Ölkə futbolu
Bordin: “Azərbaycanda bizdən başqa heç bir klub buna nail olmamışdı”
“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin Moldova mətbuatına geniş müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis Azərbaycanla bağlı sulları da cavablandırıb. O, əvvəlcə hələ “Şerif”də çalışdığı vaxt Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la mübarizələrindən (0:0, 1:2) danışıb:
“Avrokuboklarda təcrübəsi olan çox yaxşı bir kluba rəqib olduq. Həmin vaxt onlar Çempionlar Liqasının qrup mərhələsinə kimi yüksəldilər. İlk görüşdə uduzmasaq, qol buraxmasaq da, bizim üçün çox çətin idi. Düzünü deyim, onda bu heç-heçəni qazanmaq üçün çox çalışmalı olduq. Evdə “Qarabağ” heç-heçədən daha çox qələbəyə yaxın idi. İkinci oyunda iki yaxşı qol imkanımız oldu. Kim bilir, onlardan istifadə etsəydik, onda hər şey tam fərqli ola bilərdi. Həmin vaxt rəqib açılacaqdı və onları əks hücumlarda tuta bilərdik. Lakin bunun əvəzində kobud səhvə yol verərək qol buraxdıq. Sonda nə baş verdiyi məlumdur".
Bordin daha sonra “Şerif”dən “Neftçi”yə keçidi barədə sualı cavablandırıb. O, “ağ-qaralar”a gəldiyi üçün peşman olmadığını deyib: "Heç vaxt peşman olmamalısan. "Neftçi"də də yaxşı anlarım oldu. Avropa Liqasında iki dəfə Tula "Arsenal"ını məğlub etdik, hətta evdə 3:0 hesablı qələbəylə. Azərbaycanda heç bir klub avrokuboklarda Rusiya klubunu keçməmişdi, ancaq biz buna nail olduq. Moldovadakı işimə gəlincə, düşünürəm ki, "Şerif" mənə çox şey vermiş olduğu kimi, mən də "Şerif"ə çox şey verdim. Belə bir komandaya dəvət olunduğum üçün rəhbərliyə həmişə minnətdaram. Kim bilir, bəlkə gələcəkdə yollarımız yenə kəsişəcək və yenə birlikdə işləyəcəyik. Bu həyatda hər şey mümkündür. "Şerif"lə münaqişəm yox idi. Həqiqətən də İtaliyada həll edilməli olan bəzi məsələlər var idi. Bunlar doğrudan da ailəylə bağlı idi. Bunları bir aya həll edə bildik, bundan sonra İtaliyada qalmağım artıq vacib deyildi. Bu müddətdə "Şerif"lə müqaviləm başa çatdı, sərbəst idim və aldığım bütün təklifləri nəzərdən keçirirdim. Ən çox "Neftçi" variantı xoşuma gəldi. Onu qəbul etmək və Moldovada "Şerif" kimi böyük bir klubu tərk etmək qərarına gəldim".
Bordin "Şerif"dən "Neftçi"yə gətirdiyi Moldova millisinin müdafiəçisi Petr Rakunun paytaxt təmsilçisindən tez ayrılmasının səbəbini belə izah edib: "Raku kimi bir futbolçu istənilən məşqçi üçün bir tapıntıdır. "Şerif"də mənə çox kömək etdi və hər şey üçün ona minnətdaram. Bu, yalnız yaxşı bir futbolçu deyil, həm də həmişə köməyə gələn bir insandır, hər vəziyyətdə ona güvənə bilərsən. Oyuna gəlincə, xahiş etdiyim zaman dayaq yarımmüdafiəçisi kimi də çıxış edirdi, mərkəz müdafiəçisi kimi də, sağ cinah müdafiəçisi kimi də. İnsani keyfiyyətlərini də bilərək bizim rəhbərliyi onu "Neftçi"yə yarım illiyə gətirməyə inandıra bildiyim üçün sevindim. Müqaviləsi 6 aylıq idi və rəhbərlik uzatmamağı qərara gəldi. Ancaq Petrini izləməkdə davam edirəm. Bilirəm ki, sonra Rumıniyaya yollandı, indi də Moldovanın başqa bir klubuna qayıdıb".
Xatırladaq ki, 2018-ci ildən "Neftçi"ni çalışdıran Roberto Bordin bu ilin yanvar ayında istefaya göndərilib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
04.10.2026
03.10.2026
02.10.2026
























