5 May 2026, Çərşənbə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi

Ölkə futbolu

Emil Balayevin adı “Panatinaikos”a namizədlər siyahısında

"Zirə"də çıxış edən millisinin qapıçısı Emil Balayev Yunanıstan təmsilçisi "Panatinaikos"un namizədləri sırasına daxil edilib.

Futbolxeber.az saytının xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 26 yaşlı qolkiperin adı Kipr "Omoniya"sında çıxış edən Fabiano Ribeyro, Portuqaliya "Tondela"sından Kladio Ramos və Avstriya "Şturm"undan Yorq Zibenhandl ilə eyni siyahıdadır.

Bildirilib ki, "Panatinaikos" yay transfer dönəmində azad agent statusuna malik olan və maaşı 200 min avrodan yuxarı olmayan qapıçı transfer edəcək.

Qeyd edək ki, Emil Balayevin "Zirə" ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31