Ölkə futbolu
Rahid Əmirquliyev: "Komandada mənim də sözüm keçir, onun da"
"Səbail" klubunun futbolçusu Rahid Əmirquliyevin a müsahibəsi
- Peşəkar Futbol Liqası çempionatın mayın 23-də bərpasının nəzərdə tutulduğuna dair açıqlama yayıb. Bu qədər vaxt mövsümün qalan hissəsinə hazırlaşmaq üçün kifayətdir?
- Təki hər şey yaxşı olsun və karantin rejimi tezliklə bitsin. Mayın 23-də başlamaq istəyirlər, bəlkə də vaxtın azlığına görə bu qərarı veriblər. Amma düşünürəm ki, komandalara hazırlaşmaq üçün çox vaxt verilsəydi, daha yaxşı olardı. Belə olanda isə məşq etməyə az vaxt qalır. Amma bizim işimiz oynamaqdır. Nə qərar verilirsə, hörmətlə yanaşıb icra etməliyik. Yenə deyirəm, hazırlıq üçün vaxt bir qədər də artırılsaydı, daha yaxşı olardı.
- Premyer Liqa iki aya yaxındır dayanıb və normal məşq etmirsiniz. Əvvəlki formaya qayıtmaq üçün nə qədər vaxt lazımdır?
- Çempionatın çoxdan dayandığı doğrudur. Evdə məşq etməklə meydanda hazırlaşmaq eyni deyil. Ona görə deyirdim ki, bizə daha çox vaxt verilsəydi, daha yaxşı olardı. O halda daha yaxşı formaya düşmək mümkün idi. Lakin 2-3 həftə də az vaxt deyil, tam hazır olmasaq da, müəyyən forma yığa bilərik.
- Bu amil turnir cədvəlindəki mövqeyinizə çoxmu təsir edəcək?
- Əlbəttə. Komandaların hazırlaşmasından çox şey asılı olacaq. Amma bütün komandalar üçün vaxt və şərait eynidir. Ona görə bu böyük problem olmamalıdır. İnanıram ki, çempionatda yerlərdə dəyişiklik olacaq və "Səbail" də yuxarı pillələrə qalxacaq.
- Premyer Liqanın qalan hissəsinin azarkeşsiz keçəcəyi də bildirilib. Buna münasibətiniz necədir?
- Bizim çempionatda azarkeş o qədər də çox olmur. Lakin onlarsız çempionat keçirmək yaxşı hal deyil. Futbol azarkeşlər üçün oynanılır. Azarkeşlə daha yaxşı olardı, fanatlarsız futbolun ləzzəti yoxdur.
- FIFA futbolçuları zədələrdən qorumaq üçün 5-ci əvəzetməni təklif edir. Bu qayda lazımdırmı?
- FIFA-nın təklifini mən də oxumuşam. Yəqin onlar da düşünürlər ki, uzun fasilədən sonra çempionatlar bərpa olunacaq və bu, lazımdır. Çempionata hazırlaşmaq üçün vaxt o qədər də böyük deyil. Bunu nəzərə alıb, təklif irəli sürüblər. Məncə, pis təklif deyil, tətbiq edilməsi yaxşı addım olardı.
- Avropada bəzi komandalar müəyyən qaydalarla məşq edirlər. Bu, koronavirusun yayılmasının qarşısının alınması üçündür. Çempionat bərpa olunduqdan sonra hansısa rəqib futbolçu ilə mübarizəyə girməkdən, yaxın təmasdan çəkinməyəcəksiniz?
- Məşqə və çempionata başlayacağıqsa, mübarizə aparmalıyıq. Futbol elədir ki, uzaqdan topu almaq olmur. Rəqibə yaxın oynamalısan. Mübarizədən çəkinməyəcəyik. Əks halda, oynamaqdansa, oynamamaq yaxşıdır. Rəqibə yaxınlaşmamış necə oynamaq olar?
- Məşqə maska ilə çıxmaq təklif olunsa, reaksiyanız necə olar?
- Qərar elə olacaqsa, maska taxacağıq. Amma maska ilə məşq etmək alınmayacaq. Normal vəziyyətdə gəzmək olar, lakin qaçarkən nəfəs almaq çətinləşər. Heç inanmıram ki, elə bir təklif olsun.
- Müqaviləniz mövsümün sonunda bitir. Klubda qalmaq istəyirsiniz?
- Yeni sözləşmə üçün klubla danışmamışıq. Çempionatın sonunadək vaxt var. Mövsümün sonuna kimi bu məsələyə aydınlıq gətirəcəyik.
- Premyer Liqadakı digər klublardan təklif aldığınız iddia olunur...
- Bəzi söz-söhbətlər olurdu. Belə yazılırdı ki, haradansa təklif almışam. Lakin heç bir real təklif olmayıb. Bu səbəbdən, "Səbail"də qalmağa üstünlük vermişəm. Söhbətlər çempionatda qış fasiləsində başlamışdı. Amma real bir şey yox idi, sadəcə, söhbət idi. Hazırda da real nə isə yoxdur.
- Məşqlərə nə vaxt başlayacağınıza dair sizə bir söz deyilib?
- Hələ heç nə deyilməyib, onlayn məşqlər edirik.
- Komandada əsas kapitan Eltun Yaqublu, ən tanınmış futbolçu isə Maykl Essyendir. Rahid Əmirquliyev isə ən üzdə olan futbolçudur. Komandada hansınızın sözü keçir: Kapitanın, sizin, yoxsa Essyenin?
- Komandamızda çoxlu gənc futbolçu var. Biz bir komandayıq, ona görə həm Eltunun, həm mənim, həm də Essyenin sözü keçir. Bizdə belə bir şey yoxdur ki, kimsə özünü başqalarından üstün tutsun. Lazım olanda digər təcrübəli oyunçuların da sözü keçir.
- Maykl Essyen xaraktercə necə insandır?
- Çox tanınmış futbolçudur, buna baxmayaraq, çox sadədir. Bizimlə xeyli zarafatlaşır, özünü sadə aparır. Cavanlara çox şey öyrədir ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- “Qarabağ”a qarşı namərdlik
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- Valeh Seyidov yubileyini qolla qeyd etdi
- ETOPAZ 14 yaşında!
- Cenk Sümer: “Dünyanın heç bir yerində bu epizodu kobudluq olaraq qiymətləndirməzlər”
- Cavadovdan “Dinamo”ya dəstək
- “Neftçi”yə qarşı daha bir hakimi “səhvi”: Hakimlər Komitəsində narazılıq
- Kurban Berdıyev “Futbolxeber”ə danışdı: “İndi əsas “Neftçi” ilə oyuna hazır olmaqdır”
- Azərbaycan kuboku: 1/4 finalın oyun cədvəli açıqlandı
- Qurbanlı “Sabah”ın məşqçisinin qeyri-etik jesti barədə: “Hərə öz mədəniyyətini göstərir”
- “Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq: 1500 bilet satılıb artıq
-
17:51
Güləş yığmamız Bursada toplanışa başlayır
-
17:38
Basketbol millimizin rəqibləri müəyyənləşib
-
16:29
"Milan" 19 yaşlı hücumçu transfer etdi
-
16:12
"Böyük İpək Yolu" turnirinə 10 ölkədən 150-dək boksçu qatılacaq
-
15:47
Qana millisinin baş məşqçisi istefaya göndərildi
-
14:30
"Barselona" Fliklə müqaviləni yeniləyir
-
13:53
Gəncədə keçiriləcək Avropa Kubokunda 11 ölkə iştirak edəcək
-
13:24
Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
-
13:15
Yeniyetmələr arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
-
12:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:31
"Araz-Naxçıvan"ın qapıçısı Kiprdə ehtiyatda qaldı
-
12:08
Almaniya Qananı məğlub etdi VİDEO
-
11:59
Elvin Cəfərquliyev: “C Liqasına qayıdacağımıza inanırıq”
-
11:17
Avropa çempionatı: Minifutbol millimizin oyunlarının vaxtı açıqlanıb
-
10:42
"Zirə"nin legioneri FİFA seriyasının ən yaxşısı seçildi
-
10:23
"Neftçi" qələbə qazanıb
-
10:00
Millimiz penaltilərdə sevindi VİDEO
-
16:00
Azərbaycan millisindən fiasko: 3 oyun, 0 qələbə, əlvida növbəti mərhələ
-
15:45
"Qarabağ"dan daha bir jest: Bu dəfə uşaqlara
-
14:53
UEFA-dan azərbaycanlı referiyə ilk baş hakim təyinatı
-
13:38
"Tottenhem"in yeni baş məşqçisi müəyyənləşdi
-
12:16
Lukaku "Napoli"dən gedir
-
11:22
Azərbaycan - Syerra Leone matçı özbək hakimlərə tapşırıldı
-
10:54
"Qarabağ"ın kubok oyununun biletləri satışa çıxır
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
Millimizin rəqibi “FİFA Series”in qalibi ola bilmədi
-
09:45
Litva Gürcüstana məğlub oldu
-
21:43
Ayxan Abbasov AFFA-nın “sirri”ni açıqladı: “Yay toplanışından sonra...”
-
21:17
Riad Rəfiyev Harvardın məzunu oldu FOTOLENT
-
21:04
“Qarabağ”dan xanım azarkeşlərə jest
-
17:55
Tofiq Musayev: "Qolum sınsa da, döyüşməyə davam etdim"
-
17:38
II Liqada 4 oyunda 11 qol
-
15:42
Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb
-
14:26
Azərbaycan parataekvondoçuları Türkiyədə 4 medal qazanıblar
-
14:09
"Qarabağ"ın klublara qazandırdığı pulda kimin haqqı var? VİDEO
-
13:50
Toral Bayramov: “Mən rəqibə heç nə etməmişdim”
-
12:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:13
ABŞ - Belçika matçında 7 qol VİDEO
-
10:24
"Qarabağ"ın azarkeşi vəfat edib
-
09:47
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
-
23:59
Rza Cəfərov: “Yağış baxımlı oyun göstərməyimizə mane olurdu”
-
23:37
Güləşçilərimiz Estoniyada 5 medal qazanıblar
-
23:26
“Dinamo” 6 qollu qələbə qazandı
-
18:13
“Bir qələbə ilə rahatlaşmaq olmaz”
-
18:01
"Naxçıvan"a basketbolçuların səhvləri nəticəsində uduzduq"
-
17:44
“Quba” öz meydanında uduzdu
-
14:32
Tofiq Musayev UFC-də ikinci döyüşünə çıxır
-
13:28
Maykl Rayt: "Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır"
-
13:00
Argentina millisindən çətin qələbə VİDEO
-
12:17
Musa Qurbanlı: “Həmişə daha yaxşı oynamaq olar”
31.03.2026
30.03.2026
29.03.2026
28.03.2026























