Ölkə futbolu
“Neftçi”də böyük dəyişiklik olmayacaq: "Heç bir futbolçumuz karantin rejimini pozmayıb"
"Qərarın nəyə görə verildiyini başa düşürəm. Bunların hamısı bizim sağlamlığımız üçündür, xəstəliyin pis fəsadları ola bilər. Amma futbol prizmasından yanaşanda bizim üçün çox çətin oldu".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycanda karantin rejiminin uzadılmasına münasibət bildirərkən deyib.
43 yaşlı mütəxəssisin sözlərinə görə, mayın 5-də məşqlərə başlaya biləcəklərinə dair xəbər yayıldıqdan sonra onlarda mayın 23-də Premyer Liqanın başlayacağına ümid yaranıb. Lakin karantin rejiminin uzadılması həm futbolçularda, həm də məşqçilər heyətində ruh düşkünlüyünə səbəb olub. O, tezliklə məşqləri bərpa edəcəklərinə, çempionatın qaldığı yerdən davam edəcəyinə və hər şeyin idman prinsipləri əsasında müəyyənləşəcəyinə inandığını vurğulayıb.
Məmmədov paytaxt təmsilçisinin karantin rejimini pozaraq məşq etməsi iddialarına da münasibət bildirib: "Nəinki Baqali Dabo, heç bir futbolçumuz karantin rejimini pozmayıb. Çünki komandada heç kim biz məşqlərin dayandırılması ilə bağlı bəyanat verdikdən sonra bazaya ayaq basmayıb. Hər kəs öz imkanı daxilində evində məşq edib. Xüsusi karantin rejiminə keçməmişdən öncə parklarda məşq etmək olurdu. Oyunçular çalışma videolarını mənə göndərirdilər. Bəziləri parklarda, bəziləri isə evinin yanındakı hansısa sahədə məşq edirdi. İndi isə evdə hazırlıq keçirlər. Çoxunun evində qaçış üçün aparat var. Dabo özü də bildirdi ki, video çoxdan çəkilib. Bir daha demək istəyirəm ki, heç bir oyunçumuz karantin rejimini pozmayıb".
Baş məşqçi klubla müqaviləsi başa çatan oyunçularla danışıqlara başlamaq istədiklərini, lakin karantin rejiminin uzadılmasının buna mane olduğunu deyib: "Məşqlərə başlayandan sonra futbolçularla bu barədə görüşlər keçirmək istəyirdik. Lakin bu, karantin rejimi uzadıldığı üçün baş tutmadı. Hazırda çempionatın taleyi ilə bağlı qərarsızlığa görə qalmışıq. Futbolçular da bilirlər ki, qərarı gözləyirik. Qərar çıxandan sonra bütün oyunçularla danışıqlar olacaq. Komandada saxlamaq istədiyim futbolçular da var. Heyətimizdə böyük dəyişiklik olmayacaq, müqaviləsi bitən və komandada qalmasını istədiyimiz oyunçularla danışacağıq. Ad açıqlamağım düzgün olmaz, amma ümumi onu deyə bilərəm ki, "Neftçi"də böyük dəyişiklik olmayacaq".
Gənc mütəxəssis FIFA-nın yaz-payız təqviminə keçid barədə məsləhətinə münasibət olaraq, çox danışa bilməyəcəyini söyləyib: "Bu dəqiqə dərindən düşünmədən bir söz deyə bilməyəcəyəm. Hazırda bir istəyimiz var, o da futbolun davam etməsidir. Amma sağlamlıq da önəmlidir, istəmirik ki, insanların səhhətini təhlükə altına ataq. Sağlamlığı düşünərək, tezliklə futbola başlayacağımıza ümid edirik, amma FIFA tövsiyəsinə düşüncəsiz cavab vermək istəmirəm".
Məmmədov legionerlərin hazırkı durumu barədə də fikirlərini bölüşüb. O, ailələrindən uzaq olanların istər-istəməz darıxdığını bildirib: "Mən də futbolçu olduğum dönəmdə legioner həyatı yaşamışam. Bilirəm ki, bu, çox çətindir. Amma əksəriyyətinin ailəsi yanındadır. Ailəsi uzaqda olanlar isə daim onlarla danışırlar. Darıxmaları normal haldır. Ümid edirik ki, karantin rejimi götürüləcək və onlar ailələrinin yanına gedə biləcəklər".
Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Eyni zamanda bütün milli federasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda, ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə Avropa Peşəkar Futbol Liqaları və UEFA-ya məlumat verməlidirlər. Azərbaycanda karantin müddəti mayın 31-dək uzadılıb (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
-
15:43
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
-
15:07
"Gəncə"də meksikalı məşqçi
-
14:32
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
14:16
"Naxçıvan"da yeni müqavilə
-
13:58
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu transfer etdi
-
13:25
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
-
12:41
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu: "Qurban Qurbanovla işləmək istəyirəm"
-
12:00
Basketbol millimiz Türkiyədə ikinci olub
-
11:39
Voleybol klublarımızın avrokuboklarındakı oyun proqramı bəlli olub
-
11:14
“Fiorentina” 3 xalı 4 qolla qazandı VİDEO
-
10:57
"Gəncə" Ülkər Kərimova ilə müqavilə imzalayıb
-
10:23
“Şalke” mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:46
"Beşiktaş" "Ərzurumspor"a şans tanımadı VİDEO
-
09:30
“Kəpəz” “Qəbələ”ni, “Sumqayıt” “Şamaxı”nı qəbul edir
-
23:45
Nəriman Axundzadənin komandası “Beşiktaş”la bacarmadı
-
22:23
Mahirin komandasından ilk qələbə
-
22:07
MOİK - "Şimal" matçında heç-heçə VİDEO
-
21:36
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
20:59
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:41
Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
-
19:14
Klisman: “Bu qol bütün komandanın əziyyətinin bəhrəsidir”
-
19:00
Vernidub: “Belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”
-
18:28
“Neftçi” "İmişli"ni məğkub etdi
-
17:32
Yakiroviç ayın ən yaxşısı seçildi
-
16:55
Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
16:27
Gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
-
16:03
"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
-
15:46
“İmişli” - “Neftçi”: Heyətlər açıqlandı
-
15:19
"Karvan-Yevlax" klubu ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşıb
-
14:51
“Şəfa” cəzadan yayındı, AFFA 5 min manat itirdi
-
14:24
Xames Rodriges bu kluba keçdi
-
14:00
Çempionlar Liqası: Minifutbol klublarımızın rəqibləri bilindi
-
13:32
Hamidu Keytanın yeni klubu məlum oldu
-
13:13
Boks millimiz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq
-
12:48
Zaur Paşayev "Naxçıvan"da
-
12:25
Millimizin rəqibi Gürcüstanla heçə-heçə edib
-
11:57
"Bazel" baş məşqçisini istefaya göndərdi
-
11:16
Azərbaycan oxatanları Belarusda 3 medal qazanıblar
-
10:49
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:31
"Sabah"ın məğlubiyyəti VİDEO
-
10:00
Azərbaycan UEFA reytinqində 25-cidir
-
01:24
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
00:52
“Mançester Yunayted” “Sabah”ı darmadağın etdi
-
21:29
V turun hakim təyinatları açıqlandı
-
21:00
Yankoviç “Turan Tovuz”da
-
20:41
“Zirə”də mərakeşli müdafiəçi
-
19:08
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
18:35
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
-
17:54
"Kəpəz"in müdafiəçisi 6 həftəlik sıradan çıxdı
12.09.2026
11.09.2026
10.09.2026
























