Ölkə futbolu
Əliyar Ağayev: “Çempionat matçları beynəlxalq oyunlardan daha çətin olur”
Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin müsahibəsi
- Bu yaxınlarda Yunanıstan çempionatının “Panatinaikos” - PAOK oyununu idarə etdiz və bu, ilk belə hal deyildi. Maraqlıdı, belə dəvətlər necə reallaşır? Yunanlar niyə məhz Əliyar Ağayevin idarəçiliyini istəyirlər?
- Açığı, Yunanıstanla bağlı danışmağa icazə yoxdu. Müqavilədə bu barədə bənd var. Ona görə də məlumat verə bilməyəcəm. Hətta AFFA-nın saytına belə, danışmağa icazə yoxdur.
- Yəqin ki, müşahidələrinizi bölüşməməyinizlə bağlı tələb qoyulmayıb. Yunanıstan çempionatı matçları ilə ölkədaxili oyunları necə müqayisə edə bilərsiz?
- Fərq yəqin ki, var. Bunun əksini deməyim yanlış olar. Ən azı azarkeş, ordakı komandaların, futbolçuların səviyyəsi, ümumi futbol ab-havası baxımından fərqlər mövcuddur. Ordakı böyük oyunlara 25-30 min azarkeş gəlir, bizdə isə təəssüf ki, bunu görmürük.
- Ancaq azarkeşlərlə hakimlərin ulduzu da çox zaman barışmır. Ordakı oyunlarda özünüzü dahamı təzyiq altında hiss edirsiz?
- Bunu təzyiq adlandırmazdım. Ümumiyyətlə, xaricdəki oyunlarda azarkeş çox olur deyə, bu amil əslində, hakimlər üçün əlavə stimuldur. Çox təəssüf ki, bunu Azərbaycan çempionatında görmürük. Təzyiq yox, əlavə stimul olur, daha yaxşı köklənmiş olursan, oyunu daha çox hiss edirsən və s.
- Son illər sizin elit kateqoriyaya yüksəlmək məsələniz tez-tez müzakirə olunur. Bununla bağlı yenilik varmı?
- Hazırda talant qrupundayıq. Orda 11 hakim var. Onlardan biri artıq elit kateqoriyaya yüksəlib. Ancaq normalda bu proqram iki illikdir. Ondan sonra yekun qərar veriləcək ki, kimlər keçəcək, kimlər yox. Kimsə keçməsə, bu da o demək deyil ki, onun elit kateqoriyaya yolun bağlanıb. Onsuz da 11 nəfərin hamısının yüksəlməsi gözlənilmir. Düşünürəm ki, tələsməyə ehtiyac yoxdu. Əlbəttə, nə qədər tez yüksəlsən, o qədər yaxşıdır. Amma necə ki, 2-ci kateqoriyada mühkəmləndikdən sonra 1-ə rahat keçdik, indi də özümüzü burda tam sübut edib elitə yüksəlməliyik. Ən azından gözləntilər var, nəticənin yaxşı olacağına ümid edirik.
- İnam var?
- Əlbəttə, inanırıq. Gələcəyini insan özü öz fəaliyyəti ilə formalaşdırır. Oturub heç nə etməməklə yüksəlməyi düşünmək gülünc olar. Öz üzərində işləmək lazımdı. Biz də çalışırıq ki, hər oyunda idarəçiliyimizlə özümüzü yaxşı tərəfdən göstərək. Bundan sonra artıq şans yarana bilər.
- Bu mövsüm Avropa Liqasının pley-off oyunlarına təyinat gözlənilir?
- Hələ ki, olmayıb. Açığı, indi bilmirəm, olacaq, ya yox. Pley-off oyunları 1/16 finaldan başlayır. Bütün matçlarda VAR sistemidir. 1/16 final olmadısa, 1/8 final böyük ehtimalla olmaz. Çünki ora adətən elit kateqoriyalı hakimlər təyinat alır.
- Yaxın gələcəklə bağlı hansı planlarınız var?
- Hazırda üzərimizdə işləyirik ki, elit kateqoriyaya yüksələk. Bu, olmasa belə, 1-ci kateqoriyada ola-ola Çempionlar Liqasının qrup mərhələsinə təyinat almağı hədəfləyirik. Bundan başqa, əsas komandalar olmasa da, U-21-lərin Avropa çempionatına, yaxud U-17-lərin dünya kuboku oyunlarına təyinat almağı gözləyirik. İlkin məqsədlər bunlardır.
- Bildiyimizə görə, ABŞ-da tez-tez gedirsiz. Məsələ bir ara mətbuatda geniş müzakirə olunmuşdu. Sirr deyilsə, bu səfərlər nə ilə bağlıdır?
- Sirr deyil. Düzdü, bir az başqa cür yozmuşdular. Yazılırdı ki, birdəfəlik köçüb gedib. Sadəcə, mənim “Green card”ım var deyə, fasilə yarandıqca gedib ABŞ-ın müəyyən ştatlarını gəzib gəlirəm.
- Birdəfəlik köçmək niyyəti?
- Xeyr, mənim bütün planlarım Azərbaycanla bağlıdır. Getmək fikri qətiyyən yoxdur. Bura qədər gəlmişiksə, hər şeyi atıb uzaqlaşmaqda bir məna görmürəm.
- Frits Ştuxlikin gəlişindən sonra hakimlərin ölkə xaricində toplanışları ləğv edilib. O, bunu necə izah edir və bir hakim kimi siz hansı fərqləri hiss edirsiz?
- Fərq təkcə ondan ibarətdi ki, xaricdə toplanış keçərkən oyunlar idarə edirdik, burda isə həmin imkan olmur. Fiziki baxımdan eyni yükləmələrdi, təkcə praktikada fərq var. Bu da yeni sədrin istəyidi. O deyir ki, getsək belə, oyun idarəçiliyi olmayacaq. Belədə ölkə xaricində toplanış keçməyin mənası olmur. Burda onsuz da eyni fiziki yükü götürürük. Dogər tərəfdən, fasilə zamanı ölkə daxilində də yoldaşlıq görüşləri olur. Bəli, say o qədər çox deyil, amma tam da boş qalmırıq.
- Son mövsümlərdə hakimlikdə gəncləşdirmə işi gedir. Təcrübəli referi kimi bu tendensiyaya münasibətiniz necədir?
- Bu, tək həmin gənc hakimlər üçün yox, bizim üçün də yaxşıdı. Çünki rəqabət yaranır və xüsusi qeyd etmək istəyirəm ki, bu, sağlam rəqabətdi. Gənclər gəlməsə, istər-istəməz təcrübəli hakimlərdə arxayınlıq yarana bilər. Onların gəlişi rəqabət yaradır, bu da inkişafımıza təkan verir.
- Bir ara bəzi klublar idarəçiliyinizdən narazı idilər. Məsələn, “Qəbələ” deyirdi ki, Əliyar Ağayev oyunlarımıza təyinat almasın. Belə söz-söhbətlər sizə necə təsir edirdi?
- Düzü, heç bir təsiri olmurdu. Çünki mən artıq öyrəşmişdim. Hər mövsüm bir klub deyirdi ki, bizim oyunlarımıza təyinat almasın. Şükürlər olsun ki, indi belə söz-söhbətlər yoxdu, hazırda bütün komandaların oyunlarına gedirəm və problem olmur. İnsan faktoru varsa, səhv hər oyunda ola bilər. Buna görə söz-söhbətləri də əslində normal qarşılamaq lazımdır. Sadəcə, belə danışıqlara, yazılara gülüb keçirdim.
- Sizcə, belə fikirlərin yaranmasına səbəb nədir?
- Düşünürəm ki, bir az da bunlardan süni şəkildə istifadə edirlər, məsələləri süni formada qabardırlar. Bəzən məqsəd sadəcə gündəm yaratmaq olur.
- Bəlkə, köhnə nəsildə olan bəzi problemlərə görə indi də inamsızlıq var?
- Bilmirəm. Sizə də anlayışla qarşılayarsız ki, köhnə nəsli müzakirə etmək mənim üçün düzgün olmaz.
- Şəxsən sizin hansısa klubdan çox sərt reaksiya ilə qarşılaşdığınız olubmu?
- Dəfələrlə olub. Bunu mətbuat da artıqlaması ilə qabardıb. Demək olar ki, bütün klublardan etirazlar olub. Bunlar çox zaman səhvlərin nəticəsində yaşanıb. Ona görə də sərt cavablar veriblər.
- Karyeranızda ən çətin oyunu xatırlayırsız?
- Konkret birinin adını çəkə bilməyəcəm. Ağır matçlar çox olub. Bir məqamı deyim, beynəlxalq oyunlar çempionat matçlarından daha asan olur. Ümumiyyətlə, bir hakim üçün adətən yerli çempionat matçlarını idarə etmək Avropadakı oyunlardan daha çətindir.
- Amma çempionatda komanda sayı son illərdə xeyli azalıb, rəqabət səviyyəsi aşağı düşüb. Bir hakim kimi əvvəlki dövrlərlə hansı fərqləri görürsüz?
- Bu gün kimdən soruşsan, komanda sayının çoxluğunu istəyər. Bütün klublar da, KİV də, futbolçular da, hakimlər də bunun tərəfdarıdı. Komanda çox olanda oyun sayı da artır. Belədə, praktika baxımından geri qalmırıq. İndiki halda, Premyer Liqaya təsdiq olunmuş 11 baş hakim var, hər həftə isə cəmi 4 oyun keçirilir. Belədə, biz 2-3 həftədən bir təyinat alırıq. Bəli, I Divizion da var, bu da rotasiya imkanıdır. Amma komanda sayı artsa, bizim üçün də daha yaxşı olar, demək olar ki, hər həftə təyinat alarıq. Praktikanın çoxluğu bizim də hazırlığımıza müsbət təsirini göstərər.
- I Divizionu qeyd etdiz. Bu turnirlə də Premyer Liqa arasında uçurum var...
- Bəli, səviyyə fərqi var, bunları eyni yerə qoya bilmərik. Ancaq I Diviziona göndərilməyi pis bir şey hesab etmirəm. Əksinə, mənim üçün bu daha yaxşıdır, nəinki Premyer Liqaya ehtiyat hakim getmək. Ondansa aşağı liqada meydanda olmağı üstün tuturam. Orda da təxminən eyni yükü alırıq.
- Ölkə futbolunun ümumi səviyyəsi hakim kimi inkişafınızı ləngitmir?
- Xeyr. Komanda sayının çoxluğundan və ya azlığından asılı olmayaraq Azərbaycan futbolunun səviyyəsi təxminən eyni qalır. İndi də gərgin matçlar olur. Ümumiyyətlə, oyunlara fərq qoymuruq, hamısın eyni cür hazırlaşırıq.
- Azərbaycana gələn legionerlər adətən şikayətlənirlər ki, komanda sayı 8-dir və eyni rəqiblərlə çox oynamaq sıxıcıdır. Siz də demək olar bütün futbolçuların xarakterinə bələdsiz, hansı oyunun necə keçəcəyini təxmini bilirsiz. Bu, işinizi asanlaşdırmır? Və ya legionerlər kimi - bezmirsiz?
- Biz istəsək də, istəməsək də, belədir ki, 2-3 turdan bir eyni komandaların oyununda idarəçilik edirik. Oyunçuları tanımaq hazırlıq üçün rahatdır. Bizim üçün əslində fərqi yoxdur. Bəlkə də, klublar bizi istəmir. Təbii ki, konkret demirlər hansısa hakim bizim oyuna gəlməsin. Ola bilər ki, hansısa yüngül narazılıqlar olsun, bəzən səhvlər edək və klublar narazı qalsınlar. Hakimlərə gəldikdə isə bu, bizim işimizdir. Bütün oyunlarda çıxıb maksimum yaxşı idarəçilik etməliyik.
Mənbə: futbolpress.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Əfran İsmayılovun israfçılığı...
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
-
12:48
Zaur Paşayev "Naxçıvan"da
-
12:25
Millimizin rəqibi Gürcüstanla heçə-heçə edib
-
11:57
"Bazel" baş məşqçisini istefaya göndərdi
-
11:33
“Neftçi” Yevlax səfərində
-
11:16
Azərbaycan oxatanları Belarusda 3 medal qazanıblar
-
10:49
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:31
"Sabah"ın məğlubiyyəti VİDEO
-
10:00
Azərbaycan UEFA reytinqində 25-cidir
-
01:24
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
00:52
“Mançester Yunayted” “Sabah”ı darmadağın etdi
-
21:29
V turun hakim təyinatları açıqlandı
-
21:00
Yankoviç “Turan Tovuz”da
-
20:41
“Zirə”də mərakeşli müdafiəçi
-
19:08
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
18:35
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
-
17:54
"Kəpəz"in müdafiəçisi 6 həftəlik sıradan çıxdı
-
17:26
"Mançester Yunayted" yubiley oyununa çıxır
-
16:47
Füzuli Məmmədov komandasının liderliyini şərh etdi: “Bu qələbələr bizi arxayınlaşdırmamalıdır”
-
15:13
Georgi Kondruseviç "Naxçıvan"ın baş məşqçisi təyin edilib
-
14:59
Rəşad Nəbiyev yeniyetmə və gənc cüdoçularla görüşüb
-
14:32
Renat Dadaşov: "Bukovina"nın təklifi və baş məşqçinin yanaşması məni razı saldı"
-
14:00
AFFA-dan hakimləri təhqir edən futbolçuta 4 oyunluq cəza
-
13:21
"Neftçi" serbiyalı legionerlə müqavilə bağlayıb
-
12:48
Şahin Bağırov Samuxda yeniyetmə voleybolçularla görüşüb
-
12:05
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
11:34
Azərbaycan millisinin üzvü “Murov Az Terminal”a keçib
-
11:17
Dadaşov Ukrayna klubunda
-
10:56
“Barselona” “Feyenoord”u darmadağın etdi VİDEO
-
10:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
Zubir yeni klubu ilə müqavilə bağladı
-
10:09
Ronaldo 979-a çatdı
-
09:51
"Qalatasaray" ÇL-ə məğlubiyyətlə başladı VİDEO
-
09:30
Şeydayevin komandası kubokla vidalaşdı
-
19:29
"Şahdağ Qusar" daha bir iddialı rəqibini məğlub etdi
-
18:42
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
18:13
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
-
18:01
Maykl Karrik “Sabah”la oyundan danışdı
-
17:38
Milli Paralimpiya Komitəsində parataekvondoçularla görüş keçirilib
-
16:55
16 cüdoçumuz Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq
-
16:24
Azərbaycan millisinin üzvü "Turan"a transfer olunub
-
16:00
Azərbaycanın iki paraüzgüçüsü Avropa çempionatında finala yüksəlib
-
15:47
Millimiz yenə gürcülərə uduzdu - bu dəfə darmadağın
-
15:16
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
-
14:59
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə imtahan keçiriləcək
-
14:32
"Araz-Naxçıvan"ın hücumçusu Burundi millisinə dəvət olunub
-
14:03
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
-
13:41
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
-
13:28
Cüdonun kata növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
13:15
Amerikalı oyunqurucusu "Neftçi"də
-
12:54
"Murov Az Terminal"dan növbəti transfer
11.09.2026
10.09.2026
09.09.2026
























