Ölkə futbolu
"Qarabağ"ın legioneri: “Real”dakı ilk oyunumda Ronaldunu əvəzləmişdim"
"Qarabağ"ın futbolçusu Xayme Romero vətəni İspaniyanın "Estadio" radiosunun suallarını cavablandırıb.
- Salam, Xayme. Orada saat neçədir?
- Hazırda sizdən iki saat irəlidəyik.
- Bakıda yaşayış şəraiti necədir?
- Hələlik hər şey ürəyimcədir. Normalda çox adam Azərbaycana gəldikdə onu nələrin gözlədiyini bilmir. Ona görə də həm yaşayış səviyyəsi, həm də buradakı vəziyyət məni yaxşı mənada təəccübləndirdi.
- Özünüz Albasete şəhərindənsiniz. Bu şəhərlə müqayisədə Bakı Sizə cənnəti xatırladır?
- (gülür) Xeyr, sizinlə razılaşmıram. Hər il Albasetedə karnaval keçirilir. Sizi ora bir dəfə apararam, ondan sonra hər dəfə gəlmək istəyəcəksiniz.
- Bəs hazırda Azərbaycanda futbol hansı vəziyyətdədir?
- Çox yerdə olduğu kimi, burada da çempionat dayanıb. Mövsümün qalan hissəsində oynayıb-oynamayacağımız hələ bəlli deyil. Hamımız qeyri-müəyyənlik içərisindəyik, nə olacağını bilmirik.
- Amma mayın 4-də məşqlərə başlamalı idiniz...
- Bəli, başlamalı idik. Amma karantin müddəti yenidən uzadıldı. Əslində ümumi vəziyyət Avropadakı kimi kritik deyil. Lakin durum pisləşməsin deyə, qabaqlayıcı tədbirlər görülür. Bəzi məsələləri saymasaq, normal şərtlər altında yaşadığımızı deyə bilərəm.
- İspaniyada Albasetedən əlavə, digər bölgələrdə, İtaliyanın müxtəlif şəhərlərində, həmçinin Türkiyədə yaşamısınız. Tez-tez komanda dəyişməyiniz barədə nə deyə bilərsiniz?
- Doğrudan da 18 yaşımdan peşəkar futbolçu kimi müxtəlif komandaların formasını geyinməyə başlamışam. 2009-cu ildə, 19 yaşımda ikən "Udineze" məni "Albasete"dən transfer etdi. Növbəti il "Bari"yə icarəyə verdilər. Daha sonra "Qranada"da iki il icarə əsasında oynadım. 2013-cü ildə əvvəlcə "Orduspor"a, daha sonra "Real Madrid"in ikinci komandası olan "Kastilya"ya icarəyə verildim, 2014-cü ildən isə "Saraqosa"da icarədə oldum. 2016-cı ildə "Osasuna"ya keçsəm də, bir ildən sonra "Kordoba"ya yollandım və 2018-ci ildə "Luqo"da icarəsında oynadım. Ötən yay isə "Qarabağ" məni transfer etdi. Futbolçu həyatı belədir. Sabitlik - rahatlıqdır, tez-tez məkan dəyişmək yaxşı deyil. Amma istənilən halda, hər dəfə təklif gələndə şərtlər səni qane edirsə və ürəyincə olursa, seçim etmək məcburiyyətində qalırsan. Biz də belə bir futbolçu həyatı ilə barışmalıyıq.
- Bu məsələyə toxunmaya bilməzdik. Siz "Real"ın heyətində Fransa PSJ-sinə qarşı yoldaşlıq oyununda debüt etmək imkanı qazanmışdınız. Həmin vaxt kimi əvəzləyərək meydana çıxmışdınız? Adını biz yox, özünüz deyin...
- (gülür) Bir yaxşı futbolçu var idi - Kriştianu Ronaldu. Bax, onu. Həmin vaxt ətrafında top-səviyyədə futbolçuların olduğunu gördükdə insanı qəribə hisslər bürüyürdü. Elə hisslər ki, bunları ömrümün sonunadək unutmayacağam.
- "Kastilya"da hansı tanınmış futbolçularla birgə çıxış etmisiniz?
- Hazırda "kral klubu"nda forma geyinən Lukas Vaskes mənimlə birgə çıxış edirdi. İndi "Real Sosyedad"da çıxış edən Joze Villianla "Saraqosa"da da komanda yoldaşı olduq. Hazırda "Espanyol"da oynayan Raul de Tomasla da "Kastilya"da birgə oynamışıq. Doğrudan da yaxşı heyətimiz var idi. Sonradan hərə fərqli-fərqli komandalara səpələndi və beləcə yollarımız ayrıldı.
- Azərbaycana yolumuz düşsə, nəyi qaçırmamalıyıq?
- Əslində, Azərbaycanı tamamilə tanıdığımı deyə bilmərəm. Hələ gəzmək imkanım olmayıb. Demək olar ki, çempionatın əksər oyunları elə paytaxtda keçirilir. Ona görə də mən yalnız Bakı haqqında məlumat verə bilərəm. Avropada bu şəhəri kifayət qədər tanımırlar. Amma həqiqətən də müasir, gözəl şəhərdir, durmadan inkişaf edir. Burada "Formula 1" üzrə Qran-prilər keçirilir, ötən il Avropa Liqasının final matçı təşkil olunub. Ona görə də bura gəlsəniz, Bakı sizi yaxşı mənada təəccübləndirəcək.
- Bakının nə qədər əhalisi var?
- 4-5 milyon nəfər olduğunu düşünürəm. Hardasa Madridin əhalisi qədər.
- Azərbaycan paytaxtı barədə müəyyən məlumatımız var. Bakı doğrudan da tərifəlayiq şəhərdir. Bəlkə elə orada qalasınız? Qayıtsanız, hansı komandanı seçərdiniz?
- Hələlik fikrim burada qalmaqdır. Çünki "Qarabağ"la daha 2 illik müqaviləm var, hər şey ürəyimcədir. Gələcəkdə nə olacağını deyə bilmərəm. Bu mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etdik. Hazırda isə Azərbaycan çempionluğuna çox yaxınıq. Ona görə də burada xoşbəxtəm.
- "Qarabağ"ı hər il avrokubokların qrup mərhələsində görürük. Hətta 2017-ci ildə Çempionlar Liqasında "Atletiko" ilə eyni qrupa düşmüşdü. Bu mövsüm isə İspaniyanın daha bir təmsilçisi "Sevilya"nın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən oldu. Üzərinizdə "Qarabağ" hər il qrupda oynamalıdır" kimi bir təzyiq hiss edirsiniz?
- Ümumiyyətlə, "Qarabağ" Azərbaycanda nümunəvi komandadır. Hamı bu klubun səviyyəsinə çatmağı hədəfləyir. Son 6 mövsümdə avrokubokların qrup mərhələsində çıxış etdiyindən, "Daim belə olmalıdır" kimi təzyiqi üzərimizdə hiss edirik. Nəticədə özümüzə qarşı daha tələbkar olmaq məcburiyyətində qalırıq.
Mənbə: report.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
-
22:00
“Neftçi” Sloveniyaya gedir: ilk rəqib “Partizan”dır
-
21:36
"Sumqayıt" 7 ildən sonra onunla yolları ayırır
-
20:54
Qurban Qurbanov: “Həddindən artıq ciddi olmalıyıq”
-
20:27
Lobato rəsmən "Qarabağ"da
-
20:09
"Zirə"nin də rəqibi müəyyənləşdi
-
19:42
Vaxt “Kəpəz”in əleyhinə işləyir...
-
19:11
"Qarabağ"ın rəqibi bəlli oldu
-
18:23
“Şahdağ Qusar” millimizin müdafiəçisini transfer etdi
-
18:08
ÇL: "Sabah"ın püşkdə bəxti gətirdi
-
18:00
Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
-
17:35
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
-
16:56
Cavid Hüseynov: "Asan olmayacaq"
-
16:14
Gənc cüdoçularımız Krasnoyarskda 3 medal qazanıblar
-
15:27
"Gəncə" üç voleybolçu ilə yolları ayırıb
-
15:02
Cavid Hüseynov rəsmən “Araz-Naxçıvan”da
-
14:49
Alman müdafiəçi daha bir il “Real”da
-
13:58
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək
-
13:31
Əvəzedicilər Liqasının bombardiri mükafatlandırıldı
-
13:13
“Zirə” kapitanı ilə yeni müqavilə imzaladı
-
13:00
Elnur Cəfərovla yola davam
-
12:25
İran - Yeni Zelandiya matçında 4 qol VİDEO
-
11:46
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
-
11:14
Klublarımızın avrokuboklardakı mümkün rəqiblərinin sayı azaldı
-
11:07
Ozan Can Kökçü Türkiyə klubunda
-
10:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:39
“Neftçi”nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
-
09:45
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:28
İspaniya millisindən gözlənilməz xal itkisi VİDEO
-
23:47
CAS-dan yekun qərar: “Turan Tovuz” avrokuboka buraxılmadı
-
21:54
"Şəfa"da daha üç ayrılıq
-
19:30
İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb
-
18:12
"Feyenoord"da yeni baş məşqçi
-
17:45
U-19 millimizin rəqibləri müəyyənləşib
-
17:23
Millimizin üzvü Türkiyə klubunun hədəfində
-
17:06
DÇ-2026-da ilk istefa
-
16:38
Cüdo Federasiyasının mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
-
15:54
Boksçularımız Serbiyada 13 medal əldə ediblər
-
15:19
"Kəpəz"i “Şəfa”ya dəyişdi
-
14:27
Məmmədov rəsmən Kipr klubunda
-
14:00
"Odlar yurdu" şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
-
13:41
“Real” Kukurella heyətinə qatdı
-
12:52
Azərbaycan kanoeçisi Portuqaliyada ikinci qızıl medalını qazanıb
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:13
Füzuli Məmmədov: “Hədəf Premyer Liqadır” VİDEO
-
11:46
Voleybol millimiz İspaniyaya məğlub olub
-
11:28
Kot-d`İvuar - Ekvador matçında tək qol VİDEO
-
11:09
“Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
-
10:31
İsveç DÇ-2026-ya darmadağınla başladı VİDEO
-
10:17
"Turan Tovuz" məşqlərə başladı
-
10:00
Məhəmməd Muradlı Özbəkistanda birinci oldu
16.06.2026
15.06.2026























