Ölkə futbolu
Nail Əliyev: “Neftçi” rəhbərliyinə söylədim ki, kuboka yaxşı baxın, 28 mayda onu götürəcəm”
Şərqşünas, tarix üzrə fəlsəfə doktoru, “Bakı” Futbol Klubunun sabiq vitse-prezidenti, “Toplu Bakı” jurnalının baş redaktoru Nail Əliyev sportinfo.az-a xatirələrini bölüşür. Futbolxeber.az saytı N.Əliyevin üçüncü yazısını təqdim edir:
“HƏQİQİ HƏRBİ XİDMƏTİMİN SON 1 İLİNİ İDMAN ROTASININ "STARŞİNASI" OLMUŞAM”
KQB generalı Yuri Andropov SSRİ-nin Baş katibi seçildikdən sonra - 1983-cü ildə hərbi kafedraları olan təhsil müəssisələrinin tələbələri iki illik hərbi quluqa çağırılmağa başladı.
Mən Çeçenistanın Qroznı şəhərində yerləşən serjant təlim-tədris hərbi hissəsində kursant oldum. 40-cı ordu üçün (Əfqanıstan) serjant hazırlığı gedirdi.
Şimali Qafqaz Hərbi Dairəsinin yüksək liqada çıxış edən "SKA-Rostov" futbol klubu var idi. Məhşur Andreyev, Zavarov və başqaları bu klubda çıxış edirdi.
Hərbi hissənin idman rotası yaradılmışdı, "Terek" və SKA-nın futbolçuları hərbi qulluğu bu rotada keçirdi. Həqiqi hərbi xidmətimin son 1 ilini idman rotasının "starşinası" olmuşam. 1985-ci ildə Bakıya qayıdıb, təhsilimi davam etdirdim.
“MƏN, PƏRVİN MİRZƏZADƏ, ERKİN HÜSEYNOV FAYTON GÖTÜRÜB STADİONA YOLLANDIQ”
..."Neftçi" əvvəlki oyununu göstərə bilmirdi. Bir gün "Neftçi" - "Kayrat" (Alma-Ata) oyununa getmək üçün "Azneft"də taksi tapa bilmədiyimiz üçün mən, Pərvin Mirzəzadə, Erkin Hüseynov fayton götürüb stadiona yollandıq, Bunu görən polis əməkdaşları heç nə anlamayıb, bizi stadiona buraxdı.
Bu oyunda "Neftçi" 0:1 hesabı ilə məğlub oldu. Biz bir qrup azarkeşlə birlikdə "Neftçi"nin bazasına gedib, gəncəli dostumuz Xəyyamın evindən komandanın avtobusunu "yumurta atəşi"nə tutduq.
80-ci illərin sonunda Qarabağ məsələsi qalxdı, Milli Azadlıq Hərakati vüsət aldı. Rektorumuz akademik Yəhya Məmmədov universitetin tələbələrini Azadlıq meydanındakı mitinqə cəlb etdi.
Bir çox futbolçu Qarabağa döyüşə getdi. Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Allahverdi Bağırov Qarabağ uğrunda gedən döyüşlərdə qəhramanlıq göstərərək şəhid oldu. Milli Qəhraman adına layiq görüldü. "Bakı"nın məşqçisi Novruz Əzimov 881-ci Laçın alayının tərkibində döyüşüb.
“TURQUT ÖZAL İLƏ GÖRÜŞDÜK, ALİ MƏCLİSİN SƏDRİ, MƏRHUM HEYDƏR ƏLİYEVİN DƏVƏTİ İLƏ BAŞ NAZİR SÜLEYMAN DƏMİRƏL, ƏRDAL İNÖNÜ, TANSU ÇİLLƏR NAXÇIVANA GƏLDİ”
Mən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin məsul işçisi kimi Sədərək, Şada, Kəlməçatlaq və başqa məntəqələrin müdafiəsində, hərbi batalyonların təşkili və təminatında iştirak etmişəm...
Hökümətin tapşırığı ilə Türkiyədə bir çox siyasilərlə görüşdüm. Arpaslan Türkeş Naxçıvanı "Türkün qapısı" adlandırdı və bizə çox yardım etdi. Türkiyənin Prezidenti Turqut Özal ilə görüşdük, Ali Məclisin sədri, mərhum Heydər Əliyevin dəvəti ilə Baş Nazir Süleyman Dəmirəl, Ərdal İnönü, Tansu Çillər Naxçıvana gəldi. Vəziyyət stabilləşəndən sonra Bakıda Xarici İqtisadi Əlaqələr Naziliyinə şöbə müdiri vəzifəsinə təyin edildim.
Azərbaycan müstəqil dövlət kimi ilk addımlarını atırdı. AFFA təsis edilərək milli komdanda və çempionat formalaşdı, Fuad Musayev federasiyanın prezidenti seçildi, Əhməd Ələsgərov isə baş məşqçi təyin edildi.
“2004-CÜ İLİN FEVRAL AYINDA "ŞƏFA" STADİONUNDA KLUBU TƏHVİL ALDIM”
2004-cü ilin əvvəli Hafiz Məmmədov voleybol klubu ilə yanaşı, "Dinamo" (Bakı) Futbol Klubunu öz himayəsinə götürdü. Fevral ayında "Şəfa" stadionunda klubu təhvil aldım.
"Dinamo" onda güclülər dəstəsinin 9-cu pilləsində gedirdi. Klub Yaşar Seyidov, Elxan Abdulayev, Novruz Əzimov, fizioterapeft İlham Məmmədov, inzibatçı Ənvər Abbasov və 20 futbolçudan ibarət idi. İlk oyunumuzda Suraxanı stadionunda Şahin Diniyevin başçılıq etdiyi "Qarabağ"a Dmitri Yeremeyevin vurduğu qol ilə 1:0 qalib gəldik.
2004-2005 ci illərdə milli çempionata hazırlaşmaq üçün “Baghlan Group”a məxsus Quba Olimpiya kompleksində məskunlaşdıq. Elxan Abdulayev məni menecer Kamil Məmmədovla tanış etdi və onun vasitəsilə Ukraynadan Aleksandr Çertoqanov, Seneqaldan Xalidu Sissoko, Argentinadan Fernando Peresi transfer etdik.
"Dınamo"nun sabiq futbolçuları - Ceyhun Sultanov və Rəfael Əmirbəyovu İrandan geri qaytardıq. "Bakılı"dan Rail Məlikovu, braziliyalı menecer Antonia Qalantenin vasitəsi ilə Andre Ladaqa, Leandro Qomeş və Kristian dos Santosu, Tiflis "Dinamo"sundan Aleksandr Qoberaşvilini, Rumıniyadan Marius Suleapı, İngiltərənin "Fulhem" klubundan Latviya millisinin hücumçusu Andrey Ştoltersi Azərbaycana gətirdik.
“RAMİZ MİRZƏYEV TƏLƏB EDİRDİ Kİ, YA İCRAÇI YAŞAR SEYİDOVU KLUBDAN UZAQLAŞDIRAQ, YA DA "ŞƏFA"NI HİMAYƏMİZƏ GÖTÜRƏK”
Klubun üzvləri - Ramin Quliyev, Yaşar Abuzərov, İlyas Qurbanov, Asif Abbasov, Dmitri Spirin, Tərlan Mahmudov, Elşən Poladov, Elnur Abdullayev, Orxan Mirzəyev, Fərid Quliyev, Ramazan Abbasovla yeni müqavilə bağladıq.
Futbolun İnkişafına Dair Dövlət Proqramı hazırlanırdı. AFFA və İdman Nazirliyi arasında fikir ayrılığı var idi. Ramiz Mirzəyev AFFA İcraiyyə Komitəsinin üzvləri ilə yola getmirdi. Bizdən tələb edirdi ki, ya icraçı direktor Yaşar Seyidovu klubdan uzaqlaşdıraq, ya da "Şəfa"FK-nı himayəmizə götürək.
“MADAM TYUSSO MUZEYİNDƏ ÇALIŞAN XALAM OĞLU, HEYKƏLTARAŞ AZƏR CƏFƏROV KLUBUN GERBİNİ ÇƏKDİ”
Lakin biz bu tələblərin heç biri ilə razılaşmadıq. Yeni klub təsis edərək, Ədliyyə Nazirliyindən qeydiyatdan keçirdik və adını "Bakı" qoyduq. Londonda məhşur Madam Tyusso muzeyində çalışan xalam oğlu, heykəltaraş Azər Cəfərov klubun gerbini çəkdi. "Bakı"nın idman formasının rəngi olaraq göytürklərin rəmzi olan göy rəngi seçdik...
Milli çempionatın əvvəlində Hafiz Məmmədovla birlikdə "Neftçi" rəhbərliyinin iş otağında olarkən, ölkə kubokunu bizə göstərərək bildirdilər ki, bu kubok 5 il bu kabinetdə qalacaq. Mən cavab olaraq söylədim ki, biz artıq kuboka yer hazırlamışıq, 28 may 2005-ci ildə onu götürəcəm, ona yaxşı baxın.
"BAKI"NIN İLK QALİBİYYƏTİ "XƏZƏR LƏNKƏRAN" ÜZƏRİNDƏ OLDU”
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyununda "Bakı"nın ilk qalibiyyəti "Xəzər Lənkəran" üzərində oldu. Novruz Əzimovun başçılığı altında Nazim Süleymanovun çalışdırdığı rəqibi 2:0 udduq.
Daha sonra eyni hesabla Kazbek Tuayevin"Neftçi"sini udduq. Millinin oyunçularının əksəriyyəti "Neftçi"də çıxış edirdi. Qurban Qurbanov, Rəşad Sadıqov, Mahmud Qurbanov, Vidadi Rzayev, Hüseyn Məmmədov, Zaur Tağızadə, İqor Getman və başqalarının adını çəkə bilərəm.
Əsgər Abdulayyevin başçılığı altında Antalyada təlim məşq prosesi keçirildi. Gəray Qarayev yorulmaq bilmədən yuksək səviyyədə fiziki hazırlıq verirdi. Çempionatda güclü klublara qalib gəlib, orta səviyyəli rəqiblərə qarşı xal itirirdik,
“MƏŞQÇİNİN İŞİNƏ QARIŞARAQ VƏ ONUN ETİRAZINA BAXMAYARAQ, İKİNCİ HİSSƏNİN ORTASINDA CEYHUN SULTANOVU OYUNA BURAXDIM”
Komanda bostana bənzəyən meydançalarda tam gücünü göstərə bilmirdi. Bütün çətinliklərə rəğmən, ölkə kubokunun finalına yüksəldik, rəqibimiz Anatoli Konkovun baş məşqçisi olduğu güclü "İnter" idi.
Oyun çox gərgin və dramatik keçirdi. Əlavə vaxtda Andre Ladaqanın cərimə zərbəsindən vurduğu gözəl qola 2:1 qalib gəldik və ilk dəfə ölkə kubokunun sahibi olduq...
2005-ci ildə ilk dəfə İsveçrənin Nyon şəhərində Zeynal Məmmədovla birlikdə UEFA-nın püşkatma mərasimində iştirak etdik. Rəqibimiz Slovakiyadan tanıdığımız güclü "Jilina" oldu. "Bakı" ilk dəfə idi ki Respublika Stadionunda mötəbər UEFA Kuboku turnirində oyuna çıxırdı.
Gərgin keçən oyunda üstünlük bizdə olsa da, qol yox idi, İlk dəfə olaraq, məşqçinin işinə qarışaraq və onun etirazına baxmayaraq, ikinci hissənin ortasında Ceyhun Sultanovu oyuna buraxdım. Ceyhun etimadı doğruldaraq, qələbə qolunu vurdu.
(Ardı var)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
24.09.2026
23.09.2026
























