Ölkə futbolu
Vaqif Sadıqov 61 yaşında: “O təklifi qəbul etməklə, məşqçilik karyeramı kənara qoydum”
Bu gün “Neftçi”nin sabiq futbolçusu və baş məşqçisi, millimizin keçmiş çalışdırıcısı, AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun 61 yaşı tamam olur. Bu münasibətlə V.Sadıqov Futbolxeber.az saytının suallarını cavablandırıb:
- Vaqif müəllim, ad gününüzü təbrik edirik. İlk növbədə sizə uzun ömür, can sağlığı arzulayırıq.
- Çox sağ olun, diqqətiniz üçün minnətdaram.
- Yəqin ki, karantin rejiminə görə ad gününüzü evdə, yalnız ailə üzvlərinizlə birgə qeyd edəcəksiniz.
- Bəli, ailə üzvlərimlə birgə qeyd edəcəm. İnsanın xoş gününü ailə üzvlərinin əhatəsində olmasından gözəl nə var ki? Düzdür, hazırda dediyiniz kimi, karantin rejimidi. Biz də bu vəziyyəti başa düşürük, qadağalara riayət edirik.
- Adətən deyirlər ki, insan uşaq vaxtı ad gününə sevinsə də, illər ötdükcə eyni sevinc olmur. Çünki başa düşür ki, hər yaş ömrü bir qədər də qısaldır...
- Hər ad günü keçmişimizi uzadır, gələcəyimizi isə qısaldır. Yaşlandıqca çox kədərlənməsək də, istər-istəməz başa düşürük ki, ömürdən gedir. Düzdür, hər yaşın öz gözəlliyi var. Amma yenə də görüləsi iş çoxdur. Həmişə demişəm, vaxtı dayandırmaq mümkün deyil, Ona görə adam bir qədər kədərlənir. Uşaq vaxtı ad gününü keçirməklə yaşımızın artmasına sevinirdik. Düşünürdük ki, böyüyürük, özümüzü böyük kimi göstərməyə çalşırdıq. O vaxtlar başımızın üstündə valideynlərimiz var idi. Ailədə səndən böyüklər olurdu. Amma onlar dünyasını dəyişdikdən sonra insanın məsuliyyəti artır.
- Bu 61 ildə futbolla bağlı həyata keçməyən arzunuz olub?
- Naşükür olmaq lazım deyil. Həmişə şükür etmişəm. Allah istədiyim bir çox şeyi verib mənə. Ötən illərə boylananda məyus olmuram. Ən vacibi odur ki, hər zaman işimə sadiq olmuşam. İstər futbolçu, istərsə də məşqçi kimi bir gün də Azərbaycan futbolundan kənarda qalmamışam. Hər zaman Azərbaycan futboluna xidmət etməyə çalışmışam. Alınan alınıb, alınmayan alınmayıb. Amma ümumi götürdükdə yaşadığımı yaşamışam, rəbbimdən razıyam. Düzdür, geri boylananda bəlkə insan nələrisə dəyişmək istər. Lakin bu, mümkün deyil.
- Bir neçə ildir Məşqçilər Komitəsinə rəhbərlik edirsiz. Artıq həm də AFFA-nın vitse-prezidentisiz. Demək olar ki, Vaqif Sadıqovu daha məşqçi kimi iş başında görə bilməyəcəyik?
- 5 il əvvəl Məşqçilər Komitəsindən təklif gələndə bu barədə düşündüm. O təklifi qəbul etməklə, məşqçilik karyeramı kənara qoydum. Səhhətimlə bağlı çox danışmağı sevmirəm. Amma o zaman elə idi ki, bir müddət mütləq məşqçilikdən uzaq qalmalıydım. Məşqçi kimi olmasa da, ömrümün sonuna kimi Azərbaycan futboluna xidmət etməyə çalışacağam.
- Hansısa təklif gəlsə də, məşqçiliyə qayıtmayacaqsız?
- Xeyr. Hələ 5 il əvvəl başa düşürdüm ki, bu vəzifəyə getməklə məşqçiliyi birdəfəlik kənara qoyuram.
- Amma komitədə elə məşçilər olub ki, təklif aldıqdan sonra oradan ayrılıblar...
- Mən özümə cavabdehəm. Ona görə də təklif olsa belə, qəbul etməyəcəm.
- Karantin rejimini necə keçirirsiz? Yəqin ki, futbolsuz qalmaq darıxdırıcıdı.
- Əlbəttə, futbolsuz adam darıxır. Nə qədər çətin olsa da, indiki zamanda bir olmalıyıq. Başa düşməliyik ki, gələcəyimiz üçün bu rejimə mütləq riayət etməliyik. Mən də çətin olsa da, karantin rejiminə riayət edirəm. Amma bekar qalmıram. Ev işlərini həll etməyə çalışıram. Futboldan kənar qalsaq da, başımı qatıram. Ailəm qarşısında məsuliyyətim var və onları yerinə yetirirəm.
- Futbolçu orqanizminə bizdən daha yaxşı bələdsiniz. Necə düşünürsüz, karantin rejimi bitdikdən sonra çempionat bərpa olunarkən futbolçuların özlərinə gəlmələri üçün nə qədər vaxta ehtiyac olacaq? Ümumiyyətlə, yenidən əvvəlki rejimə qayıtmaq çoxmu çətin olacaq?
- Bu, futbolçuların karantindən hansı vəziyyətdə çıxmalarından asılıdır. İndi mövsümün elə vaxtıdır ki, karantin bitdikdən sonra çempionatn startı üçün çox vaxt olmayacaq. Mövsümün sonuna az qalıb. Düşünürəm ki, komandalara 15 gün vaxt veriləcək. Bu məcburi fasilə istər-istəməz komandalara çətinlik yaradacaq. Ən qorxulu odur ki, hazır olmayan futbolçular çoxlu zədələrlə üzləşəcəklər. Bunun üçün gündəlik fərdi məşq etmək lazımdır. 15 gün çox vaxt deyil. Ona görə də futbolçular indiki məqamda bekar qalmamalıdırlar. Mütləq fərdi şəkildə məşq edib, özlərini həmin 15 günlük perioda 60-70 faiz də olsa, hazır etməlidirlər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
23:06
DÇ-2026-da ilk 1/4 finalçı müəyyənləşdi
-
22:38
“Qarabağ”dan “Şahdağ Qusar”a keçdi
-
21:53
"Turan Tovuz"da yeni qapıçı
-
16:29
"Səbail"dən növbəti transfer
-
15:42
"İmişli"də daha bir ayrılıq
-
14:15
Modriç "Milan"da qalır
-
14:00
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
-
13:31
"İmişli" Hüseynəli Quliyevlə yolları ayırdığını açıqlayıb
-
12:57
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
-
12:24
Kolumbiya Qananı mundialdan kənarlaşdırdı VİDEO
-
11:48
Qazaxın Daş Salahlı kəndində yeni sərbəst güləş zalı istifadəyə verilib
-
11:16
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:53
Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
-
10:39
DÇ-2026: 1/8 finalın bütün cütləri
-
10:21
Argentina əlavə vaxtda sevindi VİDEO
-
10:02
"Şamaxı"nın daha bir rəqibi müəyyənləşdi
-
09:45
Misir penaltilərlə mərhələ adladı VİDEO
-
22:33
"Sumqayıt"da braziliyalı qapıçı
-
21:54
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
-
20:09
"Zirə"dən yeni transfer
-
19:42
Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
-
19:15
"Araz-Naxçıvan"da yeni baş məşqçi təyinatı
-
18:30
“Bavariya” “Ayntraxt”ın müdafiəçisi ilə gücləndi
-
17:51
Alleqri rəsmən “Napoli”də
-
17:27
“Qarabağ”dan bu yayın 7-ci transferi
-
17:16
Bakıdakı cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim edilib
-
16:48
“Ferentsvaroş”un müdafiəçisi “Qarabağ”ın hədəfində
-
16:03
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
-
15:34
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
-
14:52
Yeni klubu Medinanı təqdim etdi
-
14:29
"Kəpəz"in İdarə Heyətinə yeni sədr seçilib
-
13:47
“Qarabağ”ın yeni transferi Bakıdadır
-
13:31
Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb
-
13:15
"Şəfa" hazırlığa start verdi
-
12:50
AMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
-
12:26
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçiriləcək
-
12:08
Azərbaycanın 10 atleti Balkan çempionatında mübarizə aparacaq
-
11:43
“Qarabağ”ın hücumçusu “Seltik”in transfer siyahısında
-
11:14
İspaniya Avstriyaya şans tanımadı VİDEO
-
10:52
Millimizin futbolçusu İsrail klubuna icarəyə verildi
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
Portuqaliya - Xorvatiya matçında triller VİDEO
-
10:07
DÇ-2026: 1/8 finalın 6 cürü məlumdur
-
09:45
"Neftçi" - "ÇFR Kluj" matçında 3 qol VİDEO
-
23:53
Vernidub: “Növbəti oyunlarda daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik”
-
23:36
Millimiz Lüksemburqa qalib gəldi
-
22:18
“Neftçi” “ÇFR Kluj”a məğlub oldu
-
21:22
"İmişli" yeni baş məşqçisini açıqladı
-
21:09
Andrade qol vurdu, "Sabah"dan böyükhesablı məğlubiyyət
-
20:55
Mustafayev daha 2 il "Sumqayıt"da
04.07.2026
03.07.2026
02.07.2026























