25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Zaur Həşimov: "İstefa tələbini normal qəbul edirəm"

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 17-cı turunda “Qarabağ”a 0:6 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

- Geniş danışılası bir şey yoxdur. Pis odur ki, böyük hesabla, evdə məğlub olduq. Mübarizəsiz təslim olduq. Bu, böyük problemdir. Təslim olmaq fikrimiz yoxdur, turnir cədvəlində 5-ci pillədə qərarlaşmışıq, kubokun yarımfinalındayıq. Hesaba görə nə tədbir lazımdır, komandanın daxilində görüləcək.

- Komanda son 2 oyunda 3 qırmızı vərəqə alıb. Belə intizamsızlığa səbəb nədir?

- Əsəblərə hakim olmamaq ən böyük problemdir. Yəqin qələbə istəyinin çox olmasından irəli gəlir. Hər iki oyundan əvvəl danışığımız olub. Turnir cədvəlində elə bir pillədəyik ki, irəli də gedə bilərik, geriləyə də. Bu da futbolçuları təzyiq altında saxlayır.

- Azarkeşlər istefa şüarları səsləndirdilər. Buna münasibətiniz necədir?

- Azarkeşin istefa tələb etməsi normaldır. Amma ümumi nəzərə alaq ki, mənim burda 14-cü oyunum olub, 4 dəfə məğlub olmuşuq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefa tələbini normal qəbul edirəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30