29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakı AVRO-2020-dən imtina etməyəcək"

Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev koronavirus pandemiyasına görə AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayının azaldılacağı ilə bağlı iddialara münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, C.Qarayev "Report"a açıqlamasında deyib ki, hazırda planda Bakının namizədliyinin geri götürülmə məsələsi yoxdur.

"Əslində, bu məsələ AFFA rəhbərliyi ilə detallı müzakirə olunmayıb. Çünki planda hər hansı dəyişiklik yoxdur. UEFA ilə müntəzəm əlaqədəyik. Onlarda da bu yöndə söhbətimiz olmayıb. Bakı şəhəri AVRO-2020-dən imtina etməyəcək", - o vurğulayıb.

BOS-un direktoru 12 şəhərdən bəzilərinin oyunları keçirməkdən imtina etmək istədiyinə dair xəbərlərə isə belə münasibət bildirib: "Burada söhbətin hansı şəhərlərdən getdiyindən ətraflı məlumatım yoxdur. Bu, sadəcə danışıqdır. Konkret qərar hələ verilməyib".

Qeyd edək ki, Avropa çempionatında A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31