24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Mustivar: "Azərbaycanda da koronavirusla mübarizəyə pul xərcləmişəm"

“Neftçi”nin haitili futbolçusu Soni Mustivarın müsahibəsi

- Karantin müddətini necə keçirirsiniz?

- Formamı qorumaq üçün fərdi hazırlaşır, öz rejimimə ciddi əməl edirəm. Çoxlu yemək bişirirəm, çünki əyləncəlidir. Bundan əlavə, yapon cizgi filmlərinə baxıb yeni şeylər öyrənirəm.

- Niyə məhz yapon cizgi filmləri?

- Yeni mədəniyyətlər və adət-ənənələrlə tanış olmağı xoşlayıram.

- Qeyd etdiniz ki, mətbəxtdə çox vaxt keçirirsiniz? Azərbaycan yeməklərindən hansıları hazırlaya bilirsiniz?

- Sizin xörəklərinizi bişirə bilmirəm. Üzrlü sayın. Amma nə vaxtsa yoxlaya bilərəm. Bir gün buna cəhd edəcəyəm.

- Əsasən hansı yeməkləri bişirirsiniz?

- Təkcə Haiti yeməkləri bişirmirəm. Fransa və Afrika mətbəxindən də bəzi şeylər hazırlayıram. Klassik xörəkləri hazırlamaq daha asandır. Onu da deyim ki, mən elə də yaxşı aşpaz deyiləm.

- Kitablarla aranız necədir?

- Mütaliəni xoşlayıram. Hər səhər kitab oxuyuram. Daha çox özünü inkişaf etdirmə ilə bağlı kitablara üstünlük verirəm. Bu yaxınlarda “Morning miracle” kitabını bitirdim. Hazırda isə “Think and grow rich” “Steal like an artist” “Comme par magie” və “İnfuck yourself” kitablarını oxuyuram.

- Bakıda tək, yoxsa ailənizlə birlikdə qalırsınız?

- Həyat yoldaşım və itimlə bir yerdə qalıram.

- Xanımınıza ev işlərində kömək edirsiniz?

- Əlbəttə. Əslində, mən ona kömək etmirəm. Biz bütün işləri birlikdə görürük. Əvvəlcə hər şeyi bölüşdürürük. Bu, evdə komanda işi kimi bir şeydir.

- Bir az da koronavirus pandemiyası barədə danışaq. Hazırda Haitidə vəziyyət necədir?

- Orada virus elə də çox yayılmayıb. Cəmi 58 yoluxma faktı aşkarlanıb. Ölkəmiz kiçik olduğundan, imkanları da elə böyük deyil. Ona görə də yoluxma sayının az olması yaxşıdır.

- Yaxınlarınız üçün darıxırsınız: Haitiyə getmək istərdiniz?

- Hə, darıxıram. Amma doğmalarımın çoxu Fransada yaşayır. Orada isə vəziyyət ürəkaçan deyil. Buna baxmayaraq, hamısının səhhəti yaxşıdır.

- Komanda yoldaşınız və həmyerliniz Donald Gerye koronavirusla mübarizə çərçivəsində Haitidəki 2 xəstəxanaya ümumilikdə 10 min çarpayı bağışlayıb. Siz bu istiqamətdə hansı addımları atmısınız və ya planlaşdırırsınız?

- Təkcə Haitidə yox, digər ölkələrdə, həmçinin, Azərbaycanda da koronavirusla mübarizə üçün pul xərcləmişəm. Bir neçə imkansız ailəyə baş çəkib onlara kömək etmişəm. Hazırkı çətin məqamda bu, çox vacibdir. Hamımız bir-birimizə kömək etməliyik. Haradan gəlməyimizin heç bir önəmi yoxdur.

- “Neftçi” ilə müqaviləniz iyunda başa çatacaq. Çempionatı həmin vaxta kimi bərpa etmək mümkün olmasa, komandada qalacaqsınız, yoxsa gedəcəksiniz?

- Mövsüm başa çatanadək komandada qalacağam. Çünki başladığım işi bitirməyi xoşlayıram.

- Hazırda bir çox ölkələrdə klublar futbolçuların maaşlarını azaldır. “Neftçi”dən belə bir təklif gəlsə, reaksiyanız necə olacaq?

- Buna müsbət cavab verə bilərəmmi? Açığı, bilmirəm. Amma bu, təkcə mənim qərarım ola bilməz. Bəzi futbolçular buna razılaşa bilərlər. Komanda şəklində isə mümkün deyil (“Report”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30