlax) 8:0

7 qol - Rövşən Əhmədov (1996/97 mövsümü)

23.11.1996. “Kəpəz” - “Şəmkir” 14:2

6 qol - Alay Bəhramov (1998/99 mövsümü)

25.04.1999. “Viləş” - “Turan” 6:6

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31