Ölkə futbolu
“Azərbaycanda Futbolun İnkişafına Dair Dövlət Proqramı” natamam hazırlandı”
Şərqşünas, tarix üzrə fəlsəfə doktoru, “Bakı” Futbol Klubunun sabiq vitse-prezidenti, “Toplu Bakı” jurnalının baş redaktoru Nail Əliyev sportinfo.az-a xatirələrini bölüşür. Futbolxeber.az saytı N.Əliyevin növbəti - dördücü yazısını təqdim edir:
"BAKI" KEÇMİŞ SSRİ MƏKANINDA ANALOQU OLMAYAN BAZA İNŞA ETDİRDİ”
“İş adamları, şirkət rəhbərləri futbola böyük sərmayələr edirdi. Bölgələrdə iri, müasir standartlara uyğun stadionlar inşa olunurdu. Buna misal olaraq "Şəmkir" - Şahbaz Suleymanov, "MTK-Araz" - İkram Kərimli, "Turan" - Vidadi Əhmədov, Tahir Yusifov, "Kəpəz" - Rza Məmmədov, "Karvan" - Şahmar Vəliyev, Cavanşir Şirəliyev, "Xəzər Lənkəran" - Mübariz Mənsimov, "Neftçi" Rasim Rəfiyev və başqalarını qeyd etmək olar.
"Bakı" FK keçmiş SSRİ məkanında analoqu olmayan baza və uşaq futbol akademiyası inşa etdirdi. Peşəkar türk və xarici futbol mütəxəssisləri klubun akademiyasına cəlb olundu. Uşaq seksiyalarında və yaş qruplarında 550 yeniyetmə-gənc futbolçu məşq keçirdi. Azərbaycanın bütün bölgələrində seleksiya işləri aparılmışdı, 100-ə yaxın uşaq akademiyada yaşayıb məşq edir, Biləcəridəki orta məktəblərdə təhsil alırdılar. Futbolçuların oyun praktikasi və yerləşdirilməsi üçün "Lokomotiv-Biləcəri" FK yaradılaraq, birinci divizionda çıxış etməyə başlamışdı.
Jurnalist Erkin İbrahimov ilə birlikdə "Rubin"in baş məşqçisi Kurban Berdiyev "Bakı" Akademiyası ilə tanış oldu, onları qonaqladım. O bildirdi ki, belə kompleks görməyib və mütləq Tatarıstan Respublikasının prezidenti Mintimer Şaymiyev qarşısında belə bazanın "Rubin" üçün tikilmə məsələsini qaldıracaq”.
“ƏBÜLFƏZ QARAYEVLƏ RAMİZ MİRZƏYEV ARASINDAKI MƏNFİ MÜNASİBƏT FUTBOLUN İNKAFINA NEQATİV TƏSİR GÖSTƏRİRDİ”
“Ovaxtkı idman naziri Əbülfəz Qarayevlə AFFA prezidenti Ramiz Mirzəyev arasındakı mənfi münasibət futbolun inkafına neqativ təsir göstərirdi. Bunun nəticəsi kimi, 2005-2015-ci illər üzrə «Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramı» natamam hazırlandı. Ə.Qarayevin federasiyada yerləşdirilmiş kadr və "qaquliklər"ini R.Mirzəyev federasiyaya buraxmırdı.
AFFA-nın tədbirində millinin yeni təyin edilmiş baş məşqçisi, Braziliya yiğmasının əfsanəvi kapitanı Karlos Alberto Torreslə tanış oldum.
Özümü dərk edəndən Braziliya futbolunun azarkeşi olmuşam. Torres məni Rio-de-Jeneroya dəvət etdi. Braziliya Futbol Federasiyasında oldum, oradakı iş prinsipləri ilə tanışlıq imkanı qazandım”.
“ROMARİO BİLDİRDİ Kİ, "BAKI"DA ÇIXIŞ EDƏ BİLƏR”
“Milli komandanın təlim-məşq bazasında görüşlər keçirdim, əfsanəvi Jairzinyo, Romario, Bebeto ilə görüşlərim oldu. Romario söhbət zamanı bildirdi ki Azərbaycan haqqında çox eşidib və təklif gələrsə, "Bakı"da çıxış edə bilər. Mən bildirdim ki, klubun illik büdcəsi 1,4 milyon dollardır, ən bahalı futbolçularımızın illik qazancı isə təqribi 35 min dollardır.
Karlos Alberto Torres evində mənə bir səmimi etiraf etdi. Dedi ki, AFFA-nın onu Azərbaycana dəvət etməkdə məqsədi adından istifadə edib, millini dünya arenasında tanıtmaq olub”.
“KUBOK QALİBİ HAQQINDA HEÇ BİR MƏLUMAT VERMƏYƏN, VERİLİŞ HAZIRLAMAYAN "KƏŞFİYYATÇI"NIN QƏFİL GƏLİŞİ MƏNƏ AYDIN İDİ”
“2005-2006-cı illər mövsümünə hazırlıq başlandı. Yay toplanışı Quba Olimpiya kompleksində, qış hazırlığı isə Antaliyada keçirilirdi. Emin İmaməliyev, Rauf Mehdiyev, Vadim Vasilyev komandaya transfer olundu. Hacı Fərəməzin, Telmanın vasitəsi ilə Əhməd Ələsgərovu Odessadan dəvət edib, öncə məsləhətçi, sonra vitse-prezident, Böyükağa Hacıyevi müşavir, Naib Abdullanı həkim təyin etdim. Çempionatın əvvəlində kollektivlə iclas keçirildi, "Bakı"nın builki hədəfinin yalnız çempionluq olduğunu, bizim üçün ikinci yerlə 10-cu yerin fərq etmədiyini bildirdim. Ya kubok, ya da çempionluq - bu, bizim devizimizə çevrildi. Məşqçilər, futbolçular və rəhbərlik arasında intensiv məsləhətləşmələr gedirdi. Əsgər Abdulayevin başçılığı altında Əhməd Ələsgərovun, Novruz Əzimovun, Gəray Qarayevin əzmkarlığı ilə yüksək səviyyədə təlim-məşq və fiziki hazırlıq prosesi keçirildi.
Rusiyadan "Amkar" ilə yoxlama görüşü zamanı AzTv-nin "Neftçi"nin otelində məskunlaşmış idman muxbiri çəkiliş aparmaq istəyini bildirdi. Mən bunların niyyətinə çox yaxşı bələd idim. Çünki kubok qalibi haqqında heç bir məlumat verməyən, veriliş hazırlamayan "kəşfiyyatçı"nın qəfil gəlişi mənə aydın idi. Məlumat üçün 5 dəqiqəlik icazə verdim. Oyundan sonra "Amkar"ın rəhbərliyi mənə məlumat verdi ki, onlara 100 dollar müqabilində oyunun video kasetini əldə etmək istəyiblər...”
“AZƏRBAYCAN-PORTUQALİYA OYUNUNUN TƏXRİBATÇILARI, DÖVLƏT XƏYANƏTKARLARI, KORRUPSİONERLƏR HƏR ŞEYƏ ƏL ATIRDILAR”
"Bakı"da gedən prosseslər "dostlarımız"ın ürəyincə deyildi. Əhməd Ələsgərova görə mənə təziqlər başladı. Azərbaycan-Portuqaliya oyununun təxribatçıları, dövlət xəyanətkarları, korrupsionerlər hər şeyə əl atırdılar. AFFA-nın Bakı Əyləncə Mərkəzində keçirilən konfransında Ramiz Mirzəyevin monoloq şəklində iclası aparmasına etiraz etdim, "İnter"in nümayəndələri mənə açıq dəstək verdilər. R.Mirzəyev mənə "qırmızı" kart göstərərək, çıxışıma qadağa qoydu. Mən ona etiraz edərək bildirdim ki, bura stadion deyil, nə də siz referi Kollinasız”.
“MƏNDƏN HAFİZ MƏMMƏDOVA ŞİKAYƏTLƏR SƏNGİMİRDİ”
“Məndən Hafiz Məmmədova şikayətlər səngimirdi. Çempionatda çox gərgin və dramatik oyunlar keçirdi, zəif komanda yox idi. Komanda 14-cü pillədə gedən "Göyəzən"lə Qazaxda oyun keçirirdi, mən Bakıda qalmışdım. MOİK-də icarədə olan gənc futbolçularımızın oyununu izləyirdim, Xəbər gəldi ki, "Bakı" 0:1 uduzur. Açığı, əvvəl inanmadım, sonra xəbər verdilər ki, "Bakı" axırıncı dəqiqədə hesabı bərabərləşdirib. Video görüntülərə baxıb, oyunu təhlil etdik və aydınlaşdırdıq ki, anarxiya, arxayınlıq, rəqibi qiymətləndirməmək, bir neçə futbolçunun öz mövqeyində çıxış etməməsi komandamızın 2 xal itirməsinə səbəb olub. Belə deyim, ötən mövsümdəkı səhvləri təkrarlıyırdıq. Məşqçi heyəti mənimlə görüşə gəlməmişdi, ağsaqqal kimi Əhməd Ələsgərovu yolamışdılar. Əhməd müəllim bildirdi ki, narahat olmağa heç bir əsas yoxdur, bizim 8 oyunumuz qalıb. "Neftçi" ilə "İnter"ə qalib gələrək çempion olacağıq. Mən bildirdim ki, biz bu oyunların hamısını udsaq, yenə 1 xalımız çatışmır və mütləq "Karvan" da xal itirməlidir. Əhməd Ələsgərov qeyd etdi ki, soyuqqanlı ol, onlar da xal itirəcək”.
“TAHİR YUSİFOV BAŞDA OLMAQLA, TOVUZ KOMANDASI ƏSL PEŞƏKARLIQ VƏ İDMAN PRİNSİPLƏRİNƏ SADİQLİK NÜMAYİŞ ETDİRDİ”
“Artıq komandanı toparlamaq lazım idi. Nizam-intizam yaratmaq və məsuliyyəti artırmaq məqsədilə bütün məşqçi heyətini istefaya yolladım. Müşavirim Böyükağa Hacıyevi baş məşqçi təyin etdim. Rafail Əmirbəyovun zədə alıb mövsümün axırına kimi sıradan çıxması müdafiə xətti üçün ciddi itki idi, Asif Abbasov onu əvəz edərək, bütün oyunları yüksək səviyyədə keçirdi. Nəhayət, sona 1 tur qalmış "Karvan" Tovuzda xal itirdi. Dostumuz Tahir Yusifov başda olmaqla, Tovuz komandası əsl peşəkarlıq və idman prinsiplərinə sadiqlik nümayiş etdirdi. Artıq çempionluq şansı öz əlimizdə idi. Axırıncı turda "İnter"ə də qalib gələrək, son 8 turu maksimum nəticəylə başa vurduq və top da buraxmadan ilk dəfə Azərbaycan çempionu olduq. Beləcə, "Bakı" yarandığı birinci il Azəbaycan Kubokunun sahibi, ikinci il isə ölkə çempionu titulunu əldə etdi”.
(Ardı var)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- “Qarabağ”a qarşı namərdlik
- Cavadovdan “Dinamo”ya dəstək
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- Klub rəsmisindən AFFA-ya cavab: “Bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz”
- Santuşla əlimiz bala batdı, qaldı Rui Jorge?..
- “Sumqayıt”ın dərdi nədir? - QEYD
- Ehtiram Quliyev: “Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik”
- “Nəticələr yaxşıdırsa, Kurban Berdıyevdən necə razı qalmamaq olar?"
- Millimizdə portuqaliyalı baş məşqçi
- Leandro Andrade: “Bundan da yaxşısını edə bilərik”
- “Sumqayıt”ın kapitanı: “Bu sualın cavabını özümüz də axtarırıq"
- "Zirə" xal itirdi, "Neftçi" "Turan Tovuz"a uduzdu
- Braziliyada final matçında kütləvi dava - 23 futbolçu qırmızı vərəqə aldı
-
23:25
Yunan-Roma güləşi üzrə U-17 millimizin açıq məşqi keçirilib
-
22:53
Mirça Luçesku dünyasını dəyişdi
-
22:04
"Araz-Naxçıvan"ın məşqçisi: "Qapımıza vurulan ikinci qol zamanı qayda pozuntusu var idi"
-
21:48
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
-
21:30
“Turan Tovuz” və “Zirə” xal itirdi, "Araz-Naxçıvan” uduzdu
-
21:12
Dünya Səhiyyə Günü münasibətilə sosial layihə həyata keçirildi FOTOLENT
-
20:27
"Zirə" sonda qələbəni əldən verdi VİDEO
-
20:16
Abbasov hirsindən planşeti qırdı VİDEO
-
19:59
"Zirə"nin məşqçisi: "Bizim günümüz deyildi"
-
19:31
Qubada qalib aşkarlanmadı VİDEO
-
19:03
II Liqada 3 oyunda 12 qol
-
18:45
Böyük İpək Yolu: Boks millimizdən 21 medal
-
18:14
"Turan Tovuz" doğma stadionuna qayıdır
-
17:37
Berdiyev: "Çox vacib xallar itirdik"
-
16:28
Daşkəsəndə müasir cüdo zalı istifadəyə verilib
-
15:00
Millimizin baş məşqçisi: "Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
-
14:16
Haci Rumıniya millisinin baş məşqçisi təyin edilib
-
13:49
Maquayrla yeni müqavilə imzalandı
-
12:53
“Ayın qolu” layihəsində mart ayının qalibləri müəyyənləşib
-
12:32
Ürəyində problem yarandığı üçün 34 yaşında karyerasını bitirdi
-
12:21
Üç kluba texniki məğlubiyyət verilib
-
12:05
AFFA-dan Adil Şükürova 4 oyunluq cəza
-
11:44
"Villareal" "Jirona"ya məğlub oldu VİDEO
-
11:18
Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir
-
11:07
“Neftçi”nin hədəfi qarşıdakı 4 oyunun 4-də də qalib gəlməkdir”
-
10:56
"Yuventus"un qələbəsi VİDEO
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:10
Abdullah Zubir: “Razıyam, baxımlı qol alındı”
-
09:43
"Milan" "Napoli"yə uduzdu VİDEO
-
21:49
Qurban Qurbanov: “Hakimlər sanki bir az təzyiq altındadır, Allah köməkləri olsun”
-
21:08
Füzuli Məmmədov: "Acı məğlubiyyət aldıq”
-
20:51
"Qarabağ" 7 qolla qalib gəldi
-
20:24
Dadaşovun komandası heç-heçəyə razılaşdı
-
19:36
II Liqada 21-ci tur start verildi
-
19:07
AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
-
18:43
Millimiz Moldova yığmasına qalib gəldi
-
18:15
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər açıqlandı
-
17:52
Azərbaycan güləşçisi ABŞ-də bürünc medal qazanıb
-
17:29
"Fənərbaxça" ciddi itki ilə üzləşdi
-
17:00
Hamı yaxşı, bircə Əliyar pisdir?
-
16:32
Aleksandr Ramalinqom: “Anlaya bilmirəm ki, nəticə necə belə oldu”
-
16:16
"Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib
-
15:01
Rəhim Həsənov Əliyar Ağayevi yenə haqsız çıxardı: “Turan Tovuz”un 2 penaltisi verilməyib
-
14:24
Millimizə 23 futbolçu çağırıldı
-
13:47
“Şəfa” - “Səbail” oyunu ona tapşırıldı
-
12:53
Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
12:35
Avropa çempionatında Azərbaycanı 14 şahmatçı təmsil edəcək
-
12:16
Azərbaycan yelkənçiləri Sloveniyada beynəlxalq turnirdə iştirak ediblər
-
11:28
İngiltərə kubokunun yarımfinal cütləri müəyyənləşib
07.04.2026
06.04.2026























