29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Azərbaycanda dövlət virusun yayılmaması üçün bütün tədbirləri həyata keçirir"

“Həmişə Kiyevlə əlaqə saxlayıram. Ona görə deyə bilərəm ki, Bakıda karantin qaydaları daha sərtdir”.

Futbolxeber.az saytının məlumatın görə, bu sözləri “Səbail”in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin “Zbirna” nəşrinə müsahibəsində deyib.

O, ölkəmizdə koronavirusla mübarizədən, karantin rejimi qaydalarında danışıb:

“Evimizin həyətində mağaza var, ora problemsiz gedə bilirəm. Bazara getmək lazımdırsa, icazə almaq üçün xüsusi nömrəyə sms göndərməlisən. Artıq bunu iki dəfə etmişəm.

Dostlarım mənə şəhərdə postların olduğunu deyib. Bəzən maşınları saxlayaraq, yaşayış yerini tərk etmək barədə sms-in olub-olmadığını yoxlaya bilərlər. Buna görə sms göndərmək sonradan problemlərlə üzləşməkdən daha yaxşıdır.

Mağazaya gedərkən tibbi maskadan və əlcəkdən istifadə vacibdir. Karantin başlayanda gəzmək, basketbol oynamaq mümkün idi. İndi isə bütün yerlər hasarlanıb, qadağa qoyulub”.

Rıbka Azərbaycanda koronarisusa yoluxan xəstənin az olduğunu bildirib: “Statistikaya inanmıram, bu, hər ölkəyə aiddir. Azərbaycanda çoxlu sayda xəstə yoxdur, dövlət virusun yayılmaması üçün bütün tədbirləri səmərəli şəkildə həyata keçirir".

Qolkiper Azərbaycanı tərk edə bilməməsinin səbəbini də açıqlayıb: "3-4 günlük vaxt var idi. Amma mən klubumla əlaqədə olduqda dedilər ki, çempionat tezliklə bərpa oluna bilər və ya ən azı məşqlər etməyimiz mümkündür. Ona görə də qalası oldum. Amma başqa ölkədə qalan ukraynalı legioner təkcə mən deyiləm. Türkiyə və Ukraynada qalan həmyerlilərim də var".

Rıbka “Çempionatı davam etdirmək mümkün olacaqmı” sualını belə cavablandırıb: “Bizim cəmi 8 oyunumuz qalıb. Fikrimcə, çempionat bərpa edilsə, bu, mayın sonu və ya iyunun əvvəlindən tez olmayacaq. UEFA çempionatı sona çatdırmadan çempion və mükafatçıları təyin edən ölkələrin Avropa yarışlarında yerlərini itirə biləcəyini açıqladı. “Qarabağ”, “Neftçi” kimi klublar üçün avrokubokda iştirak etmək yaxşı maddi köməkdir. Buna görə də, buradakı hər kəs çempionatın bərpasında və oynanılmasında maraqlıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31