9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Böyükağa Hacıyev haqqında film çəkildi

“Bakı” və “Neftçi”nin sabiq baş məşqçisi, mərhum Böyükağa Hacıyev haqqında film çəkilib.

Futbolxeber.az saytının məlumatına görə, Aranfilm Yaradıcılıq Mərkəzinin istehsalı olan film “Zəifin gücü” adlanır.

Filmin rejissor və ssenari müəllifi Aydan Əhmədova, operatoru Əminə Həsənli, montajçısı Pərviz Səlimovdur.

Qənirə Qurbanlı “Zəifin gücü”nün direktoru, Tahir Tahiroviç bədii rəhbəri, İqbal Məmmədəliyev isə prodüseridir.

Qeyd edək ki, 2006-cı ildə ilk dəfə “Bakı”nı ölkə çempionluğuna daşıyan Böyükağa Hacıyev, daha sonra 2 dəfə bu uğura “Neftçi” ilə nail olub. “Ağ-qaralar”la 2 dəfə ölkə kubokunu qazanan mərhum mütəxəssis ən böyük uğuruna 2012-ci ildə imza atıb. Belə ki, Hacıyev Avroliqanın qrup mərhələsinə Azərbaycan klubunu yüksəldən ilk məşqçi kimi tarixə düşüb. Həmin ildə o, “Şöhrət” orderi ilə təltif edilib. 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31