25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Rauf Əliyev üçün əlamətdar tur

Azərbaycan Premyer Liqasının 17-ci turu Rauf Əliyevin daha bir klubda qol hesabını açması ilə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, qış fasiləsində “Səbail”ə keçən hücumçu “Qəbələ” ilə ev matçında (3:1) qol sevinci yaşayıb. O, cari mövsümün ilk yarısında “Neftçi”də də fərqlənmişdi.

Rauf əvvəlki mövsümlərdə daha 5 komandada rəqib qapısına yol tapıb. Forvard “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Keşlə” və “Qəbələ”də bunu bacarıb.

“Qəbələ”yə vurduğu topla Əliyev heyətində fərqləndiyi klubların sayını 7-yə çatdırıb. Rauf Azərbaycan çempionatlarının 28 illik tarixində 7 və daha çox klubda qol vuran 12-ci oyunçudur. Mütləq rekord isə 10 komandada bunu bacaran Kənan Kərimova məxsusdur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30