20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Mustivar "Neftçi"dən gedir?

"Neftçi"nin məşqçilər korpusu legioneri Soni Mustivarın gələcəyi ilə bağlı qərar verib.

Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, haiti yarımmüdafiəçi ilə müqavilə uzadılmayacaq.

Soni 2018-ci ilin martında "Neftçi"yə keçib. 30 yaşlı futbolçunun müqaviləsinin müddəti mayın sonunda başa çatır. Cari mövsüm davam edərsə, Mustivarın qalan matçlarda oynayacağı mümkündü. Ancaq bundan sonra onunla yollar ayrılacaq.

Qeyd edək ki, qış fasiləsində Roberto Bordinin baş məşqçi postundan gedişindən sonra "Neftçi"yə rəhbərlik edən Füzuli Məmmədov Mustivara yalnız bir dəfə etimad göstərib. Bu, onun yeni vəzifədə debüt matçında olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30