29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Qəbələ”: 20 turda 26 futbolçu

“Qəbələ” Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda 26 futbolçunun xidmətindən yararlanıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Amin Seydiyevlə Qismət Alıyev koronavirus pandemiyası üzündən dayandırılan çempionatda “qırmızı-qara” forma ilə hamıdan çox - hərəyə 19 oyun keçirib. Amin bu görüşlərdə əvəzolunmadan meydanda olub.

Legionerlər arasında Merab Qiqauri, Fernan Lopez və Klesio Bauk daha çox - 18 matçda şans qazanıb. Daha iki oyunçu - Ülvi İsgəndərovla Rövlan Muradov da eyni sayda qarşılaşmanın iştirakçısı olub.

Komandanın qollarına 9 oyunçu imza atıb. Baş tutan 20 görüşdəki ən məhsuldar oyunçusu qış fasiləsində “Qəbələ”dən ayrılan Davit Volkovdur. Onun hesabında 5 top var. Qışda heyətə qatılan Nikolas Raysel isə 4 matçda 4 qol vurmaqla yüksək məhsuldarlığı ilə seçilib. Rövlan Muradovun da aktivində eyni sayda qol var. Fernan Lopezlə Ülvi İsgəndərov 3, İvitsa Juniç 2 dəfə fərqlənib. Amin Seydiyev, Qismət Alıyev və Roman Hüseynovun 1 qolu var. Daha bir qol isə rəqib avtoqolu sayəsində gerçəkləşib. Bu topun müəllifi Donald Geryedir (“Neftçi”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31