15 Yanvar 2026, Cümə axşamı
"Səbail"dan daha bir transfer
Kaxaber Sxadadzedən qələbə şərhi
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı

Ölkə futbolu

AFFA Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnir keçirəcək

Azərbaycan futbolunun tanınmış simalarından Ələkbər Məmmədovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar turnir keçiriləcək.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, veteran hücumçunun xatirəsinə həsr olunmuş turnirin koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi başa çatdıqdan sonra təşkili nəzərdə tutulub.

Bu gün isə assosiasiyanın rəsmi "Facebook" səhifəsində canlı yayım təşkil olunacaq. Canlı yayımda ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimov Ə.Məmmədovla bağlı xatirələrini bölüşəcək, gənc nəsil futbolçular üçün mərhum futbol ulduzunun həyat yolu və karyerası barədə söhbət açacaq. Yayım saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Ələkbər Məmmədov SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31