29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

34 futbolçudan 56 dubl

2019/20 mövsümündə “Qəbələ”nin futbolçuları 4 dubla imza atıb.

Futbolxeber.az-ın klubun rəsmi saytın istinadən verdiyi məlumata görə, bunlardan ikisi Premyer Liqa, ikisi Azərbaycan kubokuna təsadüf edib.

Qış fasiləsində komandanı tərk edən Davit Volkov hər iki turnirdə fərqlənməyə nail olub. Klesio Bauk kubok, Nikolas Raysel isə çempionat matçında iki top vurub. Sonuncu “qırmızı-qaralar”ın koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilə ərəfəsindəki son qarşılaşmada bunu bacarıb. O, “Sumqayıt”la ev oyununda (5:0) qonaqları iki dəfə məyus edib.

Ümumilikdə, “Qəbələ”nin tarixindəki dublların sayı 56-ya çatıb. Bunlardan 38-i Azərbaycan Premyer Liqasına təsadüf edib. Kubokda 11, birinci dəstədə 4, avrokuboklarda 3 dəfə bir futbolçu görüşü iki qolla başa vurub.

Dubla imza atan futbolçuların sayı isə 34-ə çatıb. Hər üç oyunçu - Volkov, Bauk və Raysel “Qəbələ”də ilk belə uğuruna cari mövsüm imza atıb. Bu göstəricidə mütləq rekord isə Baqali Daboya məxsusdur. Sabiq hücumçu 6 dəfə dubla sevinib. Kənan Kərimovun aktivində 4 belə matç var.

“Qəbələ”də 2 və daha çox dubla imza atanlar:

1. Baqali Dabo - 6

2. Kənan Kərimov - 4

3. Dodo - 3

    Yannik Kamanan - 3

    Daniel Subotiç - 3

6. Rövşən Əhmədov - 2

    Filip Ozobiç - 2

    Vüsal Qarayev - 2

    Viktor Mendi - 2

    Sergey Zenyov - 2

    Deon Barton - 2

    Ceyms Adeniyi -2

    Davit Volkov - 2




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31