25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”: 78 penaltidən 61-i qol olub

“Qəbələ” indiyədək keçirdiyi oyunlarda 78 penalti zərbəsi yerinə yetirib.

Futbolxeber.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan çempionatının Premyer Liqa və 1-ci dəstəsində, həmçinin, ölkə kuboku və Avropa Liqasında oynamış “qırmızı-qaralar” bu turnirlərdəki 546 matçda 61 dəfə 11 metrlik nöqtədən qol vurub.

“Qəbələ”nin bu qarşılaşmalarda vurulan penaltilərdəki dəqiqlik faizi 78-ə bərabərdir. Digər 22 faizi təşkil edən 17 zərbə isə qolla nəticələnməyib.

“Qəbələ”nin penaltilər üzrə rekordçusu Cavid Hüseynovdur. O, 13 dəfə 11 metrlik nöqtədən qapını nişan alıb. Bunlardan 12-si dəqiq olub. 8 belə imkan əldə edən Kənan Kərimovla 5 penalti yerinə yetirən Leonardo da Silva hərəyə bir dəfə imkandan yararlanmayıb.

Ümumilikdə, “Qəbələ”nin 31 oyunçusu penalti zərbəsi vurub. 100 faizlik nəticə göstərənlər arasında Filip Ozobiç, Aleksey Qay və Deon Barton daha çox - hərəyə 4 penaltini qola çevirib. Rəşad Yusubovla Ruslan Qurbanovun 3 belə qolu var. Bu ilin qışında “qırmızı-qaralar”a qoşulan Nikolas Raysel isə artıq iki dəfə penaltidən fərqlənib. İki futbolçu - Samir Zərgərovla Yannik Kamanan hərəyə 2 dəfə belə imkanı boşa verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30