16 Dekabr 2025, Çərşənbə axşamı
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Ölkə futbolu

"Neftçi"nin bazasının inşası nə vaxt bitəcək?

"Neftçi" azarkeşləri klubun bazasının açılması günü səbirsizliklə gözləyirlər.

Futbolxeber.az saytının məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev hazırkı durumdan danışıb.

O, hava şəraitindən şikayətlənib: “İş davam edir. Hazırkı mərhələdə inzibati binanın tikintisi davam etdirilir. İş tempi hava şəraitindən asılıdı. Bu səbəbdən də yavaş tempdə irəliləyirik. Havalar istiləşəcək - intensiv işlər gedəcək".

Allahverdiyev tikintinin başa çatmasının dəqiq tarixini deyə bilməyib: "Bazanın tikintisi SOCAR tərəfindən həyata keçirilir. Obyektin dəqiq təhvil verilmə tarixini söyləməkdə çətinlik çəkirəm. Düşünürəm ki, yaza qədər bütün fasad işləri başa çatacaq. Bundan sonra iş yalnız inzibati binanın daxilində qalacaq. Yaxın günlərdə meydançaların inşası başa çatacaq. Ümumilikdə onların sayı beş olacaq - üçü təbii, ikisi süni örtüklü" (Football24.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31