8 Yanvar 2026, Cümə axşamı
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq

Ölkə futbolu

"Qarabağ"dan mövsümün rekordu

“Qarabağ” Azərbaycan Premyer Liqasında mövsümün yeni rekorduna imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi ardıcıl 5-ci quru oyununu keçirib. Sonuncu dəfə 14-cü turun “Keşlə” ilə matçında (2:2) qapısında qol görən Qurban Qurbanovun komandası 2020-ci ildə “çərçivəsini” toxunulmaz saxlayıb.

“Səbail” (1:0), “Neftçi” (0:0), “Zirə” (6:0) və “Sumqayıt”ın (1:0) ardından XIX turdakı rəqib “Sabah” da (0:0) bu seriyanı qıra bilməyib. Bununla da “Qarabağ” mövsümün rekordunu arxada qoyub. Həmin rekord da Ağdam klubuna məxsus idi. Çempionatın lideri ilk 4 turda qapısından qol buraxmamışdı.

Qapıçı Şahruddin Məhəmmədəliyevin quru seriyası isə 493 dəqiqəyə çatıb. O, sonuncu dəfə dekabrın 6-da “Keşlə”yə qarşı keçirilən oyunun 47-ci dəqiqəsində Tural Bayramlının zərbəsi qarşısında aciz qalıb (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31