Ölkə futbolu
Nail Əliyev tarixi vərəqlədi: “Hafizlə birgə onu döydük, məsələ «KQB»yə gedib çıxmışdı”
Şərqşünas, tarix üzrə fəlsəfə doktoru, “Bakı” Futbol Klubunun sabiq vitse-prezidenti, “Toplu Bakı” jurnalının baş redaktoru Nail Əliyev sportinfo.az-a müsahibə verib. Hələlik ilk hissəsi yayımlanan müsahibədə N.Əliyev tarixi köklərindən, uşaqlığından, futbola həvəsindən, eləcə də “Bakı”nın prezidenti Hafiz Məmmədovla gənclik xatirələrindən danışıb.
“BİR ÇOX DÖVLƏT VƏ ELM XADİMLƏRİ BU MƏKTƏBİN MƏZUNU OLUB”
"Ziyalı ailəsində anadan olmuşam. Babam Əli Əliyev tanınmış pedaqoq, tarixçi alim Məmməd Arazın sözü ilə desək, Naxçıvanın canlı tarixi, Herodotudur. Təhsil naziri, Ali Sovetin katibi, Rəyasət heyətinin sədri, Naxçıvan Dövlət Universitetinin yaradıcısı və ilk rektoru olub.
O biri babam Əsgər Əhmədov zadəgan ailəsində anadan olub. Naxçıvan Pedoqoji texnikomunun yaradıcısı və iş direktoru. Tibb texnikomunun direktoru və ikinci dünya müharibəsinin iştirakçısıdır. 25 il Naxçıvan Muxtar Respublikasının hərbi komissarı və polkovniki olub.
Atam Arif Əliyev filoloq alim, Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının Dillər kafedrasının müdri, Azərbaycanın əməkdar müəllimi olub.
Anam Naxçıvan Dövlət Universitetinin baş müəlliməsidir. 67-ci ildən indiyə kimə - 53 ildir orada dərs deyir. Bacım filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının dosentidir.
Orta təhsilimi 1972-82-ci illərdə Naxçıvan şəhər 3 nömrəli A.S.Puşkin adına rus orta məktəbində almışam. Çar dönəmində fəaliyyət göstərən rus-tatar məktəbi Azərbaycanda aparıcı təhsil ocağı idi. Bir çox dövlət və elm xadimləri bu məktəbin məzunu olub.
Sinif beynəlmiləl idi. Hərbi qarnizonun və sərhədçilərin uşaqları bizlə oxuyurdular. Şagirdlər çox fəal idilər. Zarnitsa hərbi oyunlarında Azərbaycanda və SSR-də Ulyanovsk şəhərində birinci yeri tutmuşdular”.
“HAFİZ MƏMMƏDOV RESPUBLİKA KUBOKUNUN QALİBİ OLUB”
“Mənim özüm tarix üzrə olimpiadada birinci yeri qazandığım üçün Ümumittifaq Artek Pioner lagerinə - Krıma göndərilmişdim. Ondan sonra indiki Nijni Novqorod şəhərində sərgidə iştirak etmişəm.
Yay tətillərində Moskva, Kiyev, Leninqrad və başqa şəhərlərdə 14 günlük məktəbli dostlarımızla Turbaza xətti ilə səyahətə gedirdik. 3-cü sinifdə sinif yoldaşım İlham Babayev ilə - ona Anatoli Banişevski deyirdilər - şəhər uşaq futbol məktəbinə yazıldıq.
Əli müəllimin qrupuna. Şəhər və respublika əhəmiyyətli turnirlərin qalibi olduq. 1-ci dərəcəli kateqoriya aldım. «Araz» Futbol Klubunun əvəzedici komandasına götürüldük. Lakin Universitetə hazırlaşdığım üçün babam 10-cu sinifdə futbol geyimimi gizlətdi və məni müəllimlərin yanına hazırlığa göndərdi”.
Uşaqlıq dostum, «Bakı» Futbol Klubunun prezidenti Hafiz Məmmədov Respublika «Sevinc» kubokunun qalibi olub. Onu braziliyalı əfsanə Qarrinçaya bənzədirdilər. Yuri Yarmizin Arazda çıxış etdi. Sonra Odessanın «Çernomorets» klubuna getdi.
“HƏMİN MÜƏLLİMİ SAVADSIZ ALDANDIRARAQ SİNİFDƏN QOVDUM”
"Məktəbin basketbol komandası dəfələrlə respublika çempionu olub. Dostumuz, qızıl medalçı Tahir Budaqov respublika yığmasına dəvət almışdı. 8-ci sinifdə məktəbə yeni dərs deməyə gəlmiş tarix müəlliməsi ilə konfliktim oldu.
O, tarixdə Azərbaycan dövlətinin olmadığını bildirdi. Mən onu savadsız adlandıraraq, Səfəvi, Atabəylər, Avşar dövlətinin Azərbaycan dövləti olduğunu bildirdim və sinifdən qovdum. Məsələ Maarif şöbəsinə gedib çıxdı. Mənim sinfimi dəyişib, töhmət verdilər.
Təhsillə bərabər, şəhər həyatında da fəal idik. Böyük bağa yığışardıq. Çoxlu dostlarımız var idi. Əhatəmiz böyük idi. Bir dəfə şəhər tarixinin ən böyük davası oldu. Məişət Evinin yanında hər tərəfdən yüzdən çox adam iştirak edirdi. Şəhərdə özünü apara bilməyən kefli rus zabitlərini döyürdük.
Bir gün hərbi qarnizonun parkında Hafizi, Şulanı, Qadiri, «Qara Elçin»i qarnizon komandiri, polkovnik Lısenko tutdu, «qaubaxta» apardı. Nüfuzlu insanların köməyi ilə məsələ həll olundu. Xüsusi idarənin kapitanı Kuzmini Hafizlə birgə döydük. Məsələ «KQB»yə gedib çıxmışdı.
Hafizin atası, rəhmətlik Məcid Məmmədov hərbi cərrah polkovnik idi. Böyük nüfuza malik idi. O, düz və ədalətli insan idi. Sonralar Qarabağ veteranı oldu”.
“MAŞALLAH ŞOU GÖSTƏRDİ, ERMƏNİLƏRƏ 6:0 QALİB GƏLDİK"
“Yadımdadır, respublika prokuroru, mərhum Həbib Rzayev "Araz" Futbol Klubunu öz himayəsinə götürdü. Odessadan əfsanəvi Əhməd Ələsgərovu Naxçıvana dəvət etdi. Korifey özü ilə «Çernomorts»in oyunçuları - Poleşşuk, Sapojnikov, Pavlenko və Çeremisovu gətirdi.
Bakıdan Maşallah Əhmədov, Oqtay Abdullayev, Oleq Axanov və Vaqif Sadıqovu, sonralar Nikolay Smolnikov, Rafiq Quliyev, Füzuli Cavadov, Tofiq Abbasov və Bəxtiyar Qulamov komandaya cəlb etdilər. Qapını mərhum Elxan Babayevə tapşırmışdı. Böyükağa Hacıyev isə müdafiədə yer alırdı.
Maşallah Əhmədov yerli azarkeşlərin kumirinə çevrilmişdi. Yerli futbolçuları atam tarix fakultəsinə qəbul etdirmişdi. "Araz" SSR birinciliyində 9-cu zonada birinci yerdə gedirdi. İkinci yerdə Gürcüstandan «Quriya»nın, üçüncü yerdə Abaviyanın «Kotayk»ı, 4-cü yerdə Xankəndindən «Qarabağ» idi.
"Araz" Naxçıvanda bütün rəqiblərinə qalib gəlirdi. Oyun vaxtı stadionda boş yer olmurdu. Ətrafdakı uca binaların balkonları, damları insanla dolu olurdu. Şəhərdə həyat dayanırdı.
Rusların Konstantin Beskovu, ukraynalıların Valeri Lobanovskisi, gürcülərin Nodar Axalkatsisi, azərbaycanlıların isə Əhməd Ələsgərovu vardı. Əfsuslar olsun ki, işlər yarımçıq qaldı. "Neftçi" yüksək liqanı tərk edirdi.
Onu xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Əhməd Ələsgərov Bakıya - "Neftçi"yə gətirildi. O, özü ilə futbolçuları da apardı və "Neftçi" yüksək liqada qaldı. Yaxşı yadımdadır, 4 avtobus azarkeşlə Xankəndinə getmişdik.
Ermənilər bizə hücum çəkdilər, avtobusların şüşələrini qırdılar. Polisin yardımı və müşayiəti ilə Naxçıvana qayıtdıq. Bu, ikinci dövrenin birinci oyunu idi. Maşallah şou göstərdi, ermənilərə 6:0 qalib gəldik".
(Ardı olacaq)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- UEFA-nın saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
- “Qarabağ” - “Ayaks”: həyəcan zirvəyə yüksəlir
- “Neftçi”nin baş məşqçi məsələsində son durum: Nə türkiyəli, nə belaruslu...
- “Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
- Silva Yankoviçlə mübahisə etmələrindən danışdı: “Hər şey həll olunub”
- Vernidub “Neftçi”nin baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirdi
- Elvin Məmmədov istefasını şərh etdi: “Səbail”in bunu bacaracağına inanıram”
- Tramp DÇ-2026-nın püşkatmasında Azərbaycan Xalq rəssamlarının hazırladığı mükafat aldı
- DÇ-2026: “Pley-off”un püşkü atıldı
- Samir Abasovun “Neftçi”dən gedişi dəqiqləşdi
- “Qarabağ”ın oyununun biletləri satışa çıxır
- “Neftçi”nin muradı...
- “Kəpəz” də Yevlaxa “köçür”
- "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxdı
- “Napoli” - “Qarabağ” oyununun hakimləri açıqlandı
-
21:48
Vilayət Eyvazov yenidən Atıcılıq Federasiyasının prezidenti seçilib
-
20:34
Cüdo üzrə Azərbaycan birinciliyi start götürüb
-
18:02
“Finalissima”nın yeri və tarixi müəyyənləşib
-
17:27
I Liqada hər iki oyunda heç-heçə
-
16:56
Şahruddin əməliyyat olundu
-
16:13
"Araz-Naxçıvan" təxirə salınmış matçda qalib gəlib
-
15:41
Azərbaycanın MMA döyüşçüsü növbəti qələbəsini qazanıb
-
14:09
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib FOTOLENT
-
13:35
AMADA-nın Müşahidə Şurası ilin sonuncu iclasını keçirib
-
12:28
İngiltərə kuboku: Yarımfinal cütləri məlum oldu
-
11:54
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
-
11:17
Rusiya qəzeti: “Qarabağ” hazırda keçmiş SSRİ-nin ən güclü komandasıdır”
-
10:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
“Sumqayıt” qış hazırlıq planını açıqladı
-
17:59
"Naxçıvan"dan yeni transfer
-
17:23
I Liqada XI tur start götürdü
-
16:42
“Sabah” - “Qarabağ” oyununun hakimləri açıqlandı
-
16:15
Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları məlum olub
-
15:37
Azərbaycan güləşinin tanınmış simaları Füzulidə gənc idmançılarla görüşüblər
-
14:54
"Dinamo"nun yeni baş məşqçisi müəyyənləşdi
-
14:00
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?
-
13:41
AFFA prezidenti: “Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdır”
-
13:16
Azərbaycan stolüstü tennisçisi beynəlxalq toplanışda iştirak edəcək
-
12:58
I Liqada hakim təyinatları
-
11:33
AVF rəhbərliyi millinin nəticəsini yüksək qiymətləndirib
-
11:07
"Barselona" səfərdə mərhələ adladı VİDEO
-
10:42
“The Best”: Ayxan Abbasov və Emin Mahmudov kimlərə səs verib?
-
10:29
"Çelsi" yarımfinalda VİDEO
-
10:15
Elvin Bədəlov: “Qanundur, sən vurmursansa, sənə qol vuracaqlar”
-
09:54
Ağacan Abiyevin şərəfinə boks turniri start götürüb
-
09:31
Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar
-
09:06
Dünyada ilin ən yaxşı futbolçusu o seçildi
-
19:03
Karim Rossi: “Bilirdik ki, “Zirə”nin qapıçısı yerlə vurulan zərbələr zamanı çətinlik yaşayır”
-
18:12
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
-
17:36
Bakı 2026-cı il "Dünya İdman Paytaxtı" elan olunub
-
16:53
“Dinamo” səfərdə qələbə qazandı
-
16:29
I Liqa klubunun futbolçusu 3 oyunluq cəzalandı
-
16:04
Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
-
15:48
"Neftçi"nin legioneri milliyə dəvət aldı
-
15:37
"Qəbələ"nin futbolçusu cəzalandırıldı
-
15:25
AFFA 6 klubu cərimələdi
-
14:50
Cüdo Federasiyasının iki sosial layihəsi beynəlxalq mükafata namizəd göstərilib
-
14:12
Azərbaycan ilə Avstriya milli antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb
-
13:41
Türkiyə klubunda yeni baş məşqçi
-
13:09
Tanınmış güləşçilər Qarabağ Universitetində olublar
-
12:23
Qriqorçukun yeni klubu müəyyənləşdi
-
11:55
“Sumqayıt”ın yaponiyalısı: “Qutabı çox sevirəm”
-
11:34
Rüstəm Əhmədzadə 100-ə çatdı
-
11:18
“Neftçi”nin baş məşqçisi 10-cu oldu
-
11:07
Azərbaycan çempionatında 18 ildən sonra
18.12.2025
17.12.2025
16.12.2025























