2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Ölkə futbolu

Elxan Məmmədov Almaniya millisinin nümayəndələri ilə görüşdü

Avro-2020-nin final mərhələsi ilə əlaqədar müxtəlif milli komandaların nümayəndələri Bakıya səfər etməkdədir.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Almaniya milli komandasının meneceri Maike Seuren və komandanın səyahət meneceri Matthias Grimm Bakı Olimpiya Stadionuna, Tofiq Bəhramov adına Respublika stadionuna, həmçinin, paytaxtımızdakı otellərə baxış keçiriblər. Almaniyalı qonaqlar AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədovla görüşüb, Avro-2020 barədə fikir mübadiləsi aparıblar.

Niderland milli komandasının da nümayəndələri Bakıya gəlib, Bakı Olimpiya Stadionu ilə tanış olublar. Əməliyyat Qrupu tərəfindən Fan Zona barədə qonaqlara ətraflı məlumat verilib.

Xatırladaq ki, Avro-2020-nin A qrupunda 3 oyun, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionundakı qrup oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları iştirak edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31