Ölkə futbolu
Ceyhun Sultanov: “Məşq etmirlərsə, heç yerə çıxa bilməzlər”
"Neftçi" futbol klubunun idman direktoru Ceyhun Sultanovun müsahibəsi
- Koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqası dayandırılıb və oyunların aprelin 14-dən tez başlamayacağı dəqiqdir. Karantin müddəti artacağı halda, çempionatın vaxtı da uzanacaq. Futbolçuların klublarla müqavilələrinin müddəti adətən mayın 31-dək olur. Premyer Liqanı həmin tarixə qədər bitirmək mümkün olmasa, "Neftçi"də sözləşməsi başa çatan oyunçulara əlavə maaş ödəniləcək?
- Əvvəlcə onu deyim ki, müqavilədə göstərilən bütün öhdəliklər yerinə yetirilməlidir. O ki qaldı digər məsələyə, bununla bağlı UEFA qərar qəbul etməlidir. Sabah qurum elə bir qərar verə bilər ki, vəziyyət dəyişər. Məsələn, biz futbolçunu oynatmaq istəyirik, amma onun müqaviləsi bitir. Belə olan halda, yeni sözləşmə imzalamaq məcburiyyətində qalırıq. UEFA bu məsələdə ortaq məxrəc tapmalıdır. Bu, tək bir klubdan asılı deyil. UEFA, yerli federasiyalar bununla bağlı qərar verməlidir. Klublardan-klublara fərq var. Məsələn, bizdə müqavilələrin müddəti avqustdan növbəti il mayın sonuna qədərdir. Elə klublar isə var ki, müqavilələri iyulun sonunadəkdir. Yenə deyirəm: buna biz yox, UEFA qərar verəcək. Daha sonra isə AFFA bunu klublarla müzakirə etməlidir. Misal üçün, mən çempionatın davam etməsini istəyirəm, milli assosiasiya isə deyir ki, olmaz.
- Hazırda "Neftçi"də bəzi futbolçular var ki, müqavilələri mayın sonunda başa çatır. Onlarla ilkin danışıq olubmu və ümumiyyətlə, kimlərləsə razılığa gələ bilmisiniz?
- Açığı, beynimdə kimlərlə müqavilənin müddətinin uzadılacağını, kimlərin komandanı tərk edəcəyini bilirəm. Bunların hamısını özümüz üçün müəyyənləşdirmişik. Amma indiki məqamda çempionatın bitməsini gözləyirik. Bundan sonra nə isə demək olar.
- Mövsümün sonunda müqaviləsi başa çatan neçə futbolçu var?
- Təqribən 5-6 futbolçu var.
- Çempionatdakı hazırkı vəziyyətlə bağlı müqaviləsinə vaxtından əvvəl xitam verərək ölkəsinə getmək istəyən, bununla bağlı kluba müraciət edən legioner olubmu?
- Xeyr, müqaviləyə xitam vermək kimi söhbətlər olmayıb. "Mən oynamaq istəmirəm" deyən də yoxdur. Sadəcə futbolun dayandığını görüb, ailəsinin yanına gedib-qayıtmaq istəyən 1-2 legioner var idi. Amma sərhədlərin bağlandığını biləndən sonra Bakıda qalmağa qərar verdilər. Dedilər ki, elə burada qalmaq yaxşıdır.
- Futbolçuların hansındasa koronavirusla bağlı narahatlıq olubmu və karantinə alınan varmı?
- Yox. Həkimlərimiz mütəmadi olaraq futbolçularla əlaqə saxlayır. Heç birində narahatlıq olmayıb.
- Futbolçular formada qalmaq üçün nə edirlər?
- Hamısı evlərindədir. Hər birinə maksimum dərəcədə evdə oturmaq tapşırılıb. Məşq etmirlərsə, heç yerə çıxa bilməzlər. Bilirsiniz ki, kafe-restoranlar da bağlıdır. Hamısı evdə oturmağa məcburdur. Ən yaxşı halda, evlərinin yaxınlığında açıq ərazi varsa, formalarını qorumaq üçün yüngül qaçış edərək, qayıda bilərlər.
- Premyer Liqanın XX turunda "Sabah"a 4:0 hesabı ilə qalib gəldiyiniz matçda halı pisləşən Aqil Məmmədovun hazırkı durumu necədir?
- Stress insan həyatında böyük önəm kəsb edir. Biz 2-ci qolu vurandan sonra sevincdən Aqilin ürəyində problem yarandı. Xəstəxanaya apardıq, həkimlərin müayinəsindən sonra məlum oldu ki, hər şey normaldır. Problem stresdən olub. Ondan sonra məşqlərdə də iştirak edib. Hazırda heç bir problemi yoxdur.
- Son sualımız bir qədər fərqli olacaq. Təqribən 1 il öncə evinizdən oğurluq olmuşdu. Hadisəni törədənlər tapıldı?
- İnanırsınız, 2 ay öncə başqa bir evə eyni qaydada girmişdilər. Bizi də bununla bağlı Daxili İşlər Nazirliyinə çağırmışdılar. Deyilənə görə, həmin evi də eyni formada soyublar. Araşdırma davam edir. Amma hələ heç bir məlumat yoxdur.
- Şübhələndiyiniz kimsə və ya kimlərsə var?
- Məni evdən aparılanlardan daha çox, oğurluğu edənlərin kimliyi maraqlandırır. Ağlıma elə bir adam gəlmir ki, 19-cu mərtəbədəki mənzili qarət etdikdən sonra oradan düşsün və 11-ci mərtəbədə soyğunçuluq etsin. İnanmıram ki, bu, tanıdığım şəxs olsun ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Zirə" "İmişli"ni məğlub etdi
-
23:56
"Sumqayıt" - "Şamaxı" matçında qarşılıqlı qollar VİDEO
-
22:48
“Sumqayıt”ın baş məşqçisi: “Bir xalla kifayətlənməyə layiq deyildik”
-
22:25
Azər Bağırov: “Səfərdə oynamaq daha çətindir”
-
21:39
“Sumqayıt” qəkəbəni əldən verdi
-
21:10
Nuriyevin komandasından 9 qollu qələbə
-
20:54
"Kəpəz" "Qəbələ"ni məğlub etdi VİDEO
-
15:43
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
-
15:07
"Gəncə"də meksikalı məşqçi
-
14:32
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
14:16
"Naxçıvan"da yeni müqavilə
-
13:58
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu transfer etdi
-
13:25
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
-
12:41
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu: "Qurban Qurbanovla işləmək istəyirəm"
-
12:00
Basketbol millimiz Türkiyədə ikinci olub
-
11:39
Voleybol klublarımızın avrokuboklarındakı oyun proqramı bəlli olub
-
11:14
“Fiorentina” 3 xalı 4 qolla qazandı VİDEO
-
10:57
"Gəncə" Ülkər Kərimova ilə müqavilə imzalayıb
-
10:23
“Şalke” mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:46
"Beşiktaş" "Ərzurumspor"a şans tanımadı VİDEO
-
23:45
Nəriman Axundzadənin komandası “Beşiktaş”la bacarmadı
-
22:23
Mahirin komandasından ilk qələbə
-
22:07
MOİK - "Şimal" matçında heç-heçə VİDEO
-
21:36
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
20:59
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:41
Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
-
19:14
Klisman: “Bu qol bütün komandanın əziyyətinin bəhrəsidir”
-
19:00
Vernidub: “Belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”
-
18:28
“Neftçi” "İmişli"ni məğlub etdi
-
17:32
Yakiroviç ayın ən yaxşısı seçildi
-
16:55
Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
16:27
Gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
-
16:03
"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
-
15:46
“İmişli” - “Neftçi”: Heyətlər açıqlandı
-
15:19
"Karvan-Yevlax" klubu ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşıb
-
14:51
“Şəfa” cəzadan yayındı, AFFA 5 min manat itirdi
-
14:24
Xames Rodriges bu kluba keçdi
-
14:00
Çempionlar Liqası: Minifutbol klublarımızın rəqibləri bilindi
-
13:32
Hamidu Keytanın yeni klubu məlum oldu
-
13:13
Boks millimiz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq
-
12:48
Zaur Paşayev "Naxçıvan"da
-
12:25
Millimizin rəqibi Gürcüstanla heçə-heçə edib
-
11:57
"Bazel" baş məşqçisini istefaya göndərdi
-
11:16
Azərbaycan oxatanları Belarusda 3 medal qazanıblar
-
10:49
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:31
"Sabah"ın məğlubiyyəti VİDEO
-
10:00
Azərbaycan UEFA reytinqində 25-cidir
-
01:24
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
00:52
“Mançester Yunayted” “Sabah”ı darmadağın etdi
-
21:29
V turun hakim təyinatları açıqlandı
12.09.2026
11.09.2026
10.09.2026
























