29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

"Neftçi"nin prezidenti səxavətli idi"

"Neftçi"nin sabiq baş məşqçisi, hazırda Vyetnam Futbol Federasiyasının texniki direktoru vəzifəsində çalışan Hans-Yurgen Gede ölkənin "Vnexpress” nəşrinə geniş müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, o, müsahibə zamanı Bakı klubunda çalışdığı müddət haqda da danışıb. 63 yaşlı mütəxəssis prezidentin onun işinə qarışdığını söyləyib:

"Azərbaycana "Neftçi" işləmək üçün getdiyim gün prezidenti zəngin və səxavətli adam idi. Ancaq o, baş məşqçi olmağı sevirdi. Tez-tez peşəkarların işinə müdaxilə edirdi. Sonra kuliminasiya nöqtəsi oldu. Mənim əlimə bir hücumçu verdi, hansı ki, olduqca bacarıqsız idi. Prezident dedi ki, Yurgen, ona oynamağa imkan ver".

Qeyd edək ki, Hans-Yurgen Gede 2008/2009 mövsümündə "Neftçi"ni çalışdırıb. Həmin vaxt klubun prezidenti Əkbər Hacıyev olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31