9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Tərlan Əhmədovdan qələbə şərhi

"Qələbə hər zaman xoş hisslər yaradır. Ardıcıl iki oyun məğlub olmuşduq. Bu gün istədiyim komandanı meydanda gördüm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 18-ci turunda "Zirə" ilə oyundan sonra mətbuat konfransında deyib.

4:0 hesablı darmadağını şərh edən təcrübəli mütəxəssis qarşıdakı oyunların daha çətin keçəcəyini bildirib: "Bu əzmkarlıq və istəyin davamını gətirməliyik. İki məğlubiyyətdən sonra kollektivi motivasiya etmək çox çətindir. Futbolçuları qələbə münasibətilə təbrik edirəm. Daha çətin oyunlarımız olacaq. Bu qarşılaşmanı unutmalıyıq".

Əhmədov komandanın bombardiri Lorenzo Frutosun oynamamasının səbəbini də açıqlayıb: "Neftçi" ilə oyundan sonra tempraturu qalxmışdı. Frutos bir neçə məşqləri buraxdı. Hələ ki, tam formasında deyil. Rəqibin müdafiəsinə görə Aleksandr Kristovaoya şans verdik".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31