Ölkə futbolu
"Yüzlərlə ölümün olduğu Türkiyədə çempionat başlayır, Azərbaycanda yox"
"Məşqlərə hazırlaşmaq istəyir, karantin rejiminin bitəcəyinə ümid edirdik. Amma belə qərarın verilməsi gözlənilməz oldu".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Səbail" klubunun futbolçusu Rauf Əliyev Azərbaycanda karantin rejiminin uzadılmasına münasibət bildirərkən deyib.
31 yaşlı hücumçu bu qərarın ona pis təsir etdiyini söyləyib: "Əlbəttə, ümumi vəziyyət bizim üçün pis oldu". Neynəyə bilərik? Dövlət belə qərar verib, hamı kimi buna əməl etməliyik. Amma bu hadisələr futbol üçün zərbədir. İki aydır ki, evdəyik. Hər şey bir-birinə qarışıb, bütün günü evdəyik, bu, çox çətin həyatdır. Hər gün ev şəraitində olmaqdan bezirsən və işin üçün darıxırsan. Özümü cəmləməyə çalışsam da, yuxu rejimim pozulub".
Əliyev evdə etdikləri məşqin meydandakılarla eyni olmadığını vurğulayıb. O, çempionatın bərpasına ümidinin azaldığını söyləyib: "Əvvəllər Premyer Liqanın başlayacağına 60-70 faiz inanırdım. İndi isə 10-15 faiz inamım qalıb. Çünki hazırlaşmaq üçün bizə vaxt lazımdır. İndiki şəraitdə 2-3 günə Premyer Liqaya başlasaq, vaxtımız olar. Amma deyilənə görə, mayın 11-də yenə hansısa qərarlar verilməlidir. Əslində, mayın 11-dən sonra da vaxt çox azdır. Ona görə də ümidimiz xeyli azalıb".
Təcrübəli forvard başqa ölkələrdə koronavirusa yoluxmanın çox olduğu halda, mövsümün bərpa vaxtının açıqlanmasına, Azərbaycanda isə bu yöndə hər hansı irəliləyişin olmamasına da münasibət bildirib: "Bu, həqiqətən də, mənə maraqlıdır, yüzlərlə ölümün qeydə alındığı İspaniya,Türkiyədə çempionat başlayır, bizdə isə yox. Əslində, heç kim istəməz ki, problemli vaxtda çıxıb meydanda rahat oynasın. Amma o ölkələrdə vaxt təyin olunursa, bizdə də işıq ucu görünməli idi. Amma belə olmasının səbəbini bilmirəm, bizdən asılı heç nə yoxdur. Belə qərar verirlər və heç nə deyə bilmərik. Hər gün oxuyuram ki, hansısa ölkədə bərpa vaxtı açıqlanıb".
Əliyev mövsümün ləğv olunma ehtimalına da toxunub. O deyib ki, heç kim çempionatın dayandırılmasını istəməz: "Haqq-ədalətin öz yerini tapması üçün çempionat davam etdirilməlidir. Dayandırılsa, hazırkı pillələrə görə avrokuboklara vəsiqə verilməlidir. Söz-söhbətlərin olmaması üçün davam etsə, yaxşı olar".
Mövsümün sonunda müqaviləsi başa çatacaq hücumçu hələ ki, klubla danışıq aparmadığını sözlərinə əlavə edib: "Hamı bütün fikrini çempionatın bərpa olunmasına yönəldib, ona görə də danışmamışıq. Yəqin ki, daha sonra danışarıq və hansısa qərar verərik".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
23.09.2026
22.09.2026
























