18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mahir Emreli 40-a çatdı

“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

Futbolxeber.az saytının məlumatına görə, bu, 17-ci turun “Zirə” ilə səfər matçına (6:0) təsadüf edib. Ölkə çempionatlarında 117-ci oyununa çıxan hücumçu yubiley qoluna sevinib. Mahir Premyer Liqada keçirdiyi yalnız ilk mövsümdə qol vura bilməyib.

Emreli Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 57-ci futbolçudur. O, eyni sayda fərqlənən Mehman Allahverdiyev, Samir. A. Məmmədov, Junivan Suares və Fernando Pereslə birlikdə bombardirlər siyahısında 53-57-ci yerləri tutur.

Debüt etdiyi “Bakı”da qol hesabını açmayan Emreli “Qarabağ”ın heyətində Premyer Liqada 40-cı dəfə fərqlənib. O, Ağdam klubunun ölkə çempionatları tarixindəki 5-ci bombardiridir. Yalnız 4 futbolçu Mahirə qədər 40 top səddini adlayıb.

Xatırladaq ki, Mahir ötən turda “Qarabağ”da 100-cü çempionat oyununu keçirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30