19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” ilə “Səbail”in 13-cü dueli

Bu həftə Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” səfərdə “Səbail”lə qarşılaşacaq. “Qırmızı-qaralar” tarixdə 13-cü dəfə Bakı təmsilçisi ilə görüşəcək. İndiyədək iki rəqib arasında 12 matç keçirilib. Bu qarşılaşmalarda üstünlük "qırmızı qaralar"ın tərəfindədir. 7 dəfə paytaxt təmsilçisinə qalib gələn “Qəbələ” 3 heç-heçə edib və 2 matçda uduzub. Rəqib qapısından 23 top keçirən futbolçular 11 qol buraxıblar. "Qəbələ"ninn yaxşı bombardiri “Səbail”in qapısına 6 qol vuran Baqali Dabodur. Famussa kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.

Əvvəlki oyunlardan ikisi Azərbaycan kuboku, onu Premyer Liqa çərçivəsində keçirilib. Çempionatdakı görüşlərdən beşində qələbə qazanan “Qəbələ” üç heç-heçə edib və iki dəfə uduzub. Top fərqi də “qırmızı-qaralar”ın xeyrinədir - 18:9.  Səfərdəki 6 matçda 2 qələbə və 2 heç-heçəsi olan əyalət təmsilçisi 2 dəfə məğlub olub. Rəqib meydanında 10 qola sevinən "Qəbələ" 8 top buraxıblar.

Xatırladaq ki, fevralın 16-da keçiriləcək “Səbail” - “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30